Please Wait
Baxanların
5860
İnternetə qoyma tarixi: 2012/02/18
Saytın kodu fa12822 Arxiv kodu 21948
Dəstə İslam fəlsəfəsi
Sualın xülasəsi
Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
Sual
Allahın yeganəliyinin isbatı bəhslərində deyilir ki, əgər iki vacibil-vücud fərz olunsa, gərək onların arasında fərqləndirici əlamət olsun. Yəni birinci vacibul-vücud elə bir sifətə malik olmalıdır ki, digəri ona malik olmasın. Bunun əksi də belə olmalıdır. Nəticədə deyilir ki, birinci vacibul-vücud (fərz olunan ikinci vacibul-vücudun malik olduğu) kamallara malik olmadığından, həmin kamallara möhtac və nəticədə vacibul-vücud yox, mümkünül-vücud olur. Amma mənim üçün belə bir sual yaranır: bu vacibul-vücud ümumiyyətlə (ikincidə olan, özündə olmayan) bu xüsusiyyətlərə ehtiyaclı olmaya bilərmi? Başqa sözlə, nə üçün Vacibul-vücud bütün kamal sifətlərinə mütləq malik olmalıdır?
Qısa cavab

Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir.

Ətreaflı cavab

Bu dəlildə bütün kamallara malik olan bir varlıq – vacibul-vücud fərz olunur, yalnız bəzi kamallar istisna olunur ki, bu da onunla yanaşı fərz olunan digər vacibul-vücudun arasında fərqləndirici əlamət olsun. Sual edən şəxsin bu fərzinə əsasən, digər kamallara ehtiyaclı olmayacaqdır. İndi görəsən, zehində təsəvvür oluna bilən belə bir fərz gerçək varlıq aləmində də baş verə bilər, ya yox.

Həqiqət budur ki, təkvini və vicudi kamallar camaat arasında deyilən və etibari sayılan kamalların əksinə olaraq bir-biri ilə heç bir əlaqə olmadan vücuda gələ bilməz. Yəni elə bir sərhəddə dayana bilməz ki, heç vaxt sair kamallarla əlaqəsi olmasın. Bu bəhs öz yerində təfsilatı ilə bəyan və isbat olunmuşdur.

Başqa sözlə, bizim xarici aləmdə gördüyümüz şey kamalların bir-birindən ayrı olmasından deyil, onların arasındakı sıx və qırılmaz əlaqədən söhbət açır. Hər bir varlıq aləmin başqa varlıqları ilə əlaqədədir və dəqiq şəkildə bu işləri bir-birindən ayıra bilən bir sərhəd olduğu iddia etmək olmaz. Əksinə, kamal mərtəbələrindən nə qədər yuxarı getsək, aləmdə mövcud olan çoxlu kamallar arasında bir o qədər vəhdət, həmahənglik və uyğunluq olduğunu görəcəyik.

Bu fərziyyəni sübut etməklə elə bir varlıq təsəvvür etmək olmaz ki, bəzi kamallardan başqa bütün kamallara malik olsun, bunların da sair kamallarla heç bir əlaqəsi olmasın. Başqa kamallarla əlaqəli olduğuna görə zatən həmin kamalda kamil olmağa ehtiyaclı olacaqdır. (Bu məsələ fəlsəfədə “imkani əşrəf” qanunu adı ilə sübuta yetmişdir). Belə bir varlıq kamalın yüksək mərtəbəsində olsa da vacibul-vücud ola bilməz. Amma bəşərə məxsus olan adi müqayisə ilə bu təsəvvürü bəlkə də vacibul-vücud barəsində fərz etmək olar: çox vaxt kamallardan bir hissəsinə malik olan bir fərd iddia edib deyir ki, başqa kamallara heç bir ehtiyacı yoxdur, ömrünün axırına qədər bu mürəkkəb cəhalətdə qalır. Amma təkvin aləmində belə deyildir. Hər bir haqqın həqiqəti vardır ki, varlığın zatında yatmışdır. Ehtiyacsızlıq sadəcə “ehtiyacsız olmaq” iddiası ilə sübuta yetmir.

Bir sözlə, kainata hakim olan vəhdət “hər hansı bir varlıq yalnız xüsusi növdən olan kamallara konkret şəkildə malik olmuşdur və digər kamalların heç birinə ehtiyacı yoxdur” deyə təsəvvür edilməsinə mane olur. Bu məsələ yalnız camaat arasında mövcud olan etibari kamallarda təsəvvür oluna, yaxud texnologiyada deyilə bilər. Lakin varlıq aləminin yüksək mərtəbələrində həyata keçməsi qeyri-mümkündür.

Qurani-kərimdə Allah-taalanın yeganə olmasının isbatı məqamında buyurulur: “Əgər asimanda və yerdə Allahdan başqa digər məbudlar (ilahələr) olsaydı, bu ikisində qarışıqlıq və puçluq yaranardı.”[1]

Bu bəyanda birbaşa Allah-taalanın yeganə olması varlıq aləmində heç bir qarışıqlığın və ixtilafın olmaması, ondakı bütün qanunların həmahəng olması əsasında isbat edilir, vacibul-vücudun çox olmasının qeyri-mümkünlüyünü göstərmək üçün həmin aksiom tipli dəlildən istifadə edilir. Vacibul-vücudun birdən artıq olmasının qeyri-mümkünlüyünü ən qısa, ən gözəl və ən ali şəkildə bəyan edilmişdir. Sair müfəssəl və mürəkkəb fəlsəfi bürhan və dəlillərin də hamısı axırda bu dəlilə qayıdır.



[1] “Ənbiya” surəsi, ayə: 22