Məntiqi cəhətdən ənfalla qənimət eyni deyil. Bununla yanaşı vəhdət baxışı nöqtey- nəzərdən bütün varlıq aləmini Allaha aid etmək olar. Amma bəzi baxışlara əsasən bəzi maddi şeylər Allaha aid olması kəsilməmək şərti ilə insanların zahiri mülkiyyətinə aid edilir və bu bir- biri ilə ziddiyyət təşkil etmir.
Zahiri cəhətdən bir- bir ilə zidd olan ayələr aşağıdakılardan ibarətdir:
A) “Səndən qənimətlər haqqında soruşsalar de: “Qənimətlər Allahın və Peyğəmbərinindir....”
«يَسْئَلُونَكَ عَنِ الْأَنْفالِ قُلِ الْأَنْفالُ لِلَّهِ وَ الرَّسُول...» [1]
B) Bilin ki. ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin və s – dir”
«وَ اعْلَمُوا أَنَّما غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَ لِلرَّسُولِ و...»[2]
Bu barədə belə deyilməlidir: Şiə təfsirçilərinə görə “ənfal”- la “qənimət” in arasında fərq vardır. Amma bununla yanaşı bir məsələni bəyan etməklə əmələ gələn anlaşılmazlığı aradan aparmaq olar.
Birinci vəhdətli baxışa əsasən, bütün varlıqlar yaradıcı olan Allaha məxsusdur.
Bu həqiqət Qurani- kərimin bir çox ayələrində insanlara bəyan edilmişdir:
1. “Yerlərdə və göylərdə olan hər şey Allaha aiddir.”
«لِلَّهِ ما فِي السَّماواتِ وَ ما فِي الْأَرْض» [3]
2. Hər kəs Allaha aid olub və Ona doğru qayıdacaqdır.”
«إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُون» [4]
3. “De! Yerlərdə və göylərdə olanlar kimə məxsusdur? De! Allaha!”
«قُلْ لِمَنْ ما فِي السَّماواتِ وَ الْأَرْضِ قُلْ لِلَّه» [5]
Digər tərəfdən ikinci baxışa əsasən bəzi dünyada olan maddi şeylər insanlara aid edilir və müxtəlif hallarda ümumi şəkildə yaxud da xüsusi bölgülərlə bu mövzu bəyan edilmişdir.
O bir yerdə Özünü belə tərifləyir:
«هُوَ الَّذي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولاً فَامْشُوا في مَناكِبِها وَ كُلُوا مِنْ رِزْقِهِ وَ إِلَيْهِ النُّشُور»
“Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin və ruzisindən yeyin. Axır dönüş də Onadır.”[6]
Xüms[7], irs[8], malikiyyət[9] və s kimi hallarda Allah təala insanları bəzi maddi varlıqların maliki hesab etmişdir. Təbii olaraq bu iki fərqli baxışlara əsasən malikiyyət arasında fərq tapmaq mümkün deyil. Quran da bu iki malikiyyətə çox gözəl şəkildə belə işarə vurmuşdur:
«وَ سَخَّرَ لَكُمْ ما فِي السَّماواتِ وَ ما فِي الْأَرْضِ جَميعاً مِنْهُ إِنَّ في ذلِكَ لَآياتٍ لِقَوْمٍ يَتَفَكَّرُون»
”Göylərdə və yerdə nə varsa hamısını Öz tərəfindən sizin ixtiyarınızda qoyan da Odur. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır.”[10]
Yuxarıda qeyd edilənlərə əsasən və hətta “ənfal” və “qənimət” sözlərinin mənalarının eyni olduğu halda belə Allah təalanın beşdə dörd qənimətləri döyüşçülərinin ixtiyarına qoyması Allahın mübahisəsiz malikiyyətidir və onların malik olması həqiqətdə Allahın malikiyyətindən heç bir şey azaltmır.
[1] - Ənfal surəsi, ayə 1.
[2] - Ənfal surəsi, ayə 41.
[3] - Bəqərə surəsi, ayə 284. Al- İmran 109 və 129. Nisa surəsi ayə 126 və s.
[4] - Bəqərə surəsi, ayə 156.
[5] - Ənam surəsi, ayə 12.
[6] - Mülk surəsi, ayə 15.
[7] - Ənfal surəsi, ayə 41.Nisa surəsi, ayə 11- 12.
[8] - Nisa surəsi, ayə 11- 12.
[9] - Yasin, ayə 71
[10] - Casiyə surəsi, ayə 13.