Ətraflı axtarış
Baxanların
7200
İnternetə qoyma tarixi: 2011/06/18
Sualın xülasəsi
Şeytan nə vaxt və neçə dəfə fəryad və nalə çəkdi?
Sual
Şeytan nə vaxt və neçə dəfə fəryad və nalə çəkdi?
Qısa cavab

Bu sualın cavabını verməmişdən əvvəl bu nöqtəyə diqqət etmək lazımdır ki, şeytan insanın and içmiş ən böyük düşməni və onun səadətə və Allahın razılığını əldə etməyin qarşısını almaq üçün həmişə insanın pusqusunda əyləşir. Bəs ilk mərhələdə bu varlıqla qarşı- qarşıya durmağın yollarını əldə etmək lazımdır. "Şeytan" lüğətdə "şər" deməkdir və iblisə isə daha çox şər olduğu üçün iblis demişdirlər. Şeytan, insanın ən böyük və aşkar düşmənidir, insanların qəlbində gizli vəsvəsə etməklə onların öz yoluna çəkir. Bunun üçün də şeytanın aşkar düşmənini nəzərə alaraq, Allah Taala insana bu cür tövsiyə edir: "Əgər şeytan tərəfindən sənə vəsvəsə olursa Allaha pənah apar".

Bunun üçün də demək olar ki, bütün o şəxslər ki, şeytanın məqsədə çatmasına mane olarsa, onun narahat olmasına və hətta onun nalə və fəryadına belə səbəb olmuşdur.

İmam Sadiq (ə) buyurur: "İblis dörd böyük hadisə münasibətiylə dörd dəfə nalə fəryad çəkmişdir: O gün ki, Allahın lənətinə tuş gəldi. O gün ki, yer üzünə endirildi. O gün ki, həzrət Məhəmməd (s) Peyğəmbərliyə çatdı və bir də o gün ki, həmd (fatihə) surəsi nazil oldu.

Ətreaflı cavab

Qeyd olunmuş sualın cavabını verməzdən əvvəl bir neçə nöqtəyə diqqət etmək lazımdır:

1.            Şeytan kəlməsi ərəb qramatikasında (şətənə) maddəsindən götürülmüş və (şatin) isə "xəbis və çirkin" mənasında işlədilmişdir. Şeytan təkəbbür və qovulmuş varlığa şamil olur, istər insan olsun istərsə də cin və ya başqa varlıqlardan olsun ki, haqdan uzaq və ən şərr ruha da deyilmişdir ki, əslində bütün bunlar bir mənaya qayıdır.[1]

2.            Allah Taala Quranda buyurur: O zaman ki, mələklərə dedim Adəmə səcdə edin, hamısı səcdə etdilər yalnız iblis ki, boyun qaçıraraq təkəbbür etdi və o kafirlərdən idi".[2]

Quranın sözlərinə əsasən, iblis cin nəslindən idi və çoxlu ibadət əhli olduğu üçün mələklər arasında ibadət etməyə nail olmuşdu.

Amma ayə və rəvayətlərdən bunu əldə etmək olur ki, şeytan həqiqi iman gətirməmişdir: " و کان من الکافرین"[3] çünki həqiqi ibadət odur ki, Allah istəsin nəin ki, şəxsin istədiyi kimi olsun.

İblis Allaha səcdə etməyə hazır idi, amma Adəmə səcdə etməsin və bu da onun təkəbbür və bəyənilməz ruhiyyəsindən qaynaqlanırdı ki, onun bədbəxtliyinə səbəb oldu. Baxmayaraq İblis ibadət edirdi, amma təslim və bəndəlik rugiyyəsi ki, Allah qarşısında ibadət etməliydi, malik deyildi. Bu böyük İlahi imtahanında ki, mələklər iftixarla qəbul olurlar amma şeytan isə lənətləndi. İblis üç böyük müxalifətə əl qoymişdur:

A: Əməlində müxalifətçilik; Allahın əmr və göstərişlərindən boyun qaçırdı ki, onun fasiq olmasına səbəb oldu.[4]

B: Əxlaqında müxalifətçilik; təkəbbür olması ki, onun behiştən və duzəx aləmindən qovulmasına səbəb oldu.[5]

C: Etiqadında müxalifətçilik; "( و کان من الکافری)"[6] Allah Taalanın ədalətini inkar etdi.[7]

3.            Şeytan, insanın aşkar və ən böyük düşməni olaraq, gizli vəsvəsə vasitəsiylə insanların qəlbində yer tapıb onları öz yoluna dəvət edir.[8] İnsanların çirkin əməllərini onların gözlərində gözəl cilvələndirir.[9]

4.            O cür ki, şeytan (Quran və rəvayətdə və yaxud digər səmavi kitablara əsasən) insanın ən böyük düşməni sayılır və insanları haqq yoldan azdırır; Qurani kərimdə insanlara tövsiyə olunmuşdur: "Ey Adəm övladı! Şeytan sizi aldatmasın, o cür ki, sizin ata və ananızı behiştdən çıxartdı və libaslarını əyinlərindən soyundurdu ki, övrətlərini onlara aşkar etsin! Elə ki, o və onun köməkçiləri sizin görmədiyiniz yerlərdən sizi görürlər (amma bilin) biz şeytanı o şəxslərin vəlisi qərar verdik ki, iman gətirmirlər.[10]

Başqa bir yerdə buyurur: Və hər kəs Allahı yad etməkdən və (Qurandan üz çevirsə şeytanı onun üçün yoldaş seçərik ki, həmişə onunla olsun,[11] hətta şeytan özü insanları azdırmaq üçün Allah dərgahına and içmişdir.[12]

Bunun üçün də şeytanın aşkar düşmən olmasını nəzərə alaraq, Allah- Taala insana bu cür tövsiyə edir: Əgər şeytan tərəfindən sənə vəsvəsə olunursa Allaha pənah apar.[13]

5.            İndi isə o cür ki, şeytanın xüsusiyyətlərini açıqladıd, mümkündür bu sual fikrimizdə yaransın ki, Allah tərəfindən şeytanın yaradılmasının fəlsəfəsi nədir?

Cavabında deyəcəyik:

Birinci: Alah Taala şeytanı şeytan olaraq yaratmamışdır, bu dəlilə əsasən ki, illərlə mələklərlə bir olmuş və pak fitrətdə olmuşdur, amma tuğyan etdi.

İkinci: Yaradılış baxımından, imanlı şəxslər üçün ki, haqq yolunu istəyirlər, heç bir ziyanı yoxdur, bəlkə onların bu yolda möhkəm olmasına səbəb olur. Daha ətraflı desək, insan nə qədər ki, güclü düşmənlə qarşı- qarşıya gəlməzsə heç bir zaman özünü gizli qüvvəsini olunla mübarizə etməyə toplamaz.[14]

Qurani kərim şeytanı insanların imtahanı üçün olduğunu bildirir ki, öz vəsvəsəsiylə haqqı və haqq əhlini qaranlığa çevirsin: "Hədəf və məqsəd bu idi ki, Allah şeytan vəsvəsəsini imtahan qərar versin o şəxslər üçün ki, ürəklərində xəstəlik vardır və onlar ki, qəlbləri daşdır.[15]

Bütün bu deyilənlərə diqqət yetirərək bu nəticəni almaq olar ki, bütün o şeylər ki, şeytanın öz məqsədinə çatmasına mane olan hər bir işdə narahat olaraq nalə çəkmişdir. Odur ki, rəvayətlərdə gəlmişdir: İblis dörd yerdə nalə və fəryad etmişdir:

Birinci: O gün ki, həzrət Adəmə (ə) səcdə etmədiyi üçün və təkəbbüt etdiyində, Allahın lənətinə düçar oldu.

İkinci: O gün ki, Allahın əmrindən boyun qaçırdığı üçün, Allah dərgahından qovularaq, yer üzünə endirildi.

Üçüncü: O gün ki, həzrət Məhəmməd (s) Allah tərəfindən insanların hidayəti üçün Peyğəmbərliyə seçildi.

Dördüncü: O gün ki, (Fatigətul- kitab) həmd və ya fatihə surəsi həzrət Məhəmmədin (s) qəlbinə nazil oldu.[16]

Bunun üçün də bu dörd böyük hadisə insanın həyatında bir hidayət yolu kimi rol oynamağa malikdir.



[1] - Nümunə təfsiri, cild 1, səh 191- 192.

[2] - Bəqərə surəsi, ayə 34.

[3] - Həmin.

[4] - Kəhf surəsi, ayə 50.

«فسق عن امر ربه»

[5] - Zümər surəsi, ayə 72.

«فبئس مثوی المتکبرین»

[6] - Bəqərə surəsi, ayə 34.

[7] - Qəraəti Möhsin, Nur təfsiri, cild 1, səh 103- 104.

[8] - Nas surəsi, ayə 4 " من شر الوسواس الخناس" gizli vəsvəsə edənin şərrindən.

[9] - Nəml surəsi, ayə 24. " زین لهم الشیطان اعمالهم" Şeytan onların əməllərini onların nəzərində cilvələndirdi.

[10] - Əraf surəsi, ayə 27.

[11] - Zuxruf surəsi, ayə 36.

[12] - Sad surəsi, ayə 72- 73.

[13] - Əraf surəsi, ayə 200.

[14] - Həmin, səh 193- 194.

[15] - Həcc surəsi, ayə 53.

[16] - Biharul- ənvar cild 11, səh 145. İmam Sadiq (ə) buyurur:

«ان ابلیس رنّ اربع رنّات: اولهن یوم لعن و یوم اهبط الی الارض و حیث بعث محمد (ص) علی فترة من الرسل و حین انزلت ام الکتاب ... .»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162975 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155259 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117860 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109854 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99223 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91439 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53434 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45545 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43847 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43023 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...