Təqva saxlayan və çəkindirən daxili bir qüvvədir ki, insanın vücudunda yaranır və onu qeyri qanuni işləri yerinə yetirməyin qarşısında qoruyur. Kamil təqva odur ki, haramlar və günahlardan uzaqlaşmaqdan əlavə, günaha və harama oxşarlardanda çəkinilsin. Təqva mərhələlərə, şaxələri və bir sıra nəticələrə malikdir ki, geniş cavabda onlar haqqında məlumat veriləcək.
"Təqva"əslində "vəqa yəqi vəyaqəh" maddəsindən özünü pənahgahda qərar vermək mənasınadır.[1] Və şəriət terminində günahlar qarşısında özünü saxlamaq mənasınadır.
Başqa sözlə desək təqva bir saxlayıcı qüvvədir ki, bir nəfsani və daxili qüvvə şəkilindədir insanın vücudunda vücuda gəlir və onu şəhvətlərin tuğyan etməsinin və günah işləri yerinə yetirməyin qarşısında qoruyur. Kamil təqva odur ki, günahlardan və haramlardanuzaqlaşmaqdan əlavə, günaha və harama oxşarlardanda uzaq durulsun.
Ayələr və hədislərdə o cümlədən İmam Əli (ə) kəlamlarında təqva üçün bir çox oxşarlar bəyan olubdur ki, onlardan bəzisinə işarə olur:
- Səfər axuqəsi: Quran təqvanın səfər azuqəsinə oxşadıb və onu ən yaxşı səfər azuqəsi sayıb və buyurub: "Azuqə yığın hqiqətən ən yaxşı azuqə təqvadır".[2]
- Geyim: Quran təqvanın geyimə və paltara oxşadıb və onu ən yaxşı geyim bildirib: "Təqva libası, insan üçün ən yaxşı libasdır.[3]
- Möhkəm qala: Günahın xətərləri qarşısında İmam Əli (ə) buyurur: "Ey Allah qullarıbilin ki, təqva möhkəm və basılmaz qaladır".[4]
- Yaxşı yol gedən minik: Müttəqilər mövlası başqa bir kəlamında buyurur: "Təqva yaxşı yol gedən minik kimidir ki, onun kontrolu ona minmiş sahibinin əlindədir və cənnətin içinə qədər onu irəli aparır".[5]
- Böyüklərdən bəziləri, təqvanı bir kəsin halına bənzədiblər ki, tikanla dolu bir yerdən keçir, çalışır ətəyini tamamilə qaldırsın və ehtiyatla addım atır olmaya tikan ucu ayaına bata və ya ətəyinə ilişə.[6] Bu oxşarlıqdan yaxşı istifadə olur ki, təqva bu deyil ki, künc və bucaq seçsin, bəlkə cəmiyyətin arasında olsun əgər cəmiyyət çirkindirsə özünü qorusun.[7]
- Təqva, "Məadda və Məbədəə" imanın əlaməti yəni Allaha və qiyamətə iman, insanın fəzilətinin və iftixarının meyarı və İslamda onun şəxsiyyətinin ölçü miqyası hesablanır.[8]
- Quran nəzərindən "təqva" İlahi nurdur ki, harada möhkəm olsa, elm və bilik yaradar.[9]
- Təqvanın mərhələləri.
Təqva bir sıra mərhələlərə sahibdir
Böyüklərdən bəziləri təqva üçün üç mərhələyə etiqadları var:
1. Düzgün etiqadlar ələ gətirmək yolu ilə nəfsi əbədi əzabdan qorumaq.
2. Hər cür günahdan istər vacibi tərk etmək istərsədə günah etməkdən çəkinmək.
3. Hər hansı şeylər ki, insanın qəlbini özünə məşğul edir və həqqdən yayındırır, onların qarşısında özünü saxlamaq, bu təqva xüsusi bəlkə xüsusidəndə xüsusi insanların təqvasıdır.[10]
Təqvanın şaxələri (budaqları)
Təqva müxtəlif şaxələrə və şöbələrə malikdir ki, onların arasından aşağıdakı şaxələrə işarə etmək olar: Malı və iqtisadi təqva, cinsi, ictimai təqva, siyasi təqva, və əxlaqi təqva və... təqvalı insan o şəsdir ki, təqvanı bu cəhətlərin hamısında riayət etsin.
Təqvanın nəticələri (əsərləri)
Təqvanın insan həyatında bir çox müsbət nəticələri var ki, onlardan bəzisinə işarə edirik:
1. İnsan yetişdirmək: İmam Əli (ə) buyurur: təqva bir ruhi xislət və bir mənəvi tərbiyədir ki, onun sayəsində insanın canı və həqiqəti düzəlir və formalaşır.[11]
2. Məsuliyyətçilik: Təqvalı insan şəri məsuliyyətlər altından boyun qaçırmır və həvəslə qəbul edir və çətinlikləri həll edir.
3. Azadlıq: Təqva insanın hər cür bəndəçilikdən azadlıq vəsiləsidir təqvaya sahib olan kəs şəhvətlər qarşısında diz çökmür:Məqam və başqa nəfsani istəklər qarşısında təslim olmur, buna əsasən hər həlakətdən amandadır.
4. Axirətdə xoşbəxtçilik: Təqva hidayət kimidir təqvalı şəxs müsbət işlər yerinə yetirməklə və hidayət yolunda addımlamaqda dünyada səadətdən əlavə axirət savablarını ələ gətirməyə və onları məad günü üçün zəxirə etməyə müvəffəq olur.
[1] - Rağib İsfəhani Hüseyn ibni Məhəmməd, Müfrədat fi ğəribil- Quran, cild 1, səh 881 Maddə "vəqa" darul- elm Əddarul- şamiyəh, Dəməşq, Beyrut. 1412q.
[2] - Bəqərə surəsi, ayə 198.
«وَ تَزَوَّدُوا فَإِنَّ خَیْرَ الزَّادِ التَّقْوى»
[3] - Əraf surəsi, ayə 26,
«وَ لِباسُ التَّقْوى ذلِکَ خَیْرٌ»
[4] - Nəhcül- bəlağə, xütbə 157
«اعلموا عباد اللَّه ان التقوى دار حصن عزیز»
[5] - Nəhcül- bəlağə, xütbə 16.
«... الا و ان التقوى مطایا ذلل، حمل علیها اهلها و اعطوا ازمتها، فاوردتهم الجنة...»
[6] - Əbul- ftuh Razi, Hüseyn ibni Əli, Rovul- cinan fi təfsirul- Quran, cild 102, bunyade pejiheşiye İslami astani qüdsi Rəzəvi, Məşhəd, 1408 q. Məkarim Şirazi, Nasir, Təfsiri- nümunə, cild 1, səh 80 Darul- kutubul İslamiyyəh, birinci çap, Tehran, 1374 ş.
[7] - Təfsiri nümunə, cild 22, səh 204.
[8] - Hucurat surəsi, ayə 14
«إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقاکُمْ»
[9] - Bəqərə surəsi, ayə 282
«اتَّقُوا اللَّهَ وَ یُعَلِّمُکُمُ اللَّهُ»
[10] - Təfsiri nümunə, cild 22, səh 205. Əllamə Məclisi, Biharul- ənvar, cild 70, səh 136, Əlvəfa müəssisəsi, Beyrut, Livan, 1404 h. q.
[11] - Nəhcül- bəlağə, Müttəqin xütbəsi.