Soltan Əlişah adı ilə tanınmış hacı Sultan Məhəmməd Günabadi hicri qəməri tarixinin son əsrinin arif və alimlərindəndir. O, hicri qəməri tarixi ilə 1251-ci ildə cəmadi-sani ayının 28-də Günabad məntəqəsində dünyaya göz açıb. Dini təhsildən ötrü Məşhəd və Nəcəfi-Əşrəfdə olmuş, tanınmış şəxsiyyət həkim hacı molla Hadi Səbzivaridən əqli elmləri öyrənmiş və irfan aləminə daxil olmuşdur. Sonradan ustad Məhəmməd Kazım Səadət Əlişahın yanında qəlbi zikrləri ələ gətirmişdir. Onun ən mühüm xüsusiyyətlərindən dolanışıq üçün iş-güc (əkinçilik), zöhd, təqva, başqalarına kömək, məzhəbi və dini məclislərin təşkili olmuşdur. Yazdığı kitablarından, dəyərli təfsiri Bəyanus-Səadat (Xoşbəxtliyin açıqlanması), Səadətnamə (Xoşbəxtlik məktubu), Məcməus-səadat (Xoşbəxtlik məcmuəsi) və s.. adlarını çəkmək olar. O, 76 yaşında öldürülür və Günabad məntəqəsinin Bidxət qəbristanlığında torpağa tapşırılır.
Amma, bu mövzuda iki mühüm məsələyə diqqət etmək lazımdır:
1.O, Quranın bəzi ayələrini vilayət ünvanı ilə təfsir və təvil etmişdir. (məs, “Allah” kəlməsini “Əli (əleyhissalam)”-a). Həmin məsələ səbəb olur ki, bəziləri onu ğuluv (dində mübaliğəyə) ittiham etsinlər.
2.Tarix boyu bir dəstə insanlar öz qərəzli niyyətlərinə çatmaqdan ötrü həmişə ariflərin sözlərindən müsəlmanlar arasında ixtilaf, cavanların inhirafa düşməsi və özlərinin günah əməllərini ört-basdır etməkdən ötrü bəyənilməz şəkildə istifadə etmişlər.
Ona görə də bir dəstənin Günabadinin sözlərindən öz pis hədəfləri üçün istifadə etməsi də mümkündür. Adətən, müsəlmanların arasında ixtilaf salmaqdan ötrü bir dəstə digər bir dəstənin sözlərini öz əllərində bayraq edir.
Soltan Əlişah adı ilə tanınmış hacı Soltan Məhəmməd Günabadi on dördüncü əsrdə yaşamış arif və alimlərdən olub, ilahi nemətlər sırasında qərar tutmuşdur. O, hicri qəməri tarixi ilə 1251-ci ildə cəmadi-sani ayının 28-də Günabad məntəqəsində dünyaya göz açıb. Üç yaşında ikən atası Hindistana gedir və sona kimi ondan bir xəbər çıxmır. Ona görə də onun hamiçiliyini qardaşı molla Məhəmməd Əli öhdəsinə alır. Altı yaşında Quran oxumağı öyrənir, amma fəqr və kasıbçılığa görə on yeddi yaşına qədər təhsilini davam etdirə bilmir. Ondan sonra ədəbiyyat elmini doğulduğu məntəqədə öyrənir. Daha sonra təhsilini davam etdirməkdən ötrü Məşhəd şəhərinə gəlir və sonradan təhsilini təkmilləşdirməkdən ötrü Nəcəf-Əşrəfə üz tutur. Əqli elmləri və irfan yolunu ustadı Həkim Mətəələhə hacı Molla Hadi Səbzivarinin yanında başlayır və bir müddət sonra İsfahana gəlir. İsfahanda öz ustadı Məhəmməd Kazım Səadət Əlişahdan qəlbi zikr məqamını ələ gətirir. Hicri qəməri tarixi ilə 1294-cü ildə öz ustadı tərəfindən irşad, zikr öyrətmək və irfani göstəriş vermək məqamını ələ gətirir. O, Şahnemətullah dərviş sisiləsi, İmam Rzanın (əleyhissalam) Xorasana daxil olması zamanı o Həzrətlə birlikdə olan, Əmir Süleyman adlı şəxsin övladlarından, Biçarə ləqəbi ilə məşhur olan Əmir Məhəmmədin nəslindəndir. Məşşa və işraq hikmətlərində böyük irfani məqamlara çatmışdır. Həmçinin, başqa elmlərdə, o cümlədən, riyaziyyat, astronomiya, tibb, qəribə elmlərdən də yaxşı bəhrələnə bilmişdir. Sonra da tanınmış İslam alimi Şeyx Ənsarinin yanında fiqh elminə yiyələnir və ondan ictihad icazəsi alır. İrfan elmlərindən əlavə, fiqh elmində də xüsusi məqam ələ gətirir. İraqda məsum İmamların (əleyhimussalam) ziyarətində olarkən tanınmış İslam alimi müctehid Mirzayi Şirazinin xüsusi diqqətində olur. Çox az bir müddətdə İran və sair islami ölkələrdə onun irfani və mənəvi məqamı haqqında məlumatlar yayılır. Bu da bəzi irfan düşmənlərinin paxıllıq və kinlərinə səbəb olur.[1] O zamanın bütün məşhur İslam alimləri o cümlədən, ayətullah Şirazi, hacı molla Əli Semnani, hacı Mirzə Hüseyn Səbzivari, Axund Molla Məhəmməd Kaşani, Şeyx Zeynalabidin Mazandarani və övladları bu alimin irfan aləmində məqam və fəzilətinə etiraf etmişlər.[2] Reyhanətül Ədəb kitabının müəllifi onu on dördüncü hicri qəməri əsrinin ən dahi alim və ariflərindən bilməklə yanaşı əqli, nəqli, zahir və batini elmlərə də sahib olduğunu qeyd edir.[3] Təzkirə (Zikir əhlindən) yazanlar etiraf edirlər ki, hər hansı arif və məqam əhli onu görüb tanış olduqdan sonra onun mənəvi və irfani məqamına etiraf edirdi.[4]
İmam Xomeyni (rh) Həmd surəsinin təfsirində yazır: “Son əsrlərdə Quranın təfsirində irfan əhli, məsələn, Mühiyəddin Ərəbi, Əbdurrəzzaq Kaşani və Molla Sultan Məhəmməd Günabadi kimiləri bu mövzuda çox yaxşı işləmişlər.[5]
Təraiqul-həqaiq (Həqiqətlərin yolları) kitabının müəllifi onun haqqında yazır: “O, çox yaxşı bəyənilmiş əxlaqa malik olmuş, müqəddəs mövzuların qorunmasında dəqiq olub, heç vaxt səhlənkarlıq etməmiş və kəramət əhli olmuşdur.[6]”
İrana gələn zaman bir müddət Tehranda qalır və məntəqənin böyük şəxsiyyətləri, siyasətçiləri, fiqh və rical elminin alimləri onunla görüşə gəlirlər. Hətta, deyilənə görə Nəsrəddin şah özü də onunla görüşmək istəyir, amma o qəbul etmir. Nəhayət, hicri qəməri tarixi ilə 1327-ci ildə rəbiəl-əvvəl ayının 26-da 76 yaşında onu öldürürlər. Hazırda qəbri Günabad məntəqəsindəki Bidxət qəbristanlığındadır. Bu böyük arifin xüsusiyyətlərindən biri də odur ki, əkinçiliklə məşğul olur, işsizliyi, camaatdan ayrılıb bir guşədə qalmağı və rahibliy etməyi etmirdi. İşlədiyi vaxtda tədris, təhqiq, camaata yol göstərmək və fəqirlərə köməklik göstərməyindən də qalmırdı. Xəstələrə də baş çəkir və onlara da tibbi köməklik göstrirdi. Belə ki, onu təbib kimi də tanıyırdılar. O, çox abid və zahid idi. Heç vaxt gecə namazlarından əl çəkməzdi. Dini mərasimlərin təşkil olunmasında, camaat namazının təşkili, Quran qiraəti, zikr məclisləri, İmamlarımızın (əleyhimussalam) şəhadət məclislərinin keçirilməsində çox çalışırdı. Dünya işlərində yemək və geyməkdə ən azına qane olurdu. Xüsusi libası və paltarı olmayıb. Öz mürid və tərəfdarlarına həmişə dini qanunlara əməl etməyə, vacib və müstəhəblərə əməl, haram və məkruhları tərk etməyi əmr edərdi. Çoxlu əlyazmaları olub. O cümlədən, Səadətnamə, Məcməus-sadat, Bəyanus-sadat təfsiri, Vilayətnamə, Bəşarətül-möminin tənbihus-saimin qeyd etmək olar. Kitablarından ən mühümü olan Bəyanus-səaadat fi məqamatil-ibadat təfsirini qeyd etmək olar. O zamankı dahi İslam alimlərindən hacı Möhsin Müctəhidi İraqi və Axund molla Məhəmməd Kaşani bu kitaba Sultanut-təfasir (təfsirlər sultanı) ləqəbi vermişlər. Ayətullah Cavadi Amili özünün Təfsir Təsnim