İman və islam müəyyən dərəcələrə malikdir.. Birinci dərəcə islamdır. Şəhadəteyni yəni, “ La İlahə İlləllah və əşhədu ənnə Məhəmmədən Rəsulullah”
«اشهد أن لا اله الا الله" و اشهد أنّ محمداً رسول الله»
deyən hər bir insan müsəlman hesab olunur və islam əhkamı ona aid edilir. Bədəni pak və övladları da pak hesab edilirlər. Müsəlman qadınla nigahı, müsəlmanla müamiləsi düzgün, malı, canı və namusu hörmətə layiq hesab edilir. Və s. Əlbəttə vaciblərə əməl etmək, məsələn, namaz, oruc, xüms, zəkat, həcc, qeybə - mələklərin, məad, cənnət və cəhənnəmin varlığına- iman, peyğəmbərləri İlahi xəbərlərin gətiricisi kimi təsdiq etmək də vacibdir və bu imanın sonrakı mərhələləri hesab edilir.
Vaciblərin yerinə yetirilməsindən əlavə, haramlardan çəkinmək də imanın yüksəlməsinə səbəb olur. Quran, Peyğəmbər (s) və Məsum İmamların (ə) göstərişlərinə əsasən on iki imamların vilayətinə etiqad olmasa insanın Allah yanında qəbul edilən kamal dərəcəsinə çatması mümkün deyil və qəbul edilməzdir.
Məlum məsələdir ki, mömin şəxs dildə mömin daxilində müşrik və münafiq olmamalıdır. Çünki zahiri əməllərininsana heç bir faydası yoxdur. Əksinə bu Allahın qəzəbinə səbəb olur. Kamillik və sadəti onun üçün əlçatmaz edir.
Bütün bunlara baxmayaraq şəhadəteyni deyən hər bir kəs müsəlman hesab olunur. Lakin mövqelərinə görə ən aşağı mərhələdədirlər. İslamın vaciblərinə əməl etməmək müsəlmançılıqdan kənarlaşmağa səbəb olmur.
İslam sözünün lüğətdə mənası təslim və əmrə tabe olmaqdır. İstilahi cəhətdən İslam, Həzrət Məhəmməd (s) vasitəsilə Allah tərəfindən, axırıncı İlahi şəriət kimi əbədi olaraq ( Axirətə qədər) bəşəriyyət üçün göndərilən bir dindir.
Bu dini digər dinlərdən fərqləndirən ən mühüm xüsusiyyəti Allahın birliyinə, Peyğəmbərin sonuncu olmasına etiqadın olmasıdır. İslami etiqad və imanın dərəcələri vardır ki, bunlar aşağıdakılardır:
Birinci dərəcə tovhid və nübuvvətin təsdiqi ilə müəyyənləşir. Pak “La İlahə İlləllah” لا اله الا الله cümləsi islam dininin zinətidir, tohidin dərəcələrini özündə birləşdirir . Peyğəmbərin risalətinin qəbul edilməsi, onun sonuncu Peyğəmbər (s), dininin sonuncu din olmasını təsdiq etmək digər yol və metodların rədd edilməsi deməkdir.
Növbəti dərəcə və imanın sonrakı pilləsi bütün təlim və əmrlərə, Peyğəmbərin (s) söylədiklərinə heç bir iradsız tabe olmaqla başlayır və yüksəlir.
Buna görə də Allahın təkliyinə və Həzrət Məhəmməd (s) sonuncu peyğəmbər olmasına şəhadət verən kəs digər din və məktəblərdən ayrılıb müsəlman olur. Müsəlman əhkamı, məsələn, onunla evlilik, onunla müamiləyə icazə, özünün və övladlarının bədəninin paklılığı məsələsi ona da aid olur.[1] Onun canı və malı hamı üçün möhtərəmdir. Bunların qorunması islam hakimi və islam cəmiyyəti tərəfindən həyata keçirilir. Bu imanın ən aşağı dərəcəsidir. Bu dərəcədə olan insanlara küfr və şirk söyləmək olmaz. Bununla yanaşı bəzi firqələr məsələn Xəvariclilər fasiq müsəlman və kafir hesab olunurlar, onların qanı halal hesab edilir. Mötəzilə bu qrupu nə mömin hesab edir, nə də kafir. Möhürə səcdə etməyi, Məsum İmamların (ə) qəbrlərini öpməyii və s şirk hesab edən vahabilər, onlar kimi düşünməyən müsəlmanları müşrik hesab edirlər. On iki İmam şiə məzhəbinin ( Cəfəri) əqidəsinə görəiman və əməllərin Allah dərgahında qəbul olunmasının əsas şərti 12 imamı peyğəmbərdən sonra vəli və vəsi kimi qəbul etməkdir. Onlar bu məsələdə Qurana və hədislərə əsaslanırlar. Buna görə də vəhyin mühafizədarı əhli- beytin arxasınca getmək, onlara itaət etmək kamil və dəqiq iman nişanəsidir və İmamların (ə) əmrlərindən çıxmaq həqiqətdə Peyğəmbər (s) və Allahıən əmrlərindən çıxmaq deməkdir. Quranda qeyd edildiyi kimi iman dərəcəsi islamdan sonra gəlir və imanın birinci dərəcəsi islamdan üstündür. İman müxtəlif dərəcələrə malikdir ki, Qurani- Kərim imanın əsaslarını beş yerə ayırır: ----“Allaha (1), Qiyamət gününə (2), Mələklərə (3), kitaba (4), Peyğəmbərlərə (5) iman gətirmək ən yaxşısıdır. “[2]
Küfr, şirk və nifaq cəhənnəmdə yanmağa, islamdan və imandan çıxmağa səbəb olur. [3] Buna görə müsəlmançılığın ən aşağı pilləsinə imana malik olmaq üçün bunlara riayət etmək lazımdır:
1. Tovhidi hərtərəfli qəbul etmək
2. Risalətə və islam peyğəmbərinin sonuncu peyğəmbər olduğuna inanmaq
3. Onun bütün əmrlərinə və qadağalarına, həmçinin vilayətinə boyun əymək.
4. Ölümdən sonrakı həyata, Quran, Rəsuləllah (s) və Vəlinin (ə) söylədiklərini xırdalıqları ilə qəbul etmək
Amma nəzərinizə çatdırım ki, həqiqi imanın şərti şəri qaydalara əməl etməkdən ibarətdir. İslamın Allahın və Peyğəmbərin (s) əmrlərini yerinə yetirmədən qəbul edilməsi, onun üçün xeyirli hidayət və həqiqi səadət olmayacaqdır. Elə bu səbəbdən Quran pak həyata sahib olmağın iman və saleh əməli yerinə yetirməklə mümkün olduğunu buyurur.[4]
Bu iki xüsusiyyətdən birinə sahib olan- yəni ya iman gətirib əməli yoxdur, ya da əməli salehdir, imanı yoxdur-insan yalnız bir qanadın ümidinə qalan və bir daha uçmağa qadir olmayan toyuğa bənzəyir ki, heç vaxt səadət və kamal zirvəsinə qalxa bilməz. Lakin o üslubunu dəyişib imanını saleh əməllə, saleh əməlini isə islamın ali qanunlarına riayət edməklə süstləyərsə, yalnız bu yolla Allaha yaxınlaşıb cənnətə daxil ola bilər. İnsanın islama, imana, Allaha və Peyğəmbərə mərifəti nə qədər çox artsa, (s) əməllərini saf niyyətlə şəri qanunlar üzrə nə qədər çox tənzimləsə iman dərəcəsi də bir o qədər çox atrar.
Burada bir neçə nöqtəyə diqqət etmək lazımdır: 1. İmanla saleh əməl arasında qarşılıqlı əlaqə mövcutdur. İman nə qədər güclü olarsa, saleh əməlin keyfiyyəti və kəmiyyəti, günahlardan çəkinməyi də bir o qədər çox olar. Insan hər nə qədər saleh əməl yerinə yetirsə, küfrdən uzaq olsa, iman onun qəlbinə daha çox nüfuz edər. Bundan sonra insan həqiqi səadətin son mərhələsinə çatıb insaniyyət aləmində daha da gözəlləşir. Əksinə, günah və günahın yerinə yetirilməsində israrlılıq tədricən imanın qəlbdən çıxmasına səbəb olur. Günahın zəif iman göstəricisidir.
2. Digər peyğəmbərlərin və onların kitablarının təsdiqi, onların şəriətinə əməl etməyi vacib etmir. Çünki, onların bəzilərinin şəriəti yalnız öz qövmləri üçün olmuş, bəziləri də növbəti şəriətin və kitabın gəlməsi ilə qüvvədən düşmüşdür. Yəni onlara əməl etmə müddəti bitmişdir. Deməli onların Allahın Peyğəmbəri olmalarını təsdiq etmək onların məqamlarına və zəhmətlərinə hörmət etməkdir, onların şəriətlərinə əməl etmək demək deyildir.
3. Müsəlmanı qeyri- müsəlmandan fərqləndirən xüsusiyyət müəyyən yaş həddinə çatdıqda Fruddini öyrənib ona əməl etməyinin vacib olmasıdır. Digər tərəfdən ona əməl edilməməsi, zəruriliyini inkar etməsə də behiştdə aşağı dərəcəyə enməsinə səbəb olur. Əgər ömrünün sonuna qədər bu əməlinə israr edərsə və özünü düzəltməzsə, əbədi əzaba düçar olacaqdır.
4. İman mütləq olmalıdır. Çünki iman ayrı- seçkilik yaratmır. Əgər bir kəs həqiqətən müsəlman və mömindirsə, “mən dinin bir hissəsini qəbul edib əhkamın yalnız müəyyən bir hissəsinə əməl edəcəyəm” deyə bilməz. Çünki, Quran baxımından belə hərəkətlər nəfsinə tabe olub öz istədiklərinə əməl etməkdir və küfr hesab edilir. Bu Allaha, peyğəmbərlərə və qiyamət gününə iman demək deyildir.[5]
5. İman və saleh əməlin müəyyən güclü və zəif mərtəbələri vardır. Bütün saleh möminlər bir dərəcədə deyirlər və onların Allah dərgahında və cənnətdə dərəcələri eyni deyildir. Deməli imanı gücləndirmək, saleh əməllərin sayını və keyfiyyətini artırmaq, haqq elmi öyrənməyə daha çox səy göstərmək lazımdır ki, daha yüksək mərtəbələrə çıxmaq mümkün olsun.[6]
5. İslamın etiqadi qaydalarının hər hansı birinin, vaciblərinin, haramlılığı zəruri olan şeylərin inkarı islamdan xaric olmağa səbəb olur və o mürtəd hesab edilir.
İman və islamın fərqlərini araşdıraraq belə nəticəyə gəldik ki, islamın dərəcələri olduğu kimi imanın da müxtəlif dərəcələri vardır. Bütün bu müsəlman cəmiyyəti ( 1.2 milyard) şəhadəteyni izhar etdikləri üçün müsəlmandırlar, islam hökmləri onlara aid edilir. Onların əhkama, Allahın əmrlərinə əməl etməmələri onların islamdan xaric olmalarına səbəb olmur.
Daha ətraflı məlumat almaq üçün aşağıdakı adreslərə müraciət edə bilərsiz:
1. “Aşinayi ba mominine vaqei”, sual 14927.( 14709)
2. “Təzadde rəftare müsəlmanan ba etiqadate dini”, sual 13955 (13764).
3. “Quran və mənaye islam və müsəlmanan”, sual 14322 (14104).
[1] - Əlbəttə insanın bədəninin pak olması barəsində islam alimlərinin müxtəlif fikirləri vardır. Bunun üçün onların kitablarına müraciət etmək lazımdır.
[2] - Bəqərə suarəsi, ayə 177 və 285. Nisa surəsi, ayə 136.
[3] - Nisa suarəsi, ayə 140 və 145.
[4] - Nəhl suarəsi, ayə 97. Bəqərə surəsi, ayə 103. Nisa surəsi, ayə 57 və 122.
[5] - Bəqərə surəsi, 85. Nisa surəsi, ayə 150 və 151.
[6] - 888 sualından götürülmüşdür. (Ebtidayitərin etiqadade müsəlman).