İnsanı sirati müstəqimdən (düzgün yoldan) inhirafa çəkən amilləri tanımaqdan ötrü ilk növbədə “sirat” və “müstəqim” anlamları ilə yaxından tanış olmalıyıq. “Sirat” sözü lüğətdə geniş və böyük yola deyilir. “Müstəqim” sözü isə “q”v”m” hərflərindən olub, heç bir əyriliyi olmayan bir şeyə deyilir. Ona görə də düzgün yol sözü məna cəhətdən əyri yolun müqabilində istifadə olunur. Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: “Sağ və sol azdırıcıdır, orta yol isə həmin düzgün yoldur.”
Düzgün yolun nümunəsi Quranda açıqlanan həmin “möhkəm dindir”. Baxmayaraq ki, düzgün yolun digər nümunələri, məsələn, Quran və məsum İmamlar (əleyhissalam) da ola bilər. Düzgün yol birdən artıq deyildir. Amma Allah yolları (yəni, Allaha çatmaq üçün olan yollar) çoxdur. Bu yolların müqabilində inhirafa aparan yollar da çoxdur. Düzgün yol elə bir yoldur ki, Allaha tərəf aparan digər yollar onda birləşir. Yaxud, düzgün yol öz genişliyi ilə Allaha tərəf gedən bütün digər yolları özündə birləşdirir.
Müxtəlif aldadıcı amillər təklikdə və ya birlikdə hər an insanı düzgün ilahi yodan azdıra bilər. O cümlədən, cəhl və şəkk, fikri vəsvəsə və şübhələrdə giriftar qalmaq, qəflət, qeyri-səhih tərbiyə və ya yanlış təbliğatların təsirinə düşmək, pis mühit, müsəlmanlar arasında əmr be məruf və nəyh əz münkərin tərk olunması, fərdi inhirafların müqabilində cəmiyyətin böyük şəxsiyyətlərinin susması, ədalətsizlik və zülm, cəmiyyətin böhran içində boğulması və fəqirlik, tamahkarlıq və dünyatələblik, uzun arzularla ölümün yaddan çıxması, özünü öymək və təkəbbür, şeytanın nəfsi, fitrəti və ağılı öz əsarətində saxlamaqdan ötrü vəsvəsələrin tam yayılması , xalis və pak rəhbərdən öz çevirmək və başqalarına kor-koranə tabe olmaq, iradə və nəfsin zəifliyi, düzgün yolda möhkəm olmamaq və səbrsizlik, günahın təsirindən qəlbin pas atması və Allahı yaddan çıxarmaqla insanın özünü insan olaraq unutması və sair kimi səbəbləri qeyd etmək olar. Əlbəttə, qeyd etmək lazımdır ki, bütün bu amillərin hər birinin təsir və mühiti nə qədər çox və geniş olsa insanın iradə və ixtiyarı ilə haqq yoldan çıxmasında bir o qədər möhkəm təsir qoyur. Başqa sözlə desək, insan elə xəlq olunmuşdur ki, özünün ağıl və təfəkkürü ilə ona qarşı yönəlmiş bütün inhiraflara və həlakedici amillərə sinə gəlib azad şəkildə düz yolda qərar tuta və səadətə nail ola bilər. Bütün bu inhirafçı həmlələr insana nə qədər şiddətli olsa, insanın əksüləməli də daha dəqiq və qüdrətli olub onların hamısına qalib gələ bilər və bu mübarizə insan üçün daha dəyərli və böyük hesab olar. Amma dahilərin dediyi kimi bütün bu müqavimətlər yüksək səviyyədə dözüm və qəsd istəyir. Çünki, məsəl va istəmək bacarmaqdır.
İnsanı düz yoldan azdıran amillərdən söz açmaqdan əvvəl “sirat” (yol), və “düz” (müstəqim) kəlmələrinin mənalarına diqqət etmək lazımdır. Sirat sözü ərəb dilində böyük və geniş yola deyilir. Bəzi alimlər onu əslinin sin hərfi ilə olduğunu və sirat sözünün udmaq mənasında işləndiyini deyirlər. Çünki, geniş yol sanki, öz genişliyi ilə yolçusunu udmaq və qabağa aparmaq kimi qabiliyyətinə malikdir. Bu vəziyyətə “sirat” deyilir. Amma bəzi mühəqqiqlər bu sözün Quranda olan mənasını ayrıca olduğunu qeyd edərək sirat sözünün müstəqil və dəyişməz bir mənasının olmasını qeyd etmişlər.
Müstəqim sözü isə ərəbcədən q.v.m. hərflərindən ibarət olub möhkəm olmağı tələb etmək mənasındadır. İstiqamət - yəni, bir şeydən möhkəm olmağı tələb etməkdir. Bir şeyin möhkəm olmasını tələb etmək isə ondan həmiş şeyin zahiri təsirini, mənafelərini tələb etməkdir. Təsir və mənafelərin bərabər olması, yol gedənin əyri və inhirafda olmamasını təmin etdiyinə görə bu halətə möhkəm olmaq və durmaq deyilir. Beləliklə, düzgün yolun mövcudluğu üçün o yolda heç bir inhiraf və əyrilik olmaması tələb olunur və bu tələb də ancaq düzgün yolda hasil olur.[1]
Bu səbəbdən məlum olur ki, sirat müstəqimin, yəni düzgün yolun mənası həmin əyri yolun müqabilində qərar tutur. Əyri və inhirafi yol həmin yoldur ki, onda ixtilaf və azmalar var. Düzgün yol (sirat müsətqim) isə həmin yoldur ki, bu iki xüsusiyyətdən amanda qalsın.[2]
Necə ki, düzgün yolun ən aşkar nümunəsi olan Əlmirəl-möminin Əli (əleyhissalam) [3] bu haqda buyurur: “Sağ və sol azdırıcıdır, orta yol isə həmin düzgün yoldur.”[4]
Quran baxımından düzgün yol həmin “möhkəm dindir”. Bu haqda Quranda oxuyuruq: “(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"[5] Həqiqi din o dindir ki, özü möhkəmdir və başqalarını da möhkəm saxlayır. Düzgün yolun həmin möhkəm din olmasını açıqlamaqla həzrət İbrahimə (əleyhissalam) nisbət verilməsinin sirri bundadır ki, dində ən yaxşı window.print();