1.Hədis kitablarında bəzən Kəsa hədisindən məqsədin əhli-sünnə və şiə alimləri tərəfindən İslam Peyğəməbrinin (səlləllahu ələyhi və alihi va səlləm) beş ev əhli haqqında təthir ayəsinə aid olan hədislər toplusuna deyilir. Bəzən isə həmin hədisdir ki, Əl-Müntəxəb, Məfatehul-cinan və sair kitablarda gəlib.
2. Həqiqi Kəsa hədisi həmin hədisdir ki, Ümmü Sələmənin evində nazil olmuş Təthir ayəsinin izahında, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) bu evdə beş nəfər ev-əhlini- yəni, Əli (əleyhis-salam), Fatimə (səlləllahu ələyhi və alihi va səlləm), Həsən (əleyhis-salam)və Hüseyni (əleyhis-salam) öz yanına çağırıb əbasının altında qərar verməsini açıqlayır. Bu hədisdə Əhli-Beyt (əleyhis-salam) nümunələrinin adları tamamilə açıqlanır. Bu rəvayət şiə və əhli-sünnə ravilərinin yanında qəti şəkildə nəql olunmuş hədislərdəndir. Səhabə və tabeinlərdən çoxu, o cümlədən, Əmirəl-möminin Əli (əleyhis-salam), İmam Həsən (əleyhis-salam), İmam Hüseyn (əleyhis-salam), Ümmu Sələmə və Ayişədən də belə hədis nəql olunmuşdur.
3. Bu hadisəni açıqlayan rəvayətlərin hamısı eyni ifadə ilə açıqlanmasa da ümumi şəkildə demək olar ki, bütün rəvayətlər əsl hadisəni təsdiqləyir.
4.İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) ən yaxın qohumları və xidmətçiləri şahid kimi bu hədisi nəql edirlər və Kəsa hadisəsindən xəbər verirlər.
5. Amma, bəzi kitablarda o cümlədən, Əvalimul-ulum, Əl-Müntəxəb, və Məfatehul-cinan kimi kitablarda Həzrəti Fatimədən (salamullahu ələyha) nəql olunan Kəsa hədisi mötəbər sayılmır.
6. Belə bir hədisin sənəd cəhətdən zəifliyini nəzərə alaraq heç bir mötəbər hədis kitablarında nəql olunmamışdır. Hətta adları rəvayətdə gələn bəzi rəvailərin adları hədis nəql edənlərin kitablarında da gəlməmişdir.Mərhum Şeyx Abbas Qumi özü də Müntəhal-amal kitabında bu mətləbi təsdiq etmişdir. Bəlkə də demək olar ki, belə bir hədisin Məfatehul-cinanda nəql olunması mühəddis Qumidən sonra təsadüf edir.
7. Məsum İmamların (əleyhimussalam) ali məqam və fəzilətlərini Quran və rəvayətləri axtarmaqla ələ gətirmək olar. Mötəbər mənabelərə müraciət etməklə bu haqda məlumat əldə etmək olar.
Bu suala cavab verməkdən ötrü əvvəl “Kəsa hədisindən” məqsədin nə olduğunu bilmək lazımdır. Görəsən, məqsəd əhli-sünnə və şiə mənabelərindən təthir ayəsinin şənində nəql olunmuş hadisədir ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi va səlləm) ev-əhlindən beş nəfərini əbasının altına yığır və əsl hadisə açıqlanır, yoxsa bəzi kitablarda o cümlədən, Əl-Müntəxəb[1], Əvamilul-Ulum,[2] Müntəhəl-amal[3] və Məfatihul-cinan[4] kimi kitablarda “Kəsa hədisi” ünvanı ilə nəql olunmuş hədisdir? Sual verənin sözlərindən belə başa düşmək olar ki, sualdan məqsəd həmin hədisdir ki, Məfatehul-cinan kitabının sonunda həzrəti Fatimənin (səlləllahu ələyhi və alihi va səlləm) adından Kəsa hədisi ünvanı ilə nəql olunmuşdur. Hər halda, sualın hər iki surətini qəbul edirik.
A) Şiə və əhli-sünnə mənabelərində Təthir ayəsinin nazil olmasından sonra İslam Peyğəmlərinin vasitəsi ilə hadisə baş vermiş və həmin hadisə tarixdə Kəsa hədisi ünvanı ilə qalmışdır. Təthir ayəsi budur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”[5] Həmçinin, onu da qeyd etmək lazımdır ki, bu hadisə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) mübarək əli ilə baş vermiş və istər şiə, istərsə də sünnü alimlərinin (səhabə və tabeinlərdən) mənabelərində, o cümlədən, məsum İmamların (əleyhimussalam) və sair ravilərin hədislərində həddən artıq sayda nəql olunmuşdur. Bu hədis həmin hədislərdəndir ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) və Kəsa səhabələrinin (İmam Əli (əleyhis-salam), Fatimeyi-Zəhra (səlləllahu ələyhi və alihi va səlləm), İmam Həsən (əleyhis-salam) və İmam Hüseynin (əleyhis-salam)) yüksək məqamlarını açıqlayır. Bu hadisə və hədis şiə və sünnü alimlərinin kitablarında həddən artıq şahid və dəlillərlə nəql olunmuş və tarixdə tam şəkildə öz sənədini sübuta yetirmişdir.
Bu cəhətdən, tarixdə bu hadisənin baş verdiyi günü “Kəsa günü”, həmin gündə Allah-taalanın lütfü ilə bu ayəyə aid olan beş nəfər isə “Kəsa səhabəsi”[6] adı ilə tanınır. Kəsa əhli bunlardan ibarətdir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi va səlləm), Əmirəl-möminin Əli (əleyhis-salam), Həzrəti Fatimə (salamullahi ələyha), İmam Həsən (əleyhis-salam) və İmam Hüseyn (əleyhis-salam).
Bu mövzuda bizə çatan çoxlu rəvayətlər də bir müstəvidə deyil, həm söz və həm də mövzu cəhətdən ixtilaflıdır. Onlardan bir dəstəsi əsl hadisəni açıqlayır, amma hadisənin xırdalıqlarına varmır. Digər bir dəstə rəvayətlər isə hadisənin xırdalıqlarına qədər açıqlayır. Lakin hər iki halda rəvayətlər hadisənin müəyyən bir qismini əks etdirir və tam şəkildə açıqlamalar verilmir.
Bu səbəbdən, Təthir ayəsi və təfsiri haqqındakı rəvayətləri araşdırmaqla ayənin İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) Əhli-Beytinə (əleyhis-salam) aid olması ilə Kisa-əhli arasında kimlərin olmasını araşdırmaq mövzusu bizim mövzumuzdan kənarda olan bəhsdir. Belə güman olunur ki, hər kəs bu mövzuda yazılmış kitablara və təfsirlərə müraciət etməklə tam şəkildə öz məqsədinə çata bilər və bu haqda kifayət qədər kitablar mövcuddur.[7]
Ola bilsin, bu mövzuda belə bir mətləb kifayət etsin ki, alimlərdən biri həmin mövzuda Təthir ayəsinin təfsirində bir kitab yazmış və orda birinci cilddə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) və səhabələrin dilindən belə bir hədisi nəql edir və onların sayı əlli nəfər qədər çatır.[8]
Hədis kitablarında Təthir ayəsi haqqında yetmişə qədər hədis nəql olunumuşdur