Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək.
Ruhi dəyişiklik barədə gərək deyək ki, bəli, Quran ayələrindən belə nəticəyə gəlinir ki, axirətdə şəxslər üçün cismi dəyişikliklərdən əlavə ruhi dəyişikliklər də baş verəcək. Əraf surəsində bu mətləbə işarə olunubdur. O surətdə, Allah- Taalanın behişt əhlinə bağışladığı və onların can və ruhunun aramlığına səbəb olan ən mühüm nemətlərdən birinə işarə olunub. Ayədə buyurulur: "Kinələr, həsədlər və düşmənçilikləri onloarın qəlbindən götürərik".[1]
Həqiqətdə, dünya yaşayışında insanların narahatçılığının ən böyüklərindən biri sayılan, geniş ictimai qrşıdurmaların baş verməsinə səbəb olan, ağır cani və mali xəsarətlərdən əlavə ruhi aramlığı tamamilə bir- birinə vuran həmin həsəd və düşmənçilikdir. Allah- aala bu ruhi vəziyyəti behiştdə behişt əhli üçün dəyişdirər, aradan aparar və behişt əhli belə sifətlərdən baş verən bədbəxtçiliklərdən tamamilə uzaq olar. Nəticədə, behişt əhli həm batindən, həm də zahirdən paklanmış olar, həm cismani, həm də ruhani cəhətdən gözəlləşər.
Sualın iinci hissəsi barədə mövzunun aydın olması üçün əvvəlcə sadizm xəstəliyini müxtəsər şəkildə tərif edirik, sonra onun haqqında araşdırma apararıq.
sadizm[2] yəni başqalarına cismi, ruhi və cinsi əziyyət verməyə əlaqəli olmaq. Belə ki, əziyyət etmək, əziyyət edən şəxsin aramlığına və ləzzətinə səbəb olar.
18- ci əsrin axırlarında Fransada "Marki Dosad" adlı bir yazıçı öz yazılarında belə şəxslərin xüsusiyyətini bəyan edib və sadizm adı onun adından götürülübdür.[3]
İşarə olunduğu kimi ruhi rəzillikllər o dünyada (axirətdə) aradan gedəcək və behiştdə heç kəs bu rəzilliklərə məşğul olmayacaq. Bu dünyanın əziyyətlərindən azadlıq tapacaqlar. Başqa bir tərəfdən düzdür ki, behiştdə behişt əhli hər nəyi iradə edələr hazır olar,[4] amma mənəvi inkişafın səbəbinə bu dünyada onun arxasınca olduğu (dalınca getdiyi) və rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq. Həmçinin behişt əhlinin gözəlliyindən də uca ləzzətlər orada onların intizarındadır.[5] Buna görə də onların olması ilə heç bir kəs rəzilliyə səbəb olan ləzzətlərə əl atmaz. Deyilənlərə əlavə olaraq bu ruhi xəstəliklər axirətdə behişt əhli üçün müalicə olunacaqdır.
Bəs bu dünyada cinsi qüvvələri kontrol etmək, onları Allah buyuran düzgün yola yönəltmək və Allah- Taaladan itaət etməyə canyandırmaqla Allahın axirətdə mönimlərə etdiyi vədlər bizim haqqımızda baş verər və behiştin mənəvi nemətlərindən faydalanarıq inşallah.
Daha çox agahlıq üçün aşağıdakı göstəriciləri mütaliə edin:
"İnsan və düşüncə behiştdə", sual 5442 (sayt: 5864)
"Behiştdə yatmaq", sual 5979 (sayt: 6486).
[1] - Əraf surəsi, ayə 43.
[2] - Sadism.
[3] - Tibyan saytı, səhifə: Sağlam "can və ruhun sağlamlığı" qəmginlik; ruhi xəstəliklər, müsahibə; doktor Müctəba cavanbəxti, Tarix: 24/9/1387, bazar günü.
[4] - Zuxruf surəsi, ayə 71.
[5] - Səcdə surəsi, ayə 17.