Uşağın Allah haqqında verdiyi suallardan qaçmaq olmaz, bəlkə bu suallara sadə doğru və möhkəm cavab vermək lazımdır. Sadə bəyanla nəzm arqumentindən istifadə etməklə və uşaqların ətraf mühitində Allahın saysız nemətlərindən sadə bəyanla istifadə edərək, Allahın vücudunu və inun; elm, qüdrət və mehribanlıq kimi bəzi sifətlərini uşaq üçün isbat etmək olar.
İslamda uşaqların dini və İslami tərbiyəsinə çox əhəmiyyət verilibdir. Uşağın tərbiyəsi haqda Allahın Rəsulundan və məsum İmamlardan mindən artıq rəvayət daxil olubdur.[1] İslamın tərbiyə proqramlarında uşaqlar üçün göstərişlər gəlib (var) ki, dünyaya gəlməmişdən qabaq və sonrakı mərhələləri əhatə edir.
Allaha iman və tək Allahlıq dünyaya göz açan hər uşağın fitrətində gizlənibdir.
Əziz Peyğəmbərimiz (s) buyurur: "Hər uşaq İslam fitrətində doğulur məgər bu ki valideynləri onu yəhudi və nəsrani edirlər."[2]
Uşağın ata anası əgər həmişə davamcıl mütaliyələri ilə övladlarının fikri ehtiyaclarını tanıyıb və doğru yolla uşağa qaranlıq qalan sualları cavablandırıb və düzgün yollarla uşağın dini tərbiyəsinə başlasın.
Dini tərbiyə yolları:
1. Əmali tərbiyə:
Valideynin şəxsiyyəti uşaqların şəxsiyyətinin yaranmasında çox təsiri vardır. İnsan evdə və yaşayışında İslamın göstərişlərinə və üsullarına riayət etsə.[3] Məsələn namazı əvvəl vaxtda qılsa, oruca və başqa vaciblərə əhəmiyyət versə və onları yerinə yetirsə, həmişə Allahı yad etsə, yeməyə başlayanda bismillah qurtaranda əlhəmdu lillah desə və Allahın saysız nemətlərinə şükr etsə və... bunların hamısı uşağa Allah tanıma dərsi verir. Uşağın beyni fotoaparat kimidir ki, qarşısına çıxan hər şeydən şəkil çəkir. Bu cəhətdən müstəhəbbidir uşaq doğularkən sağ qulağına azan sol qulağına iqamə deyilsin ki, Əllahi əkbər səsi doğulan vaxtdan onda təsir qoysun və onu tohidlə tanış etsin.
Uşağın eşitmək vasitəsiylə örgəndiklərinə nisbət bizim rəftarlarımızı müşahidə etməklə örgəndikləri daha çoxdur. Uşağın örgənəcək ölçüsü o zaman ki bizlər çətin şəraitdə Allaha təvəkkül kimi cümlələrdən istifadə edirik, daha çoxdur o zamanda ki, çalışırıq Allaha söykənmək və təvəkkül etməyi şifahi şəkildə ona örgədəcək.
2. Quran öyrətmək:
Bizim dini rəhbərlərimiz tapşırıblar ki, uşaqlarınıza Quran öyrədin. İmam Sadiq (ə) buyurub: "Övladlarınıza Yasin surəsini öyrədin. Çünki bu surə Quranın reyhanıdır."[4] Yəqin ki, bu öyrənmək təkcə Quranı üzündən oxumağa ya əzbərləməyə məxsus deyil, bəlkə Quranın məfhumlarını öyrənməyə də şamil olur. Biz İslamın bir çox usullarını bu yolla uşağa öyrədə bilərik.
3. Uşağı mənəvi ictimaiyyətə aparmaq:
Məclislər, dua mərasimləri, mötəbər məzhəbi heyətlər kimi və... ki, yaxından bir çox suallarının cavabını etimadlı və məlumatlı şəxslərdən alsın.
4. Uşağın dini suallarına sadə və doğru cavablar:
Uşaqlar çox maraqlanandırlar və gördükləri və eşitdikləri şeylər haqqında çox soruşurlar. Uşağın dini sualları onun kamil iman tərəfə götürdüyü addımlardır və onun bu cür sualları bizi nigaran etməli deyil.
Uşaqların Allahı tanıma sualları qarşısında bizim rəftarımız:
A- Bu suallara doğru eyni halda sadə və aydın cavab vermək lazımdır:
Sadə bəyanla və bütün bəndələrin ixtiyarında olan nemətlərdən kömək almaqla nəzm arqumentiylə Allahı və onun bəzi sifətlərini ən sadə və ən yaxşı şəkildə uşaq üçün sübut edə bilərik. Bu arqument Allahın isbatı üçün ümumi və ən sadə arqumentdir.
Quranı kərimdə və rəvayətlərdə də bu arqumentə çox əhəmiyyət verilibdir. Bu arqumentdə qarışıq fəlsəfi qanunlar və məfhumlar yoxdur, bu cəhətdən hamı bu arqumenti başa düşə bilir və istifadə edə bilir.
B- Təbiətdən kömək almaq:
Allahın yaratdıqlarının yaradılışına işarə edək və onu yaradılışın təəccüblü olmasıyla tanış edək. Yerdə göydə və dəryalarda məxluqatın yaradılışında Allahın qüdrətini övladlarımıza göstərək.
Quranda bir çox ayələr var ki, bizi təbiətdə fikirləşməyə dəvət edir; məsələn Quranda oxyuruq: "Allah bal arısına vəhy etdi ki, dağlarda ağaclarda və uca səqflərdə mənzil seçin və sonra şirin meyvələrdən qidalanın və itaətlə Allah yolunu gedin, o vaxt onların daxilindən müxtəlif rəngli şirin şərbət qırağa gələr ki, onda camaatın şəfası var."[5]
Habelə bizi dəvənin göyün dağların və yerin və... yaradılışında diqqət etməyə dəvət edir və buyurur: "Onlar dəvəyə baxırlar ki, necə yaradılıbdır? Və göyə baxırlar ki, necə ucadılıblar? Və dağlara ki, necə özyerlərində möhkəmlənib! Və yerə ki, necə hamar olubdur".?! Əgər Allahın bu yaratdıqlarının maraqlı və təəccüblü olmasını sadə dillə və uşaq başa düşən səviyyədə bəyan etsək onu çox miqdarda Allahla tanış etmiş olarıq.
C. Uşağın bir çox suallarının cavabın Qurandan tapa bilərik məsələn əgər uşaq soruşa Allah kimdir bu ayəni onun üçün oxuya bilərik:
"Allah o kəsdir ki, göyləri və yeri yaratdı və göydən bir su göndərdi və onun vasitəsiylə meyvələri sizin üçün ruzi olaraq yerdən xaric etdi."[6] Ona deyək "O mehribanların ən mehribanıdır."[7] Allahın mehribanlığını onun üçün hiss edilən şəkildə bəyan edək.
D- Onun üçün bəyan edək ki, biz bir çox şeyləri görmürük, amma vardır; hava və əql kimi amma onların varlığın inkar edə bilmərik.
Allah- Taala mütləq var, amma görsənmir: "Gözlər onu görə bilməz."[8]
H- Münasib dini dastanları bəyan etmək:
Uşaqlar nağıl və dastanı çox istəyirlər. Quranın hekayələrini və dini dastanları sadələşdirməklə rahat şəkildə uşaqlara deyə bilərik. Həzrəti İbrahimin dastanı kimi və onun bütpərəst və müşriklərlə mübahisəsini və o həzrətin Allahın varlığın və təkliyin sübut etmək üçün gətirdiyi dəlilləri bu cür deyə bilərik.
V- Uşaqların öz təcrübələrindən istifadə etmək:
Din məfhumunu və dinə ehtiyacımızı təyin etmək üçün uşaqların təcrübələrindən istifadə etmək olar. Məsələn həftəlik proqramı göstərməklə suallar veririk tədricən uşağı məqsədinə yaxın edirik və sonra nəticə alırıq Allah tərəfindən Peyğəmbərlər vasitəsiylə bizim üçün gətirilmiş praqramın adı, dindir. Əlavə məlumat əldə etmək üçün aşağıdakı kitablara müraciət edin:
1. Xuda şenasiye Quraniyi kudəkan, Qulam Rza Heydəriye Əbhəri.
2. Xanevade dər İslam, Hüseyn Məzahiri.
3. Dər dərse Xuda şenasi bərayi cavanan, nasir Məkarim Şirazi.
[1] - Xanevade dər İslam, Hüseyn Məzahiri, səh 121.
[2] - Səfinətul- bəhar, cild 2, səh 372.
[3] - Müstədrəkül- vəsail, cild 4, səh 325.
[4] - Nəhl surəsi, ayə 68- 69.
[5] - Ğaşiyəh surəsi, ayə 17- 20
«فَلَا یَنظُرُونَ إِلىَ الْابِلِ کَیْفَ خُلِقَتْ* وَ إِلىَ السَّمَاءِ کَیْفَ رُفِعَتْ* وَ إِلىَ الجِْبَالِ کَیْفَ نُصِبَتْ* وَ إِلىَ الْأَرْضِ کَیْفَ سُطِحَتْ»
[6] - İbrahim surəsi, ayə 32.
[7] - Yusif surəsi, ayə 64.
[8] - Ənam surəsi, ayə 103.