Əgər bir şəxs yemək yedikdən sonra, bilsə ki, yediyi yemək haram yeməkdir və ehtimal verməmişdir ki, haramdır bəlkə halal olmasının nişanələrini hiss etmişdir, misal üçün bir müsəlmandan almışdır ki, günah iş görməmişdir. Amma əgər yemək barəsində şəkk edibdirsə misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda təhqiq etməli və təhqiq etmədən o yeməyi meyl etməyə icazə verilmir. Amma əgər heç bir nişanə və əlamət yoxdur ki, onun halal və yaxud haram olmasını bildirsin, bu halda, ətin halal olmasını nəzərdə tutmalıdır. O vaxta kimi ki, onun şəri hökmü şəraitində kəsilməsini yəqin etsin.
Başqa yeməklər barəsində baxmayaraq ki, bu cür deyildir, amma əgər şəxs bu hökmlərə nisbət- misal üçün qana dəymiş yeməyin haram olması) təqsirli cahil olmuşdursa; yəni öyrənə bilərdi, amma tənbəllik edib günaha düşmüşdür. Amma əgər qasir cahildir (o şəxs ki, təhqiq etməyə macal tapmamışdır) günaha düşməyəcəkdir. Bəli bu mövzuya nisbət (misal üçün bilir bu şey qana bulaşıbdır). Əgər təqsirli cahil belə olsa da, haram işə qovuşmamışdır.
Əlbəttə bir çox rəvayətlərə əsasən ki, Əhli- beyt (ə)- dan rəvayət olunmuşdur, bu cür əməllər baxmayaraq ki, səhv üzündən olur amma insanın həyatında mənfi təsir qoyur və bir çox müvəffəqiyətləri insandan alır. Bəs insan diqqət etməlidir ki, onun yeməyi halal olsun və bu diqqət və ehtiyatla öz hərəkətini Allahın razılığı yolunda sürətləndirsin.
Əgər bir şəxs bilsə ki, bu ət və yaxud yemək haramdır, yəni yeməyi tanımaqla birlikdə hökmünü də bilir, belə bir halda onu yeməklə haram və günah iş görmüşdür.
Onun bu işi Allahın göstərişlərindən boyun qaçırmaq deməkdir və onun əzabını çəkməyə layiqdir. Təbiidir ki, bu günahlar onu həyatında təsir qoyacaqdır.
İmam Sadiq (ə) günahın dünyada mənfi təsiri barəsində buyurur: Günahın təsiri budur ki, insanı ibadətdən məhrum edir.
Bəzi vaxtlar insan bir gün günaha düşür və onun təsirindən gecəni oyaq qalıb gecə namazı qılmaqdan məhrum olur.[1] Yalnız o halda ki, tövbə edib öz keçmişini düzəltsin.[2]
Amma o halda ki, bilməmək üzündən bu cür yeməyi yeyərsə, iki haldan kənar deyildir:
1. Mövzudan xəbəri olmamışdır, amma onun hökmünü bilmişdir; yəni misal üçün bilir donuz ətini yemək haramdır; amma bilmir bu yemək donuz ətindən hazırlanmışdır. Amma yeməkdən sonra bilmişdir ki, donuz ətindən hazırlanmışdır. Burada üç hal vardır:
A). Haram olmasına ehtimal verməmiş və şübhəsi olmamışdır, bəlkə halal nişanələrini hiss etmişdir. Misal üçün müsəlmandan almışdır, bu zaman əgər sonradan bilsə ki, haram yeməyi yemişdir, günah etməmişdir.
B).Yemək barəsində şübhələnmişdir və haram olması barəsində nişanələr əldə etmişdir; misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda onun vəzifəsi budur təhqiq etsin.
Bəs nəgər təhqiq etmədən yeməyi yeyərsə və sonradan məlum ola ki, haram yemək olmuşdur, günah etmişdir.
C) Haram və halal olmasına heç bir əlamət yoxdur, belə bir halda onun haqqında heç bir təhqiqə ehtiyac yoxdur, əgər yedikdən sonra məlum ola ki, haram yemək olmuşdur, heç bir günaha düşməmişdir. Bəli ət barəsində doğrudur ki, hökmü onun haram olmasına verib və şəri qanunlar əsasında kəsilmədiyini bildiririkbəs əgər təhqiq etmədən onu yeyərsə və sonradan məlum ola ki, haram ət olmuşdur, günah etmişdir.
2. Hökmü bilməyibdir, amma mövzudan xəbəri vardır; yəni bilmirdi donuz ətini yemək haramdır, amma bilir ki, yemək donuz ətindən hazırlanmışdır. O halda ki, bilirdi təhqiq etməlidir və onun həqiqətini bilməlidir. Amma bu işi görməmişdir.
Bunun üçün də günahkar və etdiyi iş də haramdır. Amma əgər bu yemək barəsində təhqiq etmək onun üçün mümkün deyildirsə və yaxud o hökmü öyrənmək üçün imkanı yoxdur, belə olduqda heç bir günahı yoxdur. Onun bu əməli qarşısında ona əzab olunmayacaqdır; İslam Peyğəmbərindən (s) rəvayət olunmuşdur. Hökmü ona şamil olmadığı üçün əzab ona şamil olmur.[3]
ələrinin, ağzının və qabların yuyulub təmiz olmasından başqa heç bir vəzifə onun öhdəsində yoxdur. Əlbəttə bu haram yemək öz təsirini insan ruhu və cismində qoyacaqdır.
Əxlaq alimləri bu cür yeməklərin təsirlərinə işarə edərək deyirlər. baxmayaraq ki, insan üçün bu iş qarşısında bir əzab nəzərdə tutulmamışdır, amma bir çox müvəffəqiyyətlər insandan alınır və bir çox mənfi təsirləri vardır ki, onlardan üz çevirmək olmaz. Bunun üçün də bir çox rəvayətlərdən təkid olunur ki, insan öz yeməklərinə diqqət etsin.
İslam Peyğəmbərini (s) dövründə südlə dolu bir qab o həzrət üçün gətirdilər, amma o həzrət südün halal olması barəsində məlumat əldə etməyənə kimi, o süddən meyl etmədi, və buyurdu: Məndən əvvəlki Peyğəmbərlər göstəriş almışdılar ki, halal və təmiz yeməklərdən başqa heç bir şey meyl etməsinlər və bəyənilmiş işlərdən başqa heç bir iş görməsinlər.[4]
Əhli- beytdən bizə çatan rəvayətlərdə yeməklərin təsiri barəsində xüsusiylə də uşaqların bədənində olan təsiri barəsində xəbərdarlıq olunmuşdur.[5]
Bunun üçün də insan həmişə öz yeməyinə diqqət etməlidir ki, yeməyi halal olsun; çünki bu yemək və onun bəzi təsirləri onun mənəvi həyatında və Allahın razılığı yolunda təsir qoyaraq nöqsanlar yaradır. O cür ki, bir şəxsin əməl və əxlaqının keyfiyyəti, dünyadakı hadisələrdə təsir qoyur, aləmdə olan hadisələrdəinsanın əməl və əxlaqında təsir qoyur.[6]
[1] - Cavadi Amuli, bdulah, mərahile əxlaq dər Quran, səh 153.
[2] - Maidə surəsi, ayə 39.
[3] - Biharul- ənvar, cild 5. Allahın rəsulu buyurur: Mənim ümmətimdən səh, yaddan çıxan və o şeylər ki, ona məcbur olmuşdurlar, götürülmüşdür. (əzab onlardan götürülmüşdür
[4] - Əl- dürrül- mənsur, cild 6, səh 102; mizanul- hikmət, cild 3, səh 128, Məhəmmədi Reyşəhri, Məhəmməd.
[5] - Biharul- ənvar, cild 100, səh 323; cild 101, səh 96, İmam Əli (ə): Öz uşaqlarınızın südünü pis və dəli qadınlardan uzaq saxlayın, çünki süd təsir qoyur.
[6] - Cavadi Amuli, Abdulla, Məbadiye əxlaq dər Quran, səh 108.