Please Wait
Baxanların
6389
İnternetə qoyma tarixi: 2012/04/18
Saytın kodu fa13573 Arxiv kodu 23677
Dəstə Qədim kəlam
tags Fatimə, Məsumə, məsum, ləqəb
Sualın xülasəsi
Nə üçün həzrət Fatimə Məsuməyə (s) Məsumə ləqəbini vermişlər? Məgər həzrət məsumdur?
Sual
Fatimə Məsumə (s) məsumdurmu? Bu barədə rəvayi sənəd varmı? Cavab mənfi olduğu halda, bəs nə üçün ona məsumə ləqəbini vermişlər?
Qısa cavab

Həzrət Məsumənin adı Fatimədir. Rəvayət və tarixi kitablarda o həzrətdən Fatimə bintə Musa bin Cəfər (ə) kimi yad edilmişdir. Həzrət Məsumə (s) üçün məsum ləqəbi İmamlar və Peyğəmbərlər üçün qeyd edilən məsumla eyni olmamışdır. Amma o ruhi cəhətdən pak və mənəvi cəhətdən yüksək məqama sahib olmuşdur. Qeyd etmək lazımdır ki, ismət nisbi bir şeydir. Həzrət Fatimə Məsumənin şən və mənzələti  barəsində nəql olunan rəvayətlərə əsasən, İmamlar səviyyəsində olmasa da, onu müəyyən həddə ismətli hesab etmək olar.

Ətreaflı cavab

Həzrət Məsumənin adı Fatimədir. Rəvayət və tarixi kitablarda o həzrətdən Fatimə bintə Musa bin Cəfər (ə) kimi yad edilmişdir.[1] Amma yüz illərdir Həzrət  Məsumə ləqəbi ilə məşhurdur.[2] Bu ləqəb iranlılar üçün bir ada çevrilmişdir.

Həzrət Məsumə (s) üçün məsum ləqəbi İmamlar və Peyğəmbərlər üçün qeyd edilən məsumla eyni olmamışdır.[3] Amma o ruhi cəhətdən pak və mənəvi cəhətdən yüksək məqama sahib olmuşdur. Belə ki, onun ziyarətçilərinə cənnət müjdəsi verilmişdir.[4]

Qeyd etmək lazımdır ki, ismət nisbi bir şeydir. Həzrət Fatimə Məsumənin şən və mənzələti  barəsində nəql olunan rəvayətlərə[5] əsasən, İmamlar səviyyəsində olmasa da, onu müəyyən həddə ismətli hesab etmək olar. Bu məsələ belə xanım barəsində mümkünsüz görsənir. Çünki bu həddə ismət və günahlardan çəkinmə böyük alimlərdə də çoxlu sayda müşahidə olunur.

Əlaqəli göstərici:

İsmətin mənası, 1738 (sayt: 1885)

 


[1] - Şeyx Səduq, Eyun əxbaril Rza əleyhissəlam, cild 2, səh 267, cahan nəşri, Tehran, birinci çap, 1378.

[2] - Bax: Məclisi, bəharul ənvar, cild 106, səh 168.

[3] - Məsum o kəsdir ki, Allahın lütfü ilə hər növ səhv, xəta çirkinlik və günahdan imtina etmişdir. Bu xəbəri deyil, bu işi görə bilmə qabiliyyəti ola- ola, bu çirkinliklərdən uzaqdır. Həzrət İmam Cəfər Sadiq (ə) bu barədə belə buyurur:

«المعصوم؛ هو الممتنع بالله من جمیع المحارم. و قد قال الله تبارک و تعالی: و من یعتصم بالله فقد هدی الی صراط مستقیم»

Məsum o kəsdir ki, Allahın köməkliyi ilə hər növ günahdan qorunur. Allah təala bu barədə belə buyurur: Hər kəs İlahi qoruma altına girərsə, yəqinliklə düzgün yola hidayət olmuşdur.  Şeyx Səduq, məanil əxbar, səh 132, Came müdərrisine Qum nəşriyyatı, 1361 h.ş. İsmət məfhumu və şəxslərin ismət imkanı göstəricisindən götürülmüşdür, N: 249.

[4] - Amili, şeyx Hürr, vəsailul şiə, cild 14, səh 576, h 94. Al beyt məssisəi, Qum, 1409 h.q. Muhəmməd bin Əli binəl Hüseyn, səvabul amal və eynul əxbar kitabında və Muhəmməd bin Musa bin Mütəvəkkil Əli bin İbrahimdən, o da Səd bin Səd demişdir: Əba Əl Həsənil Rza (ə) dan Qumdakı, İmam Musa ibn Cəfərin qızı Fatimə (s) barədə soruşdum, buyurdu: "Hər kəs onu Ziyarət etsə, Cənnət ona vacib olar."

«مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحُسَيْنِ فِي ثَوَابِ الْأَعْمَالِ وَ عُيُونِ الْأَخْبَارِ عَنْ أَبِيهِ وَ مُحَمَّدِ بْنِ مُوسَى بْنِ الْمُتَوَكِّلِ عَنْ عَلِيِّ بْنِ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ سَعْدِ بْنِ سَعْدٍ قَالَ سَأَلْتُ أَبَا الْحَسَنِ الرِّضَا (ع) عَنْ زِيَارَةِ فَاطِمَةَ بِنْتِ مُوسَى بْنِ جَعْفَرٍ (ع) بِقُمَّ فَقَالَ مَنْ زَارَهَا فَلَهُ الْجَنَّة»

[5] - Bax: Hürr Amili, vəsailul şiə, cild 14, səh 576, h 19850 və 19851.