Əvvəla, sualınıza diqqət yetirməklə həmin kitabın hansı elmdə yazılmasını ayırd etmək çətindir və əlavə təfsilata, izaha ehtiyac vardır. Amma qısa şəkildə desək, kitabın mövzusu “qəribə elmlər”, misal üçün cəfr, rəml, nücum və sair kimi elmlər mövzusunda ola bilər, lakin onun (müşahidə edilmədən) dəqiq şəkildə ayırd edilməsi mümkün deyildir.
İkincisi, qəribə elmlərlə sehr, cadu və dua kitabları arasında çoxlu fərq vardır. Qəribə elmlər təlimlə, xüsusi qayda-qanunların öyrənilməsi ilə əldə olunur. Qəribə elmlərin əsas hədəf və məqsədi xüsusi formullar və vasitələrdən istifadə etməklə gələcəkdən xəbər vermək, müxtəlif şəxslərin vəziyyət və hallarından məlumat əldə etməkdir. Əlbəttə, bütün hallarda yox, təkcə müəyyən hallarda həqiqətə çatır. Amma sehr, cadu isə cinlər və s. ilə əlaqə yaratmaq qalibində şəriətə zidd olan əməl və rəftarlardan ibarətdir. Bu iş camaatın işlərində nasazlıq yaratmaq, onların gündəlik həyatlarında qarışıqlıq icad etmək üçün baş verir. Sehri öyrətmək və öyrətmək haramdır. Yalnız əqli və şəri məqsədlər olan hallar istisnadır.
Üçüncüsü, Əhli-beyt (əleyhimus-salam)-dan bizə gəlib çatan dua kitablarının məqamına diqqət yetirməklə əksər hallarda bizə lazım olan şey onları öyrənmək və düzgün istifadə etməkdir.
Müxtəlif bəşər elmləri arasında bəzi elmlər çox da fayda və səmərəyə malik deyildir, bunlar çoxlu elmi və əməli bəhrələrə, faydalara malik olan və əksəriyyət təşkil edən sair elmlərlə müqayisədə cüzi əhəmiyyətə malikdirlər. Bu kimi bəhrəsiz elmlərdən biri kimi qəribə elmlərin – misal üçün, cəfr, rəml,[1] nücum və s. adını qeyd etmək olar. Əlbəttə, bu elmlər sehr və cadu ilə aşkar ixtilaflara və dərin fərqlərə malikdir. Qəribə elmlər xüsusi qayda-qanunları öyrənməklə əldə olunur, bunların öyrənilməsinin əsl hədəfi və məqsədi xüsusi formullar vasitəsi ilə gələcəkdən xəbər vermək, müxtəlif şəxslərin əhval və rəftarlarından məlumat əldə etməkdir. Bu da həmişə deyil, yalnız bəzi hallarda həqiqətlə uyğun olur. Buna görə də həqiqətən ilahi dinlərin ən əhatəlisi və kamili olan islam dinində onların öyrənib-öyrədilməsinə dair təşviq gözə dəymir.[2] Amma bütün müctəhidlərin aşkar bəyanına əsasən, sehr və cadunun öyrənib öyrədilməsi və istifadə edilməsi haramdır. Yalnız əqli və şəri məqsədlər olan cüzi hallar istisna olunur.[3] Çünki onun həm özü, həm də müqəddiməsi Allahın haram buyurduğu işin nümunələrindəndir, məs; şəri olmayan riyazətlər, cinlərin ehzar edilməsi (çağırılması), xüsusən başqalarının gündəlik işlərində qarışıqlıq yaratmaq məqsədi olduqda şəriət sahibi tərəfindən şiddətlə qadağan edilmişdir. Həmin dəlilə görə ilahi kitab olan Quran, Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəti və Əhli-beyt (əleyhimus-salam)-ın rəftar və davranışı əsasında ilahi maarif və hökmlərin təbliğ və nəşrini öhdəsinə alan bu alimlər çox da mühüm əhəmiyyət kəsb etməyən elm və kitablardan heç vaxt istifadə etməmiş və hal-hazırda da etmirlər. Amma böyük şiə şəxsiyyətlərindən bəziləri qəribə elmlərdən bəhrə almışlar, amma bunu heç vaxt izhar etmirdilər. Belə ki, Müəllim Sani – Əbu Nəsir Farabi (r) cəfr elmində bir kitabça yazmış, lakin bir müddətdən sonra onu məhv edərək buyurmuşdu: “İstəmirəm ki, mənim əsərlərim bu elm sahəsində olsun.”[4] Bu məsələ ilə əlaqədar Əllamə Həsənzadə Amuli yazır: “Cəfr elmi həfr (quyu qazmaq) kimidir; bəzən xəzinəyə çatır, bəzən isə yalnız əzab əziyyəti qalır.”[5]
Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan duaların yazıldığı kitablarının mövqeyinə diqqət yetirməklə bizə lazım olan, eləcə də dində təkid olunan məsələ dua kitablarının öyrənilməsi və onlardan istifadə edilməsidir. Çünki bu mühüm məsələyə diqqət yetirməklə Xaliqlə məxluq arasında əlaqə daim bərqərar olur və bu kimi hallarda rəml, cəfr və s. kitablara ehtiyac duyulmur.
Əlavə məlumat üçün bax:
1. “Kifayətur-rəml”, Seyid Cavad Zehni Tehrani
2. Görünüş: “Sehrin müşahidəsinin haram olmaması və onun barəsində tədqiqat”, sual 13799 (13637).
3. Görünüş: “Başqa aləm varlıqları ilə əlaqə”, sual 292
4. Görünüş: “Cinin və şeytanın qüdrəti”, sual 10487 (10479).
5. Görünüş: “İnsanın cinlə əlaqəsi”, sual 13323 (13096).
6. Görünüş: “İnsan və cinlə əlaqə”, sual 468
[1] “Kifayətur-rəml”, Seyid Cavad Zehni Tehrani
[2] Dinin bu kimi elmlərə diqqət yetirməməsinin səbəblərindən biri bəlkə də bu ola bilər ki, bu elmlər cəmiyyətdə əxlaqi səciyyələrin, Allaha təvəkkülün, Onun qəza və qədərinə razı olmağın əhəmiyyətsiz olmasına səbəb ola bilər.
[3] “Məsaili cədid”, səh. 83; “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 980; “Əcvibətul-istiftaat”, Ayətulah Xamenei, 2-ci cild, səh. 50
[4] “Min bir nöqtə”, Əllamə Həsənzadə Amuli, 2-ci cild, səh. 722
[5] Yenə orada, 1-ci cild, səh. 160