Sual olunmuş ayə Təkvir surəsinin 29-cu ayəsi və Dəhr surəsinin 30-cu ayəsinin bir qismətidir. Hər iki surədə bu ayələrdən əvvəlki ayədə ümumən “zikr və xatırlama” mövzusuna işarə olunmuşdur. Dəhr surəsinin 29-cu ayəsi olduğu kimi Müzzəmmil surəsinin 19-cu ayəsində təkrarlanmışdır. Dəhr surəsində 29-cu ayədən sonra “təzkirə” – yəni, ilahi ayələrin xatırlatma olduğunu açıqlayır və buyurur ki, hər kəs gəlmək “istəyirsə” Allah-taalaya tərəf yolunu tutsun. Həmçinin, Təkvir surəsində də 27 və 28-ci ayələrdən sonra yenidən “xatırlatma” mövzusuna toxunulur. Quranın və ilahi ayələrin düzgün yola gəlmək “istəyən” aləmlərdən və möminlərdən ötrü bir xatırlama olduğu açıqlanır, buyurulur: “Aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!” Çünki, ola bilərdi ki, Təkvir surəsindəki “Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün” ayəsi ilə Müzzəmmil surəsinin 19-cu ayəsindəki “Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar!” – ayəsi bəzilərində belə bir şübhə yaratsın ki, “düzgün yolda olmağı istəmək” və “Allah-taalanın yolunda bəndəçilik və itaətdə olmaq” müstəqil şəkildə tam olaraq insanın ixtiyarındadır. Bu cəhətdən də belə nəticə alına bilər ki, Allah-taala Onun yolunda qərar tutmaq istəməsi ilə Allahın buna möhtac olması təsəvvürü yaransın. Ona görə də şübhəni aradan aparmaqdan ötrü insanların istəmələrinin əsası aləmləri yaradan Allah-taalanın istəməsi ilə şərtlənmişdir. Baxmayaraq ki, bu istək əslində Allah-taalaya bəndəçilik və Ona tərəf seyr yolundadır. Ayədə bir mətləbi inkar etdikdən sonra qeyd olunmuş istisna da ona dəlalət edir. Bundan əlavə, ayədə Allah-taalanın insanın istəyi üzərindəki təsirini vasitə və bəndənin iradəsinə bağlı olduğu bildirilir. (Yəni, bu istəkdə insanın da istəyi nəzərə alınır ki, ümumiyyətlə insan hidayət olmaq istəyir, ya yox.tər.) Bununla da bildirmək istəyir ki, Allah bəndəsi olan insan heç də bütün işlərində tam şəkildə öz iradəsinə bağlı deyildir, əksinə, onun iradəsi Allah-taalanın iradəsinə bağlıdır. Əslində, insanın hər bir muxtar iradəsi Allah-taalanın iradə və ixtiyarına bağlıdır.
Nəticədə, yaxşı və ya pis işlərin görülməsi və iradəsi fəqət Allah-taalaya bağlı olmur; ikinci, insanın iradə və istəyi, ilahi izn və istək olmadan da təsir qoymaz; çünki, insanın əsl varlığı Allahdandır və belə olan halda, istər-istəməz onun iradəsi də aləmlərin Pərvərdigarına bağlıdır. Beləliklə, insanın Allaha tərəf yol tutub, düzgün yolda qərar tutmaqda və sair .....işlərdə özündən tam müstəqilliyi yoxdur, bəlkə də bütün varlığı ilə Allah-taalaya bağlıdır və Ona möhtacdır.
Başqa sözlə desək, ilahi iradə və ya istək ya zati, ya də əməlidir. (feli). Feli ya əməli ilahi istək ya təkvini (ol deməklə olmaq), ya da şəridir. (yəni, insanın ixtiyarındadır) İlahi zati iradə xarici varlıqlardan heç bir qüdrət və vasitə mane olmadan eyni zafi sifətlərdən sayılır. Əslində, varlıq aləminin yaranışı sayılan təkvini iradə əslində hansı mərhələsindən asılı olmayaraq eyni və ilahi elm sayılır. Varlıq aləmində Allahdan başqa heç bir yaranmışın özündən ilahi iradə olmadan müstəqil istək və iradəsi ola bilməz. Təkcə şəri ilahi iradədə, yəni- peyğəmbərlərin göndərilməsi, şəriətə əməl, kitabların yollandırılması və sair ki, müvəqqəti ilahi izn var, insanların belə şəri qanunlarda müvəqqəti muxtar və iznləri təsəvvür olunur. Bu yolda insanların öz düzgün, yaxud batil, səadət və ya bədbəxtçilik yollarından hansını seçməsində müəyyən mənada ixtiyarı vardır. Belə halda əgər birinci yolu, yəni- düzgün yolu tutarsa behiştə, ikinci yolu tutarsa cəhənnəmə tərəf hərəkət edəcəkdir.
O cəhətdən, yaxşı və pis işlərə tərəf meyilli olmaqda Allah-taalanın təkvini iradəsi ilə şəri iradəsi arasında həmahənglik olmur və baxmayaraq ki, təkvini cəhətdən pis işdə ilahi iradə var və onsuz heç bir varlıq ümumiyyətlə hərəkət və hətta iradə və meyl də edə bilməz, amma Allah-taala şəri cəhətdən pis işin görülməsinə razı deyil. Qeyd etmək lazımdır ki, bəziləri insanın (mömin insanın) iradəsinin Allah-taalanın iradəsinin bir şaxəsi olması və bəndənin razılığının Allah-taalanın razılığına bağlı olması məsələsini açıqlayır və razılığın mərtəbələri və izahı haqqında çox yazmışlar. Amma əvvəldə qeyd olunmuş ayənin mənası ilə daha yaxın olan və sualın cavabında izah verilə biləcək ən münasib cavab bütün qeyd olunmuşlardır.
Belə bir sualın ən münasib cavabı bu ayədən əvvəlki ayələri diqqətlə araşdırmaq, həmçinin o məzmunda digər oxşar ayələri, məsələn, Müzzəmmil surəsinin 19, İnsan surəsinin 29 və 30-cu ayələri və sair ayələri nəzərə almaqla cavabı daha yaxşı başa düşmək olar. İndi də bu ayələrin araşdırmasına başlayaq;
1.Sualda qeyd olunan ayə Təkvir surəsinin 29-cu ayəsidir. Bu surə Məkkədə nazil olan surələrdəndir. Ayədən əvvəlki iki ayə bu məzmundadırlar: “O, (Quran) aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.” (Təkvir surəsi 29). Daha sonra həmin surənin 30-cu ayəsində buyurur: “(Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz.”[1]
Xülasə demək olar ki, qeyd olunmuş ayələri belə izah etmək olar: bu Quran (“Qovulmuş Şeytan sözü yox” - Təkvir surəsi 25) ilahi kəlam və haqdır. İnsanlardan ötrü yalnız öyüd-nəsihət və xatırlatmaqdır. Əlbəttə, ən çox düzgün yolda qərar tutmaq istəyən insanlar üçün bir öyüd-nəsihət və yol göstərəndir.
Bu halda ola bilər bəzilərin - “Kim istəsə, Rəbbinə tərəf düzgün yol tutar” - ayəsində zehnində belə bir şübhə yaranır ki, “düzgün yolda olmaq və bu yolu istəmək, Allah-taalaya itaət etmək və bəndəçilik və s. hamısı müstəqil şəkildə insanın ixtiyarında olub, istəsə düzgün yola gələr, istəməsə isə bu yolda qərar tutmaz.......Ona görə də (guya) Allah-taala (nəuzu billəh) insanların düzgün yola gəlmələrində onların ixtiyar və iradələrinə möhtacdır.” Bu səbəbdən Allah-taala onların zehnindən belə bir şübhəni aradan aparmaqdan ötrü buyurur ki, insanların istəmələri Allah-taalanın istəməyindən asılıdır. Əslində, onların əsl istək və iradələrinin hamısı köklü şəkildə Allah-taalanın istək və iradəsindən asılıdır. Əgər Allah-taaala onlara öz qüdrət və ümümi olaraq iradə və istəmək qüdrəti verməsə onlar bir şey istəyə bilməzlər.[2]
Başqa sözlə desək, insanın bütün ixtiyari işləri- yəni, ümümi olaraq bütün qüdrət və iradəsi vasitə və ya vasitəsiz olaraq ilk növbədə Allah-taalanın iradəsinə bağlıdır. Əslində Allah-taala Özü belə iradə etmişdir ki, (müvəqqəti olaraq dünyada) insanın bütün “ixtiyari” işləri insanın özünün ixtiyarında olsun. İnsan öz işlərini öz ixtiyar və iradəsi ilə görməlidir. Əlbəttə, qeyd olunmuş ayədə söhbət o möminlərdən gedir ki, öz xoşbətlik və səadətlərinə çatmaqdan ötü rvə ilahi yolda qədəm götürsünlər. Amma Quranın peyğamı təkcə onlara yox, bütün insanlara aiddir.
2. Təkvir surəsinin 29-cu ayəsinə oxşar ayələrdən biri də Dəhr (İnsan) surəsinin 30-cu ayəsi və ondan əvvəlki ayələrdir. Bu surənin 29 və 30-cu ayələrində oxuyuruq: “Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar window.print();