Saytın kodu
fa11917
Arxiv kodu
75458
tags
mömin|tövbə|Abır|Qeybət etmək
Sualın xülasəsi
Möminin abrın aparmaq hansı günahla müqayisə olunub? Hansı şərtlərlə icazə verilir? Bu günahdan necə tövbə etmək və yaxa qurtarmaq olar?
Sual
Möminin abrın aparmaq hansı günahla müqayisə olunub? Bu doğrudurmu ki, mömin bir insanın abrın aparmaq, insan qanı tökmək kimidir? Əgər bir şəxs bu işi başqa bir şəxsə görə və həqiqətlərin aydın olması məqsədi ilə görsə, yenə günah sayılırmı? Tövbə və vicdan əzabından qurtulmaq üçün tövbə yolu varmı? Əhəmiyyətli budur ki, lütfən ayə və hədislərə istinad edərək sualı cavablandırın? Öncədən təşəkkürlər.
Qısa cavab
Möminin hörməti rəvayətlərdə Peyğəmbərə (s), Əhli beytə (ə), Quran və Kəbəyə hörmət etmək sırasında yer alır. Möminin malı onun qanı qədər dəyərlidir. Həqiqətlərin üzə çıxması, möminin abrın tökməyə heç bir bəhanə və səbəb vermir. Əlbəttə heç uyğun bir səbəb də deyil. Bu böyük günahın tövbəsi də həmin çəxsdən halallıq istəmək, o hiss edən mənəvi zərərləri ödəmək, və həmçinin onun niyyətinə dua etmək və onun niyyətinə xeyir işlər görməkdir.
Ətreaflı cavab
İmam Baqir (ə) buyurur: Allahın Peyğəmbəri (s) meraca gedən gecə, Allahdan soruşdu: Sənin üçün möminin dəyəri nə qədərdir? Cavabında eşitdi ki, Ey Məhəmməd! Hər kəs mənim dostuma hörmətsizlik etsə, sanki mənimlə mübarizəyə qalxıbdır. Məndə surətli şəkildə dostlarımın köməyinə tələsəcəyəm...[1]
İmam Sadiq (ə) bu barədə buyurdu: Allahın yer üzündə beş gizli evi var: Peyğəmbər (s), Əhli beyt (ə), Quran, Kəbə və Mömin.[2]
Möminin hörməti o qədərdir ki, onun malıda qanı qədər hörmətə malikdir. İslam peyğəmbərindən nəql olunur ki, buyurub: Möminə söyüş söymək insanın fasiq olmasını ilə nəticələnəcək. Möminlə döyüş və vuruşmaq kafirliyə səbəb olacaq. Onun ətini yemək yəni onun qeybətin etmək günahdır. Onun malıda onun qanı kimi hörmət olunmalıdır[3].
Təbiidir ki, əgər mömin malının bu qədər hörməti varsa, abırı malından daha dəyərlidir. Nəticə etibarı ilə abırının daha çox hörmətə qoyulmağa ehtiyacı var.
Möminin hörməti ilə əlaqədar rəvayətlər o qədərdir ki, hamısını qeyd etmək bu cavaba sığmaz. Bu sahəyə meyli olanlar bu ünvanı rəvayət kitablarında axtara bilərlər. Nümunə üçün Əllamə Təba-təbayi Bəharul Ənvar kitabının 71 ci cildində 221 ci səhifəsində, “mönimlərin haqqları bölümü” adlı bölüm seçərək, onun altında bir çox hədis və rəvayətlər vermişdir.
Amma görək həqiqətlərin üzə çıxması bəhanəsi ilə möminin abrın aparmaq olar yoxsa yox? Cavab olaraq bildirməliyik ki, möminin qeybətin qırmaq üçün bu bəhanə təklikdə kifayət deyil. Bəli o vaxt ola bilər ki, o həqiqətin ifşa olunması o qədər zərurət və əhəmiyyət daşımalıdır ki, başqa bir möminin abırı və gələcək həyatı ona bağlı olsun. İstisna olaraq və ehtiyatın bütün tərəflərini nəzərə alıb bəzi zəruri olan məqamları demək olar. Bu mövzunun özü də qeybətin istisna yerlərinə daxildir. Məsələn evlilik barəsində əgər məsləhət alınırsa həqiqəti demək daha uyğun olar. Ümumiyyətlə evlilik barədə söhbətlər və məsləhətləşmələr istisnalara daxildir.
Möminin abırını aparmaq kimi böyük günahdan tövbə etmək, ilk növbədə üzrxahlıq və halallıq istəmək və bu yolla ona daxil olan mənəvi zərəri əvəz etmək üçün çalışmaq yolu ilə aparılmalıdır. Əgər belə bir şey mümkün olmadığı təqdirdə, və ya dilxorçuluğa və ya küdurətlərin daha çox olmasına gətirib çıxaracağı təqdirdə Allaha sığınaraq, onun barəsində gözəl dualar etməklə, onun tərəfindən xeyir iş görməklə və onun niyyətinə sədəqələr verməklə, edilmiş günahın mənəvi zərərlərini əvəz etmək olar.
Bu mövzuda olan göstəricilər:
Böyük Günahların bağışlanması, 14870