Sübh namazı uca səslə qılınmalıdır deyildikdə nə nəzərdə tutulur?Nə dərəcə uca? Əgər yatmış şəxsləri nəzərə alaraq aram səslə qılsaq, nə müşkülü olacaqdır?Ana və ya balaca körpə ola bilsin ki,bizim uca səsimizdən oyansınlar.Ümumuyyətlə, uca səslə qılmaq vacibdirmi? Mən kiminsə mənim namaz qıldığımı anlamamasını üstün tuturam. Çünki,belə olan halda, daha rahat oluram və daha çox diqqətim cəm olar.
Namazın vaciblərindən biri, sübh, məğrib və işa namazlarının həmd və sürəsini ucadan oxumaqdır. Mərcei təqlid alimləri namazların cəhr və ixfatı (uca və astadan qılmaq) barəsində belə deyirlər: ” Kişilərə sübh, məğrib və işa namazlarının həmd və sürəsini ucadan oxumaq vacibdir və kişi və qadına isə zöhr və əsr namazlarının həmd və sürəsini astadan oxumaq vacibdir.”[1]
Buna əsasən də, sübh, məğrib və işa namazlarının həmd və sürəsini ucadan oxumaq, namazın vaciblərindəndir.Əlbətdə,əgər mükəlləf bu hökmü bilməsə və ya səhv ucbatından uca qılınmalı olan namazları asta qılarsa və ya əksinə əməl edərsə, onun namazının heç bir işğalı yoxdur.Ancaq, əgər qəsdən və hökmü bilərəkdən bunu etsə,yəni uca oxumalı olduğu yerdə astadan oxusa və ya əksinə,namazı batil olacaqdır.[2]
Əgər, həmd və sürənin bir miqdarını oxuduqdan sonra uca və ya asta oxumaqda yalnışlığa yol versə, oxuduğu miqdarın eybi yoxdur və həmin oxuduğu miqdarı yenidən oxumağına da ehtiyac yoxdur.[3]
Uca oxumaqda meyar
Namazı astadan qılmaq, yəni səsi aşkara çıxarmamaqdır və bu məsələ aydın bir məsələdir.[4] Ancaq, namazı ucadan qılmağın necəliyinə gərək diqqət olunsun ki, qışqırmaq həddinə çatmasın. Belə olduğu təqdirdə namaz batil olacaqdır.[5] Namazı uca səslə qılmağın meyarı budur ki, səsin cövhəti aşkara çıxsın.[6]
Bu meyarı nəzərə alsaq, hər bir şəxs namazını başqalarının anlamayacağı bir yerdə qıla bilər.Bundan əlavə, bu miqdarda səsi aşkara çıxarmaq, başqaları üçün narahatçılıq yaradacaq həddə də deyildir.
Xatırlatmaq lazımdır ki, fəqihlər, namazı ucadan və ya astadan qılmağa sənəd olaraq, icma, alimlərin fətvada olan şöhrətini və möminlərin əməli sirəsini (rəftarını) qeyd edirlər və bundan əlavə məsumlardan (ə) nəql olunan rəvayətləri göstərirlər.[7] O cümlədən:
İmam Baqir (ə)-dən, namazını asta qılmalı olduğu yerdə ucadan qılan bir şəxs barəsində soruşanda, İmam buyurdu: “Nə zaman bu işi bilərəkdən yerinə yetirsə,namazı batildir və gərək həmin namazı yenidən qılsın...”[8]
Sonda qeyd etməliyik ki,İslam hökmlərinə riayət etmək,(sübh namazını ucadan qılmaq kimi hökmlər) elə bir məsləhətə malikdir ki, ola bilsin ki, mükəlləf bu məsləhətlərdən agah olmamış olsun. Ancaq,hər bir mükəlləf gərək, Allaha bəndəçilik etməyi lazım bilsin və dəqiq bir şəkildə onu yerinə yetirsin. Hər bir halda, Həzrət Ayətullah Mehdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı aşağıdakı kimidir:
Sübh, məğrib və işa namazlarını ucadan qılmaq bu mənadadır ki, səsin cövhəri aşkar olsun və bu qışqırmaq mənasında da deyildir. Əgər səs qışqırıq həddində olmasa və səsin cövhəri aşkar olsa kifayət edir.
[1] İmam Xomeyni,İzahlı məsələlər,cəm edən,bəni Haşim Xomeyni,Seyyid Muhəmməd Huseyn,cild,1 səh,549.Qum.İslam nəşriyyarının ofisi,səkkizinci çap,1424 qəməri.
[2] Həmin mənbə,səh,55.
[3] Həmin
[4] Həmin mənbə,səh,610
[5] Həmin mənbə,səh,550
[6] Həmin mənbə,səh,610
[7] Səbzəvari,Seyyid Əbdul-əla,muhəzzəbil əhkam,cild,6,səh,292,Qum,əl-Mənar müəssisəsi,Dördüncü çap,1413 qəməri
[8] Şeyx Səduq,Muhəmməd İbn Əli ibn Babuveyh,mən la həyzuruhul fəqih,cild,1,səh,344,Qum,İslam nəşriyyarının ofisi,ikinci çap,1413 qəməri