Fiqh terminində musiqiylə ğina bir- birindən fərqlidirlər. Ğina o səsə deyilir ki, insan boğazında bir neçə not şəklini alaraq səslənsin və dinləyicidə sevinc və fərəh halının yaranmasına səbəb və oyun və rəqs məclislərinə münasib olsun.
Amma musiqi, bir səsdir ki, musiqi alətindən eşidilir.
Bir çox ayə və rəvayətlərə və bir çox psixoloqların sözlərinə nəzər saldıqda insanın fəsada, Allahı yaddan çıxarması və musiqinin insan ruhiyyəsində mənfi təsir qoyması və zalım hakimiyyətlərin ondan çirkin məqsədləri üçün istifadə etməsi, musiqinin haram olması dəlili kimi hesab olunur. Musiqinin əsas haram olmasının dəlili (və yaxud onun bir hissəsinin halal olması) Quran ayələri, Peyğəmbər (s) və məsum İmamların (ə) rəvayətləridir. Quran ayələri arasında Furqan surəsi 72- ci ayəsi, Həcc surəsinin 30- cu ayəsi, möminun surəsinin 3- cü ayəsi və Loğman surəsinin 6- cı ayəsi bu mövzuya işarə etmişdir ki, imamlar (ə) onun təfsirində buyurmuşdurlar: ""قول زور" ، "لهو" و "لغو"" (qəvli zur) "ləhv" və "ləğv" kəlmələrindən məqsəd ğinadır.
Beləliklə bir çox rəvayətlər vardır ki, ğinanın haram olmasını sabit etmək üçün onlara əsaslanmışdır. Amma başqa bir dəstə rəvayətlərə görə, onda musiqi alətinin istifadə olunması haram sayılmış və onun haram olmasını isbat etmək üçün onlardan istifadə olunmuşdur.
O cür ki, ğina hər cür səsin ucaldılması mənasında istifadə olunmuşdur, bunun üçün də bütün fəqihlər (insan hislərini oyadan) bir vasitə kimi, ğinanı haram bilirilər. bəziləri isə onun insanı hərəkətə gətirən bir vasitə olmasını əlavə edirlər.
Musiqi barəsində də bir çox fəqihlər onun haram olmasını haram bilir və bəziləri də onun oynaq olması üçün onun haram olmasını bildirirlər.
1. Musiqinin mənası.
"Musiqi" və ya "Musiqa" Yunan kəlməsidir və lüğətdə isə "ğina" kimi də tərcümə olunmuşdur; amma dini nəzəriyyə və fiqh terminində bir- biriylə fərqlidirlər. "Ğina" şəriət terminində ibarətdir "insan boğazından səslənib boğazda fırlanıb cəh- cəh şəklində eşidilsin. Və eşidən şəxsdə sevin və fərəh halı yaratsın, bundan əlavə kef və münasib olmayan məclislərdə uyğun olsun". Amma musiqi "bir səsdir ki, musiqi alətindən eşidilir, bunun üçün də elmi və fiqhi nəzəriyyəsi çərçivəsində bir- birindən fərqlənirlər.[1]
2. Musiqi və ğinanın haram olmasının hikməti.
Bir çox ayə və rəvayətlər və psixoloqların sözləri üzündə tədqiqat aparıldığı zaman, onun haram olmasının fəlsəfəsini aşağıda qeyd olduğu kimi əldə etmək olar:
A: İnsanı fəsad və çirkinliyə doğru çəkir:
Peyğəmbərdən (s) bizə çatan hədislərdən birində buyurur: "Ğina zinanın nərdivanıdır".[2] Təcrübə göstərir ki, bir çox insanlar ğinanın təsiri altında təqvadan uzaq olub fəsad yola düşmüşdürlər. Ümumi olaraq ğina məclisləri hər növ fəsadın mərkəzidir.[3]
B: Ğina insanı Allahı yad etməkdən uzaqlaşdırır:
Qurani- kərim buyurur: İnsanlardan bəziləri mənasız söz xəridarıdırlar ki, nadanlıq vasitəsiylə insanları İlahi (haq) yoldan azdırırlar və Quranı məsğərə edirlər, onlara xar edici əzab nəsib olacaqdır."[4] Bu ayədə insanları haqq yolundan azdıran amillərdən biri də "ləhvul- hədis" mənasız söz bildirilmişdir. "Ləhv" o şeydir ki, insanı elə özünə məşğul edər ki, lazım olan işlərin yadan çıxmasına səbəb olar. İslamı rəvayətlərdə onu "Ğina" kimi təfsir etmişdirlər.[5]
C: Musiqini insan psixologiya və sinir sistemlərində mənfi təsiri:
Musiqi və ğina insanın sinir sistemlərinin pozulmasında rolu olan amilərdən biridir. Musiqi tədqiqatçılarının nəzəriyyəsi ömründə bir çox narahatçılığa səbəb olur və zaman keçdikcə insan öz sinir sistemini itirir və bir çox insan psixoloji xəstəliklərə düçar olur. Əlbəttə özlərinin idarə olunmasını da əldə verirlər. bəziləri isə fələc və öz qüdrətlərini əldən vermişdirlər. bəziləri isə musiqi alətlərini ifa edərkən qan dövrləri yüksəlir və nəticədə infakt xəstəliyinə düçar olmuşdurlar".[6]
D: Ğina, istemarçıların bir növ vəsiləsidir:
Dünya istismarçıları hər zaman insanların, xüsusiylə də cavan nəslin ayağa qalxmasından qorxmuşdurlar, bunun üçün də onların geniş proqramlarından bir hissəsi də insanları qəflət və nadanlığa doğru çəkib münasib olmayan işlərlə insanların məşğul olmasını istəmişdirlər.
Fəsad mərkəzlərinin yaradılması, qumarxana klubları və beləliklə bir çox münasib olmayan proqramlar o cümlədən ğina və musiqi ən mühüm vasitədir ki, onlar insanların fikir və düşüncələrinin məlumatsız olması üçün buna təkid etmişdir.[7]
3). Musiqi və ğinanın haram olması yuxarıda qeyd olunan hikmətlərdir,
nəin ki, tamam ilət və bu dəlil olsun, bəzi yerlərdə də baxmayaraq ki, bu cür yerlərdə mənfi təsiri yoxdur amma yenə də haram sayılmışdır.
4). Musiqinin haram olmasının əsl dəlilləri (və ya bəzi hissəsinin halal olması)
Quran ayələri, Peyğəmbər (s) və İmamların (ə) rəvayətləridir ki, fiqh elmi ixtisası çərçivəsində təhqiq və tədqiq olunur və bu məqalə bu geniş bəhsin dairəsindən kənardır.
Amma o ki, xülasə olaraq ona işarə etmək olar bir neçə mətləbdən ibarətdir:
A: Baxmayaraq ki, Quran ayələri bir başa musiqinin haram olmasını açıqlamışdır və bir çox hökmlər kimi ümumi olaraq hökm vermişdir. Amma bəzi ayələr, o cür ki, Peyğəmbər (s) və İmamlar (ə) onlardan təfsir etmişdirlər ğinaya (musiqiyə) şamil olur. Bu mövzuda bir neçə ayəyə işarə edirik:
1. İmam Sadiq (ə) ayələr və o şəxslər batilə şəhadət vermirlər (və batil məclislərində iştirak etmirlər)[8] və "batil sözlərdə pərhiz edən"[9] barəsində buyurur: "Məqsəd musiqi və ğina məclisləridir".[10]
2. İmam Sadiq (ə) "və onlar ki, ləğv və mənasız sözlərdən üz çevirmişdirlər".[11] Ayəsi barəsində buyurur: Bu ayədə "ləğv"dən məqsəd ğina və oxumaqdır".[12]
3. İmam Baqir (ə) və imam Sadiq (ə) bu ayə "insanlardan bəziləri mənasız sözləri alırlar ki, insanları nadanlıq üzündən İlahi yolundan azdırsınlar və Allahın ayələrini məsğərə etsinlər, onlar üçün xar edici əzab nəzərdə tutulmuşdur".[13] Barəsində buyururlar: "Mənasız sözlərdən məqsəd. Ğinadır".[14]
Nöqtə: Baxmayaraq ki, bu rəvayətlərin çoxu, işarə olunan ayələrin ğinaya şamil olmasını bildirir, amma bəzi rəvayətlərdə, musiqiyə şamil olduğunu bildirmişdir.[15] Fəqihlər də bu ayələrdən bəzilərinin musiqiyə şamil olduğunu bildirmişdirlər.[16]n
B: Quranın haram olmasına dəlalət edən ən mühüm dəlil, bir neçə rəvayətdir ki, Peyğəmbər (s) və Əhli-beytindən bizim əlimizə çatmışdır və bir başa olaraq açıq- aşkar ğinanın haram olmasına dəlalət edir. Nümunə olaraq onlardan bir neçəsinə işarə edirik:
İmam Baqir (ə) buyurur: Ğina o şeylərdəndir ki, Allah Taala onun əzabını cəhənnəm qərar vermişdir".[17]
İmam Sadiq (ə) buyurur: "Ğinadan çəkinin".[18]
C: Musiqinin də haram olması haqqında Peyğəmbər (s) və məsum imamlardan (ə) bir çox rəvayət əlimizə çatmışdır ki, onlardan bir neçəsinə işarə edirik:
İmam Sadiq (ə) buyurur: "Saz və avaz alətləri, şeytan əlamətlərindəndir, bəs yer üzündə bu növdə olan hər bir şey şeytan tərəfindəndir".[19] Peyğəmbər (s) buyurur: Sizləri musiqi alətlərindən qadağan edirəm."[20]
D: Bəs "ğina" kəlməsi "səsin uzadılması" mənasında işlədilmiş və bəlkə də hər növ səs və avaz mənasında işlədilmişdir.[21]
Şeyx Ənsarinin sözlərinə əsasən "tamamiyla və aşkar olaraq bu mənalardan heç biri haram olmasını bildirmir".[22] Bunun üçün də bütün fəqihlər (Müctəhidlər) ğinada "ləhv" in (mənasız sözlərin) olmasına işarə edərək onun haram olmasını bildirirlər; yəni (ləhv) mənasız ğinalar haramdır.[23] ("ləhv" kəlməsini Allahı yaddan çıxarıb çirkin sözlərdə qərq olmaq mənasında işlədmişdirlər.[24] Deyirlər o ğina və avaz haramdır ki, ləhv və fəsad məclislərinə münasib olsun.[25]
Bəzi fəqihlər ğinanın "ləhv" olmasından əlavə "mutrib"- i də ona əlavə etmişdirlər.[26] "Mutrib yüngül düşüncəli insana deyilir ki, musiqi səsini eşitməklə insanın daxilində yaranır və insanı normal haldan uzaqlaşdırdır. Musiqi barəsində (bir səs ki, musiqi alətindən eşidilir) də bir çox fəqihlər, o növ musiqini ki, onda "ləhv" vardır haram bilir və bəziləri "mutrib" musiqiçilərə qulaq asmağı haram bilirlər.[27]
Son nöqtə:
Əvvəldə qeyd etdiyimiz kimi, bu bəhsin dəqiq tədqiqi üçün, fiqh ixtisası dairəsində həyata keçirilməsi lazımdır və o şəxslər ki, bu mövzuda ictihad etmə qüdrətləri yoxdur öz müctəhidindən itaət etməlidir.
[1] - Seyyid Müctəba Hüseyni (porseşha və pasoxhaye daneşcuyi) səh 169; İmam Xumeyni (rəh) əl- məkasib əl- muhərrəmə, cild 1, səh 198- 224; Hüseyni, Əli, Əl- musiqi, səh 16- 17; Təbrizi istiftaat, sual 10, 46 və 1048; Fazil, Cameul- məsail, cild 1, sual 974,978 və 979.
[2] - Əl- ğina təqiyyətul- zina; Biharul- ənvar, cild 76, bab 99, Əl- ğina.
« الغناء رقیة الزنا »
[3] - Bax: Təsiri musiqi bər rəvan və əsab, səh 29; ruhul- məani təfsiri, cild 21, səh 6; nümunə təfsiri, cild 17, səh 25 və 26.
[4] - Loğman, surəsi, ayə 6.
« ومن الناس من یشتری لهو الحدیث لیضل عن سبیل الله بغیرعلم و یتخذها هزوا اولئک لهم عذاب مهین »
[5] - Vəsailüş- şiə, cild 12, bab 99, əbvabe ma yəktəsibu bih.
[6] - Təsiri musiqi bər rəvan və əsab, səh 29- 92. (Götürülmüşdür nümunə təfsiri, cild 17, səh 26).
[7] - Nümunə təfsiri, cild 17, səh 27.
[8] - Furqan surəsi, ayə 72.
« والذین لا یشهدون الزور »
[9] - Həcc surəsi, ayə 30.
« واجتنبوا قول الزور »
[10] - Vəsailüş- şiə, cild 12, bab 99, Əbvabe ma yəktəsibu bih, hədis 2- 3- 5- 9 və 26.
[11] - Möminun surəsi, ayə 3.
« والذین عن اللغو معرضون »
[12] - Əli- ibni İbrahimin təfsiri, cild 2, səh 88.
[13] - Loman surəsi, ayə 6.
[14] - Vəsailuş- şiə, cild 12, bab 99, əbvabu ma yəktəsibu, hədis 6- 7- 11- 16- 25.
[15] - Həmin, bab 100, hədis 3.
[16] - İmam Xumeyni (rəh) Əl- məkasib əl- muhərrəmə, cild 1, səh 2.
[17] - Vəsailuş- şiə, cild 12, bab 99, əbvabu ma yəktəsibu bih, hədis 6.
[18] - Həmin hədis 23- 24.
[19] - Həmin, bab, 100, hədis 5- 6.
[20] - Həmin.
[21] - İmam Xumeyni (rəh) Əl məkasib əl muhərrəmə, cild 1, səh 299.
[22] - Məkasib, Şeyx Ənsari, cild 1, səh 292.
[23] - Risaleye daneşcuyi, səh 171.
[24] - Əhməd Şərəmxani, İnsan, ğina, musiqi, səh 14.
[25] - Risaleye daneşcuyi, səh 171. hər halda gözəl səsin tamamıyla haram olması insan ağlına qəbul edilməz və bəzi rəvayətlərlə müxalifdir ki, Quranı gözəl səslə oxumağa çağırır. Məqsəd məxsus olan bir növ haramdır ki, ondan "batil" və ya "ləhv" kimi (təbir) məna olunmuşdur.
[26] - Həmin.
[27] - Tozihul- məsaile mərace, cild 2, səh 813- 913; Məsaile cədid, cild 1, səh 47- dən sonra.