Ətraflı axtarış
Baxanların
12307
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Dinozavr barəsində İslamın nəzəri nədir?
Sual
Dinozavr barəsində İslamın nəzəri nədir?
Qısa cavab

Quran hidayət kitabıdır və bu məqsədə kömək edən hər bir şey bu müqəddəs kitabda qeyd olunmuşdur. Mətləbin bəyanında onun tutduğu üslub – məsələlərin külliyyatına və əslinə işarə etməkdir, çox az hallarda məsələnin dəqiqliyinə, incəliyinə və təfərrüatına girişmişdir. Bəlkə də bunun dəlili cüzi hökmlərin və mövzuların təsəvvür həddindən artıq olmasıdır.[1]

Qurani-kərimdə varlıqların həyatının əsli və növləri barəsində: varlıqların bitkilərə,[2] heyvanlara; quruda yaşayan heyvanların dörd ayaqlılara və quşlara;[3] sürülənlərə, iki ayaqla və dörd ayaqla hərəkət edənlərə təsnif edilməsinə dair çoxlu işarələr vardır.[4] Bəzi həşərat növləri, balıqlar və digər varlıqlardan da söz getmiş, onların barəsində çox dəyərli məlumatlar verilmişdir. Lakin dinozavrlar və onların təbii həyatları barəsində Quranda heç nə deyilməmiş, İslam da bu barədə xüsusi nəzər verməmişdir. Quran bu kimi məsələlərdə hər bir elm sahəsindəki mütəxəssis və alimlərinin nəzərlərinə ehtiram qoyur və özünün göstəriş və hökmlərini onların əldə etdikləri nəticələrə tətbiq edir.

İncəliklərinə qədər heyvanların növləri, bitki və cansızların qisimləri təbiətşünaslıq elminə aiddir və həmin elmin bu barədəki nəzərini öyrənmək lazımdır. Dinozavrlarla əlaqədar məlumat almaq üçün də bu heyvanlar barəsində tədqiqat aparan elmə və kitablara, eləcə də nəsli kəsilmiş heyvanların barəsində yazılan kitablara, yaxud vəhşi heyvanlarla əlaqədar muzeylərə müraciət etmək lazımdır.

Qeyd olunduğu kimi, Quranda və digər İslam mənbələrində təbiət və onun təzahürləri, onda yaşayan heyvan növləri ilahi qüdrət nişanələri, Allahın verdiyi nemət və Onun əzəmətinin göstəricisi kimi bəyan olunur. Çünki Allahı tanımaq yollarından biri də Onun məxluqlarına və əsərlərinə diqqət yetirməkdir. Buna görə də əsasən, camaatın gözləri önündə olan heyvanlar irəli çəkilir və onların xilqətinə diqqət yetirilir.

Əgər elm nəsli kəsilmiş qədim heyvanların, o cümlədən dinozavrların xüsusiyyətlərini isbat edə bilsə, həqiqətdə Allahın sonsuz nişanələrindən digər biri isbat olunur və Allahın əzəmətini tanımaq üçün yeni bir yol təqdim edir. Quranda buyurulur: “Ey Peyğəmbər! De: Yer üzündə gəzin, görün Allah xilqəti necə başladı. Sonra axirət aləmini (həmin cür) icad edəcəkdir. Allah hər bir şeyə qadirdir.”[5]

"Təfsiri-nümunə" kitabında bu ayənin izahında deyilir: “Hal-hazırda bu kimi ayələr alimlər üçün daha dəqiq və dolğun mənalar təqdim edə bilər: dəryalarını dibində, dağların içində və yer qabığının layları arasındakı çürüntü, daşlaşmış və s. şəklində olan ilkin canlı varlıqların əsərlərini görsünlər, yer üzündə həyatın başlanma sirlərini, Allah-taalanın qüdrət və əzəmət nişanələrini dərk etsinlər və bilsinlər ki, Allah həyatı onlara bir daha qaytarmağa qadirdir.”[6]

Diqqət yetiriləsi digər məsələ budur ki, (təhrif olunmuş) bəzi dinlərin təlimləri elmi məsələlərlə (xüsusilə təbii elmlər və yaradılışla əlaqədar mətləblərdə) təzaddadır, ona görə də elmin dindən ayrı olması, dini həyatla elmi həyatın bir-birindən tam ayrı olmasını və ya dini həyatın mənasız olmasını və s. irəli çəkirlər. Bu puç təsəvvürlərin əksinə olaraq İslam və Quran təlimlərinin elmi məsələlərlə heç bir ziddiyyəti yoxdur. Besət dövründən indiyə qədər İslam aləmində çoxlu kəşflər, elmi ixtiralar baş vermişdir. İslam dini həm elmin, həm də alimlərin məqamına dəyər vermiş, onların nəzəriyyələrinə xüsusi ehtiram qoymuş və bir çox hallarda Allahın və məadın isbat olunmasında elmi nailiyyətlərdən, xilqətin qəribəliklərindən dəlil ünvanı ilə istifadə etmişdir.

Amma elmdə sübuta yetən varlıqların fiqhi hökmləri və göstərişlərinə gəldikdə isə, pak və ya nəcis olmaq, halal və ya haram olmaq baxımından İslam dinində həqiqi qəziyyələr ünvanı ilə irəli çəkilir. Yəni ümumi qanun şəkilində və mövzunun varlığı şəraitində onların hökmlərini və göstərişlərini bəyan edir. Buna əsasən, əgər dinozavrlar mövcud olmuşsa, yaxud dinozavr üçün bəyan olunan xüsusiyyətlərlə başqa bir varlıq gələcəkdə vücuda gələrsə, İslam fiqhi onun barəsində xüsusi nəzər verməsə də, fəqihlər fiqh qanunları üzündən heç bir müəmma olmadan onların hökmlərini verə bilərlər. Belə ki, indiyə qədər onlarla yeni məsələlər əvvəldə olmadığı halda onların şəri hökmü bəyan olunmuşdur.



[1] Əlavə məlumat üçün bax: “Vilayət və diyanət – İslamın siyasi təfəkküründə tədqiqat”, Hadəvi Tehrani, Məhdi, səh. 47-57

[2] “Ənam” surəsi, ayə: 99

[3] “Ənam” surəsi, ayə: 38

[4] “Nur” surəsi, ayə: 45

[5] “Ənkəbut” surəsi, ayə: 20

[6] "Təfsiri-nümunə", 16-cı cild, səh. 238

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Aşura ziyarətnmasınin sənəd və mətnini izah ediniz?
    9599 Hədis elmləri 2011/12/25
    Bu ziyarətnamənin əsas mənbəsi iki mötəbər Cəfər bin Muhəmməd bin Qoləviyyə Quminin (348 h.q ili) müəllifi olduğu “Kamilul ziyarat” və Şeyx Tusinin (385- 460 h.q) yazdığı “Misbahul mutəhəccid” kitablarıdır. Bəzi mənbələrə əsasən İbn Qoləviyyənin sənədi mötəbərdir. Amma misbahul mutəhəccid kitabında qeyd edilən rəvayətin sənədinə gəldikdə qeyd etmək ...
  • Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
    6643 Əhkam və hüquq fəlsəfəsi 2011/05/17
    Ölü müctəhidə təqlid etməyi caiz bilməyən fəqihlər bir çox dəlillərə istinad etmişlər. Həmin dəlillərdən agah olmaq üçün gərək fiqhi kitablara müraciət olunsun. Amma bu sual digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, bu qrup müctəhidin nəzərindən belə bir hökmün faydası və həqiqətdə onun ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6358 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Qərb fəlsəfəsində həyatın mənası nədir?
    10027 فلسفه غرب 2012/03/14
    Müasir dövrdə ən mühüm və aktual fəlsəfi mövzulardan biri də “həyatın mənası”dır. Bu ünvan barədə bir sıra suallar irəli çəkilir, o cümlədən: Həyatın müəyyən və konkret bir hədəfi və məqsədi vardır, ya yox? Həyat dəyərlidir, ya yox? Özlərinin xüsusi maraq və şəraitlərində insanların həyata dair müstəqil bir ...
  • Xəcaləti necə aradan aparmaq olar?
    10739 Əməli əxlaq 2012/07/22
    Utancaqlıq və xəcalətin çoxlu xoşagəlməz və mənfi təsirləri vardır və insan həyatında qələbəyə mane olan bir amil sayılır. Digər xoşagəlməz xasiyyətlərdə olduğu kimi, insan bu ruhi vəziyyəti də özündən uzaqlaşdıraraq müalicə edə bilər. Uşaqların müxtəlif bəhslərdə iştirak etdirilməsi, ictimai işlərdə iştirak etməsinə təşviq edilməsi onların ...
  • Məsihilərlə evlənməyin şərt və hökmləri hansıdır?
    7589 Nizamlar hüquq və əhkam 2011/06/27
    İslam nəzərindən, məsihilər kitab əhlindəndirlər. Şiənin təqlid mərcələrinin nəzərinə əsasən, müsəlman qadın onlarla evlənə bilməz. həm daimi evlilik həm də müvəqqəti evlilik. Müsəlman kişi də kitab əhlindən olmayan kafir qadınlarla daimi ya müvəqqəti evlənə bilməz. Amma müsəlman kişilərin kitab əhli qadınlarıyla müvəqqəti evlənməsi barəsində möhkəm nəzər icazəli olma və daimi ...
  • Al- İmran surəsinin 14- ci ayəsinə əsasən, qadınlar da kişilərin bəzi maddi və çirkin işləri üçün olnmuş və heyvanlardan hesab edilməlidirmi?
    6859 Təfsir 2012/07/16
    Giriş Bu sualın cavabında onu qeyd etmək lazımdır ki, sizin Al- İmran surəsinin 14- ci ayəsindən başa düşdüyünüz məna səhvdir. Əgər bu ayəyə diqqət etsəniz sizin bəyan etdiyiniz mənadan savayı hər bir məna başa düşülür. Bu ayədə belə buyururlur: “Qadınlar, uşaqlar, qızıl- gümüş yığınları, yaxşı ...
  • Torpağa səcdənin fəlsəfəsi nədir?
    17405 Nizamlar hüquq və əhkam 2012/07/22
    Səcdənin həqiqəti (Allah qarşısında) xüzu, zillət və bəndəlik izhar etməkdir. Səcdə vacib əməllərdən biridir. Çünki Allahın kəlamında deyilir: “Ey iman gətirənlər! Rüku edin və səcdə yerinə yetirin!” Bimək zəruridir ki, şiələr “torpaq üçün” deyil, “torpağın üzərinə” səcdə edirlər. Çünki Allahdan başqası üçün səcdə etmək bütün ...
  • Xarici kəsrət və nəfsi kəsrətin mənası nədir?
    6441 وحدت وجود 2013/07/15
    Kəsrət: Kəsrət və vəhdət məntiqi tərifə ehtiyacı olmayan məlum mənalardandır. Ona görə də, onlara edilən tərif ləfzi tərif və ismin izahıdır. Məsələn kəsrətin tərifində belə deyilir: "Kəsrət bölünmə heysiyyətidir". Yəni qisimləri var. Bölünə bildiyinə görə ona kəsrət deyilir.[1] Xarici və nəfsi kəsrət: Xarici ...
  • Şəxsi (xüsusi) və növi (ümumi) məhdəviyyət dedikdə məqsəd nədir?
    6385 Nəzəri irfan 2012/04/10
    “Növi məhdəviyyət”ə etiqad “imam Məhdi” (əleyhis-salam) adlı xüsusi bir şəxsin olmadığına inanan və məhdəviyyət məsələsini hər bir əsrdə kamil insanda qərarlaşan bir məqam hesab edən etiqaddır. Bu etiqada görə o şəxs bəşər övladlarından hər biri ola bilər. Bunun müqabilində “şəxsi məhdəviyyət” termini də bu mənayadır ki, vədəsi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162972 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155229 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117857 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109849 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99205 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91434 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53428 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45527 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43840 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43019 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...