Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır.
Sualdakı mövzünü neçə cəhətdən araşdırırıq.
- Lənətlənən, küfrdə təqsirləndirilən və şəxsin belə bir nisbətə layiq olmadığı halda, digərlərinə lənət, nifrin, təkfir və pis sözlər deyilməsi, təbiidir ki, müqəddəs İslam şəriəti və dini təlimlər nəzərindən qadağan olunub və axirət əzabı da onun üçün nəzərdə tutulubdur. Bu məsələ həm hökmləri hikmət və məsləhət üzündən olan müqəddəs İslam şəriəti nəzərindən qəbul olunmur, həm də heç bir bəşəri və qeyri İslami qanunlar da belə məsələləri düzgün saymırlar, insanların şəxsi həyatına girməyə icazə vermirlər və belə işlər görənləri qanunla cəzalandırırlar.
- İslamın dini təlimləri bizə öyrədirlər ki, imanlı insanlar günah olan və kiminsə haqqını zay edən kəlmələri dilinə gətirmirlər, hətta günah olmayan və mənfi cəhətləri olmayan və elmi termində ona ləğv deyilən sözləri də dillərinə gətirmirlər. Qurani- kərim bu barədə buyurur: "Həqiqətən möminlər nicat tapdılar... o kəslər ki, ləğvdən və lüzumsuz şeylərdən üz döndərərlər."[1] Bu ayə deyir: Həqiqətdə möminlər elə düzəliblər ki, təkcə batil düçüncələrə, faydasız sözlərə və işlərə əl atmırlar, hətta Quran buyurduğuna əsasən, ondan üz döndərərlər, o ki, qala digərlərinə nahaq yerə lənət və təkfir edələr.
- Bizim dini təlimlərdə, belə işlərə qadağan qoymaqdan əlavə, dini rəhbərlərdən olan rəvayətlər deyirlər; əgər bir şəxs lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət lənət edənin özünə qayıdır:
«وَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ لَعَنَ رَجُلٌ الرِّیحَ عِنْدَ رَسُولِ اللَّهِ (ص) فَقَالَ لَا تَلْعَنِ الرِّیحَ فَإِنَّهَا مَأْمُورَةٌ
وَ إِنَّهُ مَنْ لَعَنَ شَیْئاً لَیْسَ لَهُ بِأَهْلٍ رَجَعَتِ اللَّعْنَةُ عَلَیْهِ»[2]
Bir kişi Peyğəmbər (s)- in yanında küləyi lənətlədi. Peyğəmbər buyurdu: Küləyi lənətlənmə, çünki o Allah tərəfindən məmurdur. Əgər bir şəxs lənətə layiq olmayan şeyi lənətləsə, o lənət, lənət edən şəxsə qayıdır.
Bu rəvayətdə gördüyünüz kimi, ehtiram Kəbə evinin hörməti kimi olan insan deyil, küləyə lənət edilib. Bu onu göstərir ki, dediyinə və əməllərinə diqqət etməli və sübutsuz və şərii dəlil olmadan bir iş görməməli və digərlərinə hökm etməməlidir.
- Əlbəttə, bu məsələni xatırlamaq zəruri görünür ki, Allahın övliyalarına əziyyət verən şəxsləri lənətləmək nəinki olar, hətta yaxşı sayılır. Amma qeyd olunanlar deyilən suala diqqət etməklə, o şəxslər haqqındadır ki, nahaqcasına digərlərini lənətləyir, təklif edir və insanların həqiqi və hüquqi haqlarını pozular. Bu İlahi övliya və elçilərə əziyyət edən şəxslərə aid deyil, çünki onlara Allah və lənət edənlər, lənət edir: "Kitabda insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq- aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və lənət edə biləcək kimsələr də, onlara lənət oxuyar."[3]
[1] - Möminun surəsi, ayə 3, Ləğv bəzi böyük təfsirçilərin dediyi kimi, nəzərə çarpan bir faydası olmayan hər danışıq və əməldir", Məkarim, Nasir, Təfsiri- nümunə, cild 14 səh 195, Darul- kutubul- İslamiyyə, Tehran, 1372, hicri şəmsi.
[2] - Kuleyni, Kafi, cild 8, səh 69, Darul- kutubul- İslamiyyə, Tehran, 1368 hicri şəmsi.
[3] - Bəqərə surəsi, ayə 159.