Müəllimlə şagird və tələbənin qarşılıqlı olaraq çoxlu hüquqları vardır. Onları iki qismə bölmək olar:
1. Müəllimin şagirdə və tələbəyə qarşı vəzifəsi; bunlar əxlaqi, tərbiyəvi, elm və təlim vəzifələrindən ibarətdir.
2. Şagirdin və tələbənin müəllimə və ustada qarşı olan vəzifələri; belə ki, ona hörmət etmək, elmin və alimin məqamına ehtiramla yanaşmaq, ustadın müqabilində təvazökarlıq etmək və s.
Ustadın tələbə və şagirdə qarşı və əksinə, şagirdin və tələbənin ustada qarşı olan vəzifə və hüquqları iki qismə bölünür:
1. Müəllimin şagird və tələbə qarşısındakı vəzifəsi. Bu da iki qismə bölünür:
a) Əxlaqi və tərbiyəvi vəzifələr, o cümlədən:
1. Şagirdlərə və tələbələrə qarşı mehribançılıq və məhəbbət göstərmək;[1]
2. Şagirdlərə və tələbələrə qarşı təvazökarlıq və mülayim rəftar etmək;[2]
3. Tələbələrin və şagirdlərin vəziyyəti barədə məlumat əldə etmək;[3]
4. Şagirdin və tələbənin adı və xüsusiyyətləri barəsində məlumat əldə etmək;[4]
5. Şagirdin şəxsiyyətinə ehtiram qoymaq, onun fikir və düşüncələrinin əhəmiyyətinə etiraf etmək;[5]
6. Şagirdlərə və tələbələrə diqqət yetirmək və məhəbbət göstərməkdə bərabərliyə riayət etmək;[6]
7. Şagirdlərin və tələbələrin keçmişinə riayət etmək,[7] (elm və ləyaqətdə) onların məziyyətlərinə diqqət yetirmək;[8]
8. Layiqli müəllimləri şagirdlərə və tələbələrə tanıtdırmaq;[9]
9. Ədəb-ərkanla və nəzakətlə yanaşı oturub-durmaq;[10]
10. Dərsdə vüqar və mətanətə riayət etmək;[11]
11. Şagirdlərdə və tələbələrdə məsuliyyət və inzibatçılıq hissini icad etmək;
12. Şagirdlərlə və tələbələrdə dostluq, onlarla müdara etmək və suallarını düzgün cavablandırmaq;[12]
13. Təzə gələn şagird və tələbələrlə əlaqədar məhəbbət, mehribançılıq, üzü açıqlıq və gülərüzlülük;[13]
14. Məlumatı olmayan məsələlərdə acizlik və bacarıqsızlığını etiraf etmək;[14]
15. Dərsin qurtarmasından qabaq tədrislə əlaqədar səhvləri xatırlatmaq;[15]
16. Dərsdən sonra sinifdən çıxmağı bir qədər təxirə salmaq;[16]
17. Şagirdlər və tələbələr üçün nümayəndə təyin etmək;[17]
18. Dərsləri əxlaqi nəsihət və dua ilə sona çatdırmaq.[18]
b) Elmi və tədris vəzifələri:
1. Şagirdləri və tələbələri elmi və əməli cəhətlərdən addımbaaddım irəli aparmaq;[19]
2. Şagirdlərdə və tələbələrdə elmə bağlılıq, savada şövq və maraq icad etmək;[20]
3. Şagirdlərin və tələbələrin istedadlarına riayət etməklə mətləbləri başa salmağa səy etmək;[21]
4. Tədris edərkən elmlərin külli qayda-qanunlarını xatırlatmaq;[22]
5. Tələbələri elmi məşğuliyyətlərə təşviq etmək və dərslərin təkrarına həvəsləndirmək;[23]
6. Dəqiq məsələləri irəli çəkmək və dərsi onlardan soruşmaq;[24]
7. Dərsi başa salmaq üçün ən gözəl tədris üslublarından və ən yaşı metod və qayda-qanunlardan istifadə etmək;
8. Elm və məlumatın məntiqi tərtibinə riayət etmək;[25]
9. Məsələlərin izah və bəyanında normal həddə kifayət etmək;[26]
10. Sinfin münasib fəzasına diqqət yetirmək (narahatçılıq yaradan hər növ amillərdən uzaqda olmaq);[27]
11. Tədris vaxtının təyin olunması ilə əlaqədar şagirdlərin və tələbələrin məsləhətlərinə diqqət yetirmək;[28]
12. Tədris zamanı səsə və bəyana diqqət yetirmək;[29]
13. Dərsdə nəzm və inzibatı qoruyub saxlamaq.
2. Müəllimin şagirdlər və tələbələr üzərində olan hüquqları aşağıdakılardan ibarətdir:
1. Ustada dəyər vermək, elm və savad məqamını əzizləmək;[30]
2. Müəllimin qarşısında təvazökarlıq etmək;[31]
3. Ustadla amiranə söhbətdən uzaq olmaq;
4. Ustadı ehtiramla yad etmək;
5. Ustadı özünə nümunə və örnək qərar vermək;
6. Ustadın xəbərdarlıq etməsi və yol göstərməsi qarşısında təşəkkür etmək;
7. Ustadın ehtimali kobud hərəkətlərinə dözmək;
8. Ustadın intizarını çəkmək və onun hüzuruna şərəfyab olmaq;
9. Ustada maneçilik törətməmək;
10. Ustadın yanına gedərkən daxili və zahiri cəhətdən bəzənmək;
11. Tədris vaxtını zorla ustada qəbul etdirməmək;
12. Ustadın istirahətinə maneçilik törətməmək;
13. Ustadın hüzurunda ədəb-ərkanla və nəzakətlə oturmaq;
14. Ustadın hüzurunda olarkən rəftar və davranışda ehtiyatlı olmaq;
15. Ustadın hüzurunda səsi və danışığı tənzim və riayət etmək;
16. Ustadın sözlərində olan çatışmaz cəhətləri incə işarələrlə düzəltmək;
17. Ustad birinə sual verdikdə başqa şagirdlər cavab verməsin;[32]
18. Ustadın sözlərinə dəqiq qulaq asmaq və fikri cəm edib təmərküzləşdirmək;
19. Ustadın izahlarına dəyər vermək;
20. Vaxtı tələf edən və yorucu sualları təkrar etməmək;
21. Sualı müəllimdən vaxtında soruşmaq;
22. Ürəyə yatan və xoşa gələn suallar vermək;
23. Utancaqlıq və xəcalət çəkməyə görə sual verməkdən çəkinməmək;
24. Elmi mətləbləri dərk etmədiyini etiraf etməkdə ürəkli olmaq;
25. Hər bir halda ustadın hörmətini saxlamaq, riayət etmək;
26. Ustad barəsində pis sözlərdən çəkinmək;[33]
27. Ustad barəsində hər növ yaranmaz və yersiz ittihamları dəf etmək;[34]
28. Ustadın eyiblərini gizlətmək, yaxşı xislətlərini zahir etmək;[35]
29. Ustadın düşmənləri ilə oturub-durmamaq, onun düşmənlərini özünə dost seçməmək;[36]
30. Ondan Allaha görə elm öyrənmək;[37]
31. Dərsdə sükuta riayət etmək.[38]
Əlavə məlumat üçün doktor Seyid Məhəmməd Baqir Höccətinin tərcümə etdiyi “Adabu təlim və tərbiyə dər İslam” kitabına müraciət etdin.
[1] Şəhidi Sani, “Munyətul-mürid”, səh. 190
[2] Yenə orada, səh. 191-192
[3] Yenə orada, səh. 1944
[4] Yenə orada, səh. 195
[5] Yenə orada, səh. 199
[6] Yenə orada, səh. 208
[7] Yenə orada, səh. 199
[8] Yenə orada, səh. 209
[9] Yenə orada, səh. 202
[10] Yenə orada, səh. 206
[11] Yenə orada, səh. 206
[12] Yenə orada, səh. 214
[13] Yenə orada, səh. 214
[14] Yenə orada, səh. 214 və 215
[15] Yenə orada, səh. 212
[16] Yenə orada, səh. 218
[17] Yenə orada, səh. 220
[18] Yenə orada, səh. 219
[19] Yenə orada, səh. 189
[20] Yenə orada, səh. 189
[21] Yenə orada, səh. 211
[22] Yenə orada, səh. 197
[23] Yenə orada, səh. 198
[24] Yenə orada, səh. 198
[25] Yenə orada, səh. 211
[26] Yenə orada, səh. 212
[27]Yenə orada, səh. 116
[28] Yenə orada, səh. 212
[29] Yenə orada
[30] Əbu Mənsur, “Məalimuddin və məlazul-müctəhidin”, səh. 43
[31] Yenə orada
[32] Yenə orada
[33] Yenə orada
[34] Yenə orada
[35] Yenər orada
[36] Yenə orada
[37] Yenə orada
[38] Yenə orada