Ətraflı axtarış
Baxanların
4146
İnternetə qoyma tarixi: 2009/08/19
Sualın xülasəsi
Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi?
Sual
Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi? Onlar kim idilər?
Qısa cavab
  Bütün müsəlmanların etiqadı budur ki, ilahi vaciblərdən biri də xumsdur və ona əməl etmək lazımdır. Bu hökm, şəriətdə tətbiq olunduğu vaxtdan yəni, Bədr döyüşündən sonra müsəlmanlar arasında həmişə əməl olunub. Həzrət Əli (əleyhissalam) də o kəslərdən idi ki, İslam Peyğəmğbərinin (sələllahu ələyhi və alihi və səlləm) yanında Allahın bu vacib hökmə əməl etmişdir. İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) dünyadan köçməsindən sonra da son ana qədər bir an da olsun bu ilahi vacibi tərk etməmişdir. Tarix şəhadət verir ki, Əmirəl-möminin Əlidən (əleyhissalam) sonra da yəni, məsum İmamların (əleyhimussalam) dövründə şiyələr həmişə bu vacib hökmə əməl etmiş və öz xumslarını İmamlara (əleyhimussalam) təhvil vermişlər. Diqqət olunmalı məsələ budur ki,istər İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) dövründə, istərsə də Əmirəl-möminin Əlinin (əleyhissalam) dövründə, həmçinin məsum İmamlarımızın (əleyhimussalam) zamanında döyüşdən olan qənimətlər və qeyri-qənimətlər üçün o cümlədən, xəzinə tapmaq və mədən xumsu və sair də alınırdı. Amma, tarix İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və Əmirəl-möminin Əlinin (əleyhissalam) dövründə illik xərcdən artıq qalan mənfəət üçün xumsların yığılması haqqında bir şey nəql etməmişdir. Əlbəttə, tarixi dəlilin nəql olunmaması xümsun bu qismətinin vacib olmamasına dəlalət etmir; çünki, müsəlmanların çoxlu kitabları tarix boyu hədsiz müharibələr naticəsində aradan getmişdir.  Bundan əlavə, digər məsum İmamların (əleyhimussalam) dövründə xumsun bu qisməti tam şəkildə açıqlanmışdır.
 
Ətreaflı cavab
  Din və Quran[1] təlimlərinə əsasən, xüms ilahi vacibatlardan biri sayılır. Xumsun ilk hökmü Bədr döyüşündən sonra İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) zamanında şəriyət hökmü kimi döyüşdən ələ gələn qənimətlərə aid olub. Bu məsələdə sünnü və şiə arasında bir sıra cüzi məsələləri çıxmaq şərti ilə heç bir ixtilaf yoxdur. Əhli-təsənni alimləri xümsu təkcə, döyüş qənimətləri, mədənlər və xəzinələrə aid edirlər. Amma, şiyələr bu ünvanlardan əlavə, digər mövzularda məsələn, illik qazancdan artıq qalmış gəlirə də xüms düşməsini vacib bilirlər. Əlbəttə, şiə və sünnü arasındakı bu ixtilafın kökünü Quran ayəsindəki, "ğənimtum"[2] üzərində axtarıb araşdırmaq lazımdır; çünki, əhli-təsənni alimləri bu ayədəki "qənimət" sözünü təkcə döyüş qənimətlərinə aid edirlər. Amma, şiə alimləri hər bir insanın ələ gətirdiyi qənimətə mütləq olaraq, ilin sonunda artıq qalarsa aid olmasını qəbul edirlər. Fərq etməz ki, bu qənimət döyüşdən, ticarətdən, dənizin dibinə üzgüçülükdən və mədənlərdən ələ gəlmiş olsun.  Şiyənin bu əqidəsi həmin Quran ayəsindən də ələ gəlir və isbat olur. Çünki, ürf lüğətində bütün qeyd olunmuşların hamısını qənimət adı sidq edir.[3] Şiə etiqadında, İslam Peyğəmbərindən (sələllahu ələyhi və alihi və səlləm) və məsum İmamlardan (əleyhimussalam) tarixi sünnə dəlilləri var. Nümunə üçün İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və İmam Əlinin (əleyhissalam) zamanında demək olar ki, döyüş qənimətlərindən əlavə, mədənlərdən, xəzinələr, həmçinin dənizə baş vurub üzgüçülük vasitəsi ilə (yəni, üzgüçülük vasitəsi ilə dənizdən ələ gətirilən cəvahirə) də xums alırdılar. Sünən Beyhəqidə belə bir məsələ nəql olunur ki, İmam Əlinin (əleyhissalam) dövründə bir nəfər xəzinə tapır və Həzrət Əlinin (əleyhissalam) yanına gəlir. İmam (əleyhissalam) buyurur: Tapdığın xəzinənin beşdən dörd hissəsi sənin bir hissəsi isə bizə çatır."[4]
 Həmçinin əhli-təsəninin ən tənınımış kitabı olan həmin kitabda yenə də İslam Peyğəmbərindən (sələllahu ələyhi və alihi və səlləm) belə nəql olunur ki, Həzrət buyurur: "Rikazda" xums var. Soruşurlar ki rikazdan məqsədniz nədir? Buyurur: "O qızıl və gümüş ki, Allah-Taala ilk gündən torpaqda qərar vermişdir."[5]
 Vəsailuş-şiə kitabında da həmin mövzuda Həzrət Əlinin (əleyhissalam) zamanına aid olan hadis müfəssəl nəql olunur. Bir nəfər rikaz tapır (mədən ya xəzinə). İmam Əli (əleyhissalam) ondan xəbərdar olan zaman əmr edir ki, bu malın xumsunu gətir təhvil ver!"[6] 
 Amma, əsəs məsələ yenə yerində qalır və o da bundan ibarətdir ki, İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və İmam Əlinin (əleyhissalam) dövründə illik gəlirdən artıq qalan pula xums alınıb ya yox?
 Bu sualın cavabında demək lazımdır ki, əlimizdə dəqiq tarixi sənəd yoxdur ki, İslam Peyğəmbəri (sələllahu ələyhi və alihi və səlləm) və İmam Əli (əleyhissalam) öz dövründə müsəlmanlardan illik gəlirdən qalan qənimətə də xums alsın. Amma, bu tarixi dəlilin olmaması heç də bu vacib əməlin xumsa aid olmaması demək deyildir. Çünki, bizim digər məsum İmamlarımız (əleyhimussalam) vasitəsi ilə bu mövzuda çoxlu göstərişlər və hədislər nəql olunmuşdur. Vəsailuş-şiə kitabının müəllif bütün bu rəvayətləri müxtəlif bablarda cəm etmiş və dəqiq sənədi nəql etmişdir. Belə rəvayətlərin çox olmasının özü dəlalət edir ki, camaat tərəfindən müxtəlif mövzularda xumslar verilmişdir. Bu rəvayətlərin bəzilərini nümunə olaraq diqqətdən keçirək:
 1.Səhabələrdən biri doqquzuncu İmama (əleyhissalam) belə yazır: Bizə xəbər verin ki, xums insanın bütün istifadə etdiyi şeylərə, az və çox da olsa bütün növ gəlirlərinə, həmçinin, sənətkarlara da vacibdirmi? Belə xumsu necə çıxarmalayıq? İmam (əleyhissalam) öz xətti ilə cavabında yazır: "Xums, insanın illik xərclərini ödənilməsindən sonradır."[7]
2.Sualın bu ibarətindən məlum olur ki, ümümiyyətlə sual edən həm xüms haqqında, həm də xumsun keyfiyyətində şəkkidə olub. Amma, İmam (əleyhissalam) o zamanın adəti üzrə bir bir cümlə ilə elə cavab yazır ki, sual verənin hər iki sualına cavab verir. Yəni, İmamın (əleyhissalam) xumsun yaşyış xərclərindən sonra vacib olması kimi cavabı, iki məsələni həll edir. Əvvəl, xumsun keyfiyyətini bildir ki, beşdən bir hissəsi, həm də xumsun insanın mütləq qənimət ələ gətirdiyindən il axrında artıq qalanına aid olmasına dəlalət edir.
  2.İmama (əleyhissalam) söylədim: Mənə əmr etmisiniz ki, sizin işlərinzə yetişim. Haqqınızı alım.Mən bu mövzunu dostlarınıza çatdırdım. Onlardan bəziləri soruşur: İmamın (əleyhissalam) haqqı nədir? Mən bu sualın cavabında bir şey deyə bilmədim. İmam (əleyhissalam) buyurdu: Onlara xums vacibdir. Soruşdum: Nələrdə? Buyurdu: mallarda və sənaye işlərində. Soruşdum: ticarətlə məşğul olub, əlləri ilə bir şey düzəldənlərdə də xums var? Buyurdu: Bəli. O zaman ki, illik yaşayış xərcləri ödənilmiş olsun və ondan artıq qalsın.[8]  
  Bu rəvayəti nəql edən Əbu Əli ibn Raşid adlı bir nəfərdir. O, doqquzuncu və onuncu İmamın (əleyhissalam) xüsusi vəkillərindən biri olub. Belə bir şəxs, əgər məktubunda yazır ki, məni özünüzə haqqınızı yığmaqdan ötrü məmur etmisiz, bu o mənadadır ki, heç bir şəkk yoxdur ki, məktub birbaşa İmama (əleyhissalam) xitab olunub.
 3.İbrahim ibn Həmədani İmama (əleyhissalam) yazır: Əli (ibn Məhziyar) atanızın məktubunu mənə oxudu. O məktubda əmr verilib ki, torpaq və su sahibləri z xərclərini götürdükdən sonra gəlirlərinin on ikidən birini O Həzrətə çatdırsınlar. Amma, qeyd olunub ki, mülkü və suya olanların gəlirləri öz xərclərini ödəmirsə onlara bir şey vacib deyil. Nə on ikidən biri, nə də başqa hesab. Yanımızda olanlar bu mövzuda danışıq və ixtilafları var. Onlar deyirlər: Suya və toprağın özünə xumsdan əvvəl xərc lazımdır. Bu xərc, suya və torpağa çəkilən xərcdən sonra lazımdır. Amma, ailə, həyat yoldaşı və uşağın və yaşayışın xərci tam başqadır. İmam (əleyhissalam) cavabında belə yazır: Əli ibn Məhziyar o məktubu müşahidə etdi. Belə bir şəxsə, yaşayışının, ailə-uşağın və hökumətin xərcini verdikdən sonra artıq qalan gəlirə xums düşür.[9]  
 Sənəd cəhətdən səhih və möhkəm olan bu hədis tam aydınlığı ilə dəlalət edir ki, camaat öz gündəlik gəlirlərini və xərclərini, yaşayış xərclərini çıxdıqdan sonra il başında xums verməlidirlər. Əgər diqqət etsəniz, bəzi İmamlar (əleyhimussalam) on ikidə birdən artıq xums götürməyiblər. Ona görə ki, o zamanın şərait və sıxıntılarına uyğun olaraq, xumsun bir qismətini çətinlikdə olanlara və bəzi ehtiyaclı şiələrə bağışlayıblar ki, ağırlığa düşməsinlər.
  Yuxarıdakı mətləblər tam şəkildə qənimət və qeyri-qənimətə olan xumsun həm İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) zamanında və həm də İmam Əlinin (əleyhissalam) dövründə icra olunmasına dəlildir. Amma, Həzrət Əlinin (əleyhissalam) dövründə xums cəm edənlərin kimlər olmasını haqda tarixdə məlumat yoxdur. Əlbəttə, tarixin bir şeyə bizə çtadırmaması, o Həzrətin dövründə məsələnin tam olmamasına dəlalət etmir. Çünki, şiələrin bir çox mötəbər kitabları ağır müharibələrdə yandırılıb və ya tarix boyu müxtəlif səbəblərdən aradan getmişdir. Beləliklə, bir çox mühüm rəvayətlər və kitablar əlmizə çatmamışdır.
 Nəticədə qəti olaraq deyə bilərik ki, ilahi hökmlərin İmam Əlinin (əleyhissalam) və ya digər İmamlar (əleyhimussalam) vasitəsi ilə bəyan olması[10] məsələsindən ələ gəlir ki, şiə fiqhində bugünkü xums verilməsi əməli, İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) qanunlarından mənşə alır və buda əsl həqiqi İslam və Allah-Taalanın vacib buyurduğu maliyyat vaciblərindən biridir.
 

[1]  Ənfal surəsi -41
[2]  وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ (Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, ………….)
[3] Rağib, Müfrədat, c.1; səh.615; Bəbərsi, Məcməul-bəyan təfsiri, c.4; səh.544
[4] Sünən Beyhəqi, c.4; səh.156
[5] Sünən Beyhəqi, c.4; səh.152
[6] Hürr Amili, Vəsiluş-şiə, c.9; kitab xums, altıncı bab; 1-i hədis;Alul-Beyt müəssisəsi, Qum, 1409 h.qəməri ili
[7]  Hürr Amili, Vəsailş-şiə, c.9; kitab xums, bab səkkiz; hədis-1; Müəssiseyi Alul-Beyt; Qum, 1409 h.qəməri
[8] Həmin mənbə; altıncı bab; hədis-2
[9] Kuleyni, Usul-Kafi, tərcümə Müstəfvi, c.2; səh.478; Elmiyyəi islami kitab satılan yer, birinci çap, Tehran
[10] Kuleyni, Usul-Kafi, tərcümə Müstəfvi, c.2; səh.478; Elmiyyəi islami kitab satılan yer, birinci çap, Tehran
 
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İmam Hüseyn (ə)- ın Dəməşqdə üç ya dörd yaşında dünyadan gedən Rüqəyyə ya Səkinə adlı qızı olubmu?
    11340 تاريخ بزرگان 2011/12/25
    Tarixçilərin çoxu kitablarında imam Hüseyn (ə)- ın Rüqəyyə, Fatimeyi- Suğra və ya digər adda azyaşlı qızının olmasına ad çəksələr də, amma kitabların bəzisində bu balaca qızın həyatı və şam xarabalığında onun qəmli əhvalatı bəyan olubdur. Bizim tarixi və rəvayi mənbələrdə bu məsələyə sübutlar da var. Biz nümunə olaraq onların ...
  • Kitab əhli məadın cismani olmasına inanırlarmı? Lütfən, bu barədə bir neçə kitab təqdim edir.
    6177 Qədim kəlam 2012/09/24
    Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir: 1. Əhli-kitabın (istər yəhudi, istər məsihi, istərsə də zərdüşt) təlimlərində “cismani məad” adlı bir ünvan irəli çəkilməmişdir. Bu barədə bəyan etdiklərimiz məadın özünə etiqadın əsli ilə əlaqədar əhli-kitabın dini mətnlərindəki çıxarışlarımızdır. 2. Bu ...
  • Buda dini, ilahi din olubdurmu?
    7063 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
    11821 Təfsir 2012/06/23
    “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə ...
  • İslam və şiəlik nəzərindən ixtiyar və azadlığın hüdudları nədir?
    6636 Qədim kəlam 2011/04/16
    Azadlığın müxtəlif mənaları vardır və bu mənalara diqqət yetirməklə onun hüdudları bir-birindən fərqlənir: 1. Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq.Bu, mütləq vücuda – mutəal Allahın müqəddəs zatına məxsusdur ki, Onda heç bir məhdudiyyət yoxdur.2. İxtiyar mənasına olan azadlıq.
  • Əba Əbdillahil Hüseyn (ə) Həbib Bin Məzahirə «من الغریب الی الحبیب» tərkibli məktub yazmışdırmı?
    5825 تاريخ بزرگان 2011/12/25
    Biz «من الغریب الی الحبیب» bu rəvayətə hədis kitablarında və şiənin nekroloqlarında (böyük şəxsiyyətlərin həyat və fəaliyyəti barəsində olan kitablar) məsələn, lohufe Seyid İbn Tavus, rast gəlmədik. Bu səbəbdən bu hədisi İmam Hüseynə (ə) aid edə bilmərik.
  • Qeyri müsəlman qadının açıq- saçıq şəkli.
    6657 Nizamlar hüquq və əhkam 2011/10/31
    Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur. Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan ...
  • Bildyimiz kimi Allah Taala feyiz sahibidir, bəs nə ücün insanları ilk yaradılışda behiştdəyaratmamışdır?
    6060 Qədim kəlam 2012/06/13
    Cənnət və cəhənnəm insanın ixtiyarında olan əməllərin nəticəsidir. Bəs, cənnıt son mənzil olduğu ücün dünya və saleh əməllərin olmadığı bir halda ələ gəlmir. Odur ki, Allahın fəyyaz (lütf edən)məqamıylahec bir müxalifəti yoxdur ;cünki Allahın feyzi onun İlahi hikməti əsasındadır nəyinki İlahi hikmətin əkisinədir.
  • Bir nəfərin bir hissə yeri var onu satmaq istəyir, satdığı halda yerin pulunun xumsunu verməli və həcc ona vacib olur?
    5504 Nizamlar hüquq və əhkam 2012/06/13
    Bu sual iki cəhətdən qaranlıqdır: Birincisi budur ki, sizin təqlid etdiyiniz Mərcə müəyyən olunmayıb. İkincisi budur ki, yer ünvanı (adı) qaranlıqdır. Yəni müəyyən olunmayıb ki, bu yer irsdir ya hədiyyədir ya alınıbdır? Bu cəhətdən məsələnin bütün fərzlərinə işarə olur: Əgər ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    5698 Nizamlar hüquq və əhkam 2011/06/27
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162970 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155227 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117857 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109848 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99205 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91433 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53428 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45524 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43839 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43017 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...