Bir guşəyə çəkilmək bəzən tam və həmişəlik, bəzən də naqis və mövsümi olur.
Tam və həmişəlik bir guşəyə çəkilmək müəyyən cəhətlərə görə iradlıdır. Çünki:
- İlahinin tədbir və qaydasının əksinədir. Çünki Haqq- Taalanın zatının iradə və qaydası bəşərin ixtiyar yolu ilə və onun vəsilələrini hazırlamaqla yəni hidayət və zəlalət yolu hazır olmaqla təkamülə yetişməsinə əsaslanır.
- İlahi dinlər onu qadağan edib və bir dəstənin içində yaranmış bir bidətdir. Ona görə də İlahi Peyğəmbərlər və onların vəsilərinin insanların ictimai həyatından ümimiyyətlə əlaqəni kəsmələri görünməmişdir.
- belə kənara çəkilmək hansı səbəbdən olsa da, din və insanlığın təlimlərinin ruhi ilə, möminlərin hüququnu yerinə yetirmək, ata- ana ilə yaxşı rəftar, din qardaşı ilə görüşmək, möminin hacətini yerinə yetirmək, camaatın arasını düzəltmək və... kimi ilə ziddiyəti yoxdur.
- Dini göstəriş və qaydalara riayət etməklə ictimai həyat arasında heç bir ziddiyət yoxdur. İnsan dini göstərişlərə riayət etməklə, yanaşı camaat arasında yaşaya və onlara xidmət etməkdə çalışa bilər. hər çənd sizin kimi bir şəxs cəmiyyətin hər yerində pis insanların və... olmasını fikr etsə də.
İslam nəzərindən belə olduqda, cəmiyyətin ab- havasını paklamaq və onlara xidmət etməkdə mömin insanların məsuliyyəti daha çox olacaq.
Özlət, xəlvət ya rahiblik camaatdan uzaq olub və bir guşəyə çəkilmək mənasındadır [1] və onun neçə növü var:
- Tam və həmişəlik bir guşəyə çəkilmək.
- Naqis və mövsümi bir guşəyə çəkilmək.
Birinci qism bir guşəyə çəkilmək olmaz. Amma haqq- talaya bəndəlik və münacat etmək üçün məhdud vaxtlarda camaatdan uzaq olmağın eybi yoxdur.
Hər Peyğəmbər və Peyğəmbər vəsisi öz ömrünün az bir müddətini camaatdan xəlvət bir yerdə keçirmiş [2] və namaz, münacat, fikir və zikr ediblər.
Birinci qism bir guşəyə çəkilməyin pislənilməsinin səbəbləri:
- Zalım hakimlərin məhkumluğunda və azlıqda qalan Musa və İsa (ə)- ın dinin ardıcıllarından bir dəstə,öz din və canlarının qorxusundan camaatdan uzaqlaşıb və ibadətlə məşğul oldular.[3]
Müsəlmanlardan bir dəstə belə bir üslubun bəyənildiyini düşünüb bir guşəyə çəkildilər. Amma Peyğəmbər (s) onları bu işdən çəkindirdi. O həzrət dünyadan gedəndən sonra da müsəlmanların bir dəstəsi sufi adı ilə bir guşəyə çəkilməyi seçdilər və onun üçün qaydalar düzəltdilər ki, Əhli- beyt (ə) tərəfindən təsdiqlənmədi.[4]
- İlahi Peyğəmbərlər və onların vəsiləri öz ömürlərinin qısa bir mərhələsini camaatdan uzaq keçirmələrinə baxmayaraq, amma həmin mərhələni İlahi əmrləri daha çox və daha yaxşı qəbul etmək və onları camaata çatdırmaq üçün daha çox hazırlıq əldə etmək məqsədi ilə keçirdilər Ona görə də onların heç biri daimi bir guşəyə çəkilmədilər və zalım hakimlərlə mübarizə edib, camaatın içində onların şad və qəmli günlərində onlara şərik idilər.
- Bəşərin həyatı barəsində İlahinin tədbir və qaydası belədir ki, bəndəlik və yolunu azmaq vəsiləsi hazır olmalıdır. Çünki insanın təkamülü onları keçməklə əldə olunur.
- İslam Peyğəmbəri (s) buyurubdur ki, mənim ümmətimin rahibliyi hicrət, cihad, namaz, oruc, həcc və ömrədir.[5]
İmam Sadiq (ə) kəlamlarının birində İslam dinin barəsndə buyurur: Camaatdan uzaqlıqda olan bir guşəyə çəkilmək və səhrada gəzmək İslam dinində mövcud deyil.[6]
- Camaatdan tam və həmişəlik uzaqlaşmaq möminlərin haqlarını yerinə yetirmək, ata- ana ilə yaxşı rəftar, dini qardaşlarla görüş, möminin ehtiyacını vermək, camaatın arasını düzəltmək, möminə təam vermək, möminin xeyrini istəmək, müsəlmanların işlərinə diqqət etmək, qohumlarla əlaqə və... kimi dini təlimlərin ruhi ilə ziddiyyətlidir.[7]
Sonda diqqət etməli məsələ budur ki, dini göstəriş və qaydalara riayət etməklə ictimai həyat arasında heç bir ziddiyyət yoxdur. Əksinə bir guşəyə çəkilməyin qaydalarına ictimai həyatda riayət edib və onun hədəflərini əldə etmək olar. Çünki camaatdan uzaqlaşmaq və guşəyə çəkilməkdən başqa, bir xəlvətə çəkilməyin əsas qaydaları, daimi dəstəmaz, Quran tilavətinin daimi zikri, az yatmaq, az danışmaq, az yemək, özünü Allahın hüzurunda görmək və...[8]- dən ibarətdir ki, dini ictimai həyatda da onun əsas hissəsinə əməl etmək olar və onun əsas hədəfi dinin sağ qalması, vaxtları abad etmək, nəfsin hallarını araşdırmaq və əməldə ixlasdır ki, bu hədəflərin hamısı dini ictimai həyatda əldə oluna bilər.
Bundan əlavə camaatla olub və cəmiyyətdə yaşamağın bir guşəyə çəkilməyin iradları yoxudur.
Xülasə budur ki, insan hər bir halda və hər bir işdə Allah Taalanı yad edib və nəfsin hallarını araşdıra bilər.
[1] - Baxın: Əl- tərifat, Seyid şərif Əli ibn Məhəmməd Corcani, Babi ğəyn İstilahatus- sufiyyə, Kəmaluddin Əbdür- rəzaq Kaşani, babi xa, Təfsirul- mizan, cild 19, səh 173.
[2] - Meracus- səadə, səh 569.
[3] - Təfsirul- mizan, cild 19, səh 178.
[4] - Baxın: Misbahul- hidayə, səh 115.
[5] - Baxın: Təfsirul- mizan, cild 19, səh 178.
[6] - Usuli- kafi, Kitabi iman və küfr, babi şəraye, cild 1.
[7] - Baxın: Usuli- kafi, kitabi iman və küfr, Kitabud- dua, kitabi muaşirət.
[8] - Baxın: Kimyaye səadət, cild 1, səh 454, Misbahul- hidayə, səh 117, Əvariful- məarif, səh 213- 220.