Qurani kərim həmd surəsində camaatı üç dəstəyə bölür və başqa surələrdə onlar üçün dəlillər zikr edir ki, dinləyiciyə kamil mənanı çatdırmış ola. Allahın nemət verdiyi birinci dəstə dörd təbəqəyə bölünür: Peyğəmbərlər, inanılmışlar, şəhidlər və salehlər. Bunlar Allahın seçdikləridir və onlara nemət veribdir. Allahdan itaət etmək onların ən böyük xüsusiyyətlərindəndir.
Bir- birinə çox axşarlığı olan ikinci (qəzəb olunanlar) və ününcü (yolunu azanlar) dəstə barəsində də ehtimallar vardır.
Birinci ehtimal budur ki, "zallin" adı yolunu azanlar, "məğzubin"isə inadkar, tərs younu azanlar və münafiqlərdir.
Başqa bir ehtimal isə budur ki, yolunu azanlar azmış yəhudilər İslamla çoxlu düşmənçilik səbəbinə qəzəb olunanların əsil məqsədi olub və yoldan çıxmış məsihilər isə az inadaklığına görə "zallin" dirlər. Yəni, yəhudilər qəzəb olunanlar, məsihilər isə yolunu azanlardırlar.
Üçüncü ehtimal isə budur ki, qəzəb olunanlar o kəslərdir ki, həm özləri yollarını azıblar, həm də çalışırlar ki, başqalarını düz yoldan uzaqlaşdıralar. Amma yolunu azanların "zallinlərin" belə çalışmağı yoxdur.
Qurani kərim bu surədə camaatı üç dəstəyə bölür:
- Hidayət nemətindən faydalanan və sabit qədəm qalan şəxslər;
- Qəzəb olunanlar;
- Yolunu azanlar.
A). Quran, bu dəstələri tanıtdırmaq və şərh etməkdə nümunələr zikr edibdir. Biz də ayələrə söykənməklə bu dəstələri bəyan edirik.
Nisa surəsində "nemət verilənlər" bu nümunələr bəyan olunubdur: "Allaha və Peyğəmbərə itaət edənlər axirətdə Allahın nemətlər verdiyi Peyğəmbərlər, tamamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər, şəhidlər və yaxşı əməl sahibləri ilə bir yerdə olacaqlar.
Onlar necə də gözəl yoldaşlardır".[1]
Bu ayə, Allahın nemət verdiyi şəxsləri dörd qrup tanıtdırır:
Peyğəmbərlər, doğru danışanlar, şəhidlər və yaxşı əməl sahibləri. Bunlardan aşkar və müəyyən olunmuş xüsusiyyətləri vardır. Onların arasında müştərək olanlardan ən mühümmü yaxşı əməl və doğru danışmaqdır.
B). Amma bir- birinə çox yaxın olan ikinci və üçüncü dəstənin nümunəsi və mənasının şərhində (onlar həqiqət yolunu kənara vurublar (qoyublar) və İlahi dərgahından qovulublar) azca ixtilaf vardır.
Tədqiqatçılar rəvayətlərə əsasən üç ehtimalın olduğunu deyirlər:
1)- Bu iki kəlmənin Qurani Məciddə işlənməsindən asılı olaraq belə nəticəyə gəlmək olar ki, "qəzəb olunmaq", "yolunu azmaqdan" çox pis və çətin mərhələdir və başqa bir ibarətlə "zallin" adi yolunu azanlardır, amma "məğzub- qəzəb olunan" inadkar, tərs yolunu azanlar və münafiqlərdir. Buna görə də çox yerlərdə Allahın qəzəbi və lənəti onların haqqında qeyd olunubdur.[2]
2)- Müfəssirlərdən bir dəstəsinin əqidəsinə əsasən yolunu azmışlardan məqsəd məsihilərin yolunu azanları və qəzəb olunmuşlardan məqsəd yəhudilərin yolunu azanlarıdır.
Bu çıxarış, bu iki dəstənin İslamın dəvəti bərabərində tutduqları mövqeyə görədir; çünki Quranın müxtəlif ayələrinin açıq- aşkar buyurduğuna əsasən yolunu azmış yəhudilər İslamın dəvətinə nisbət məxsus kinə və düşmənçilik göstərirlər. Baxmayaraq ki, onların alimləri əvvəldə İslamın muştuluq verənlərindən (müjdəçilərindən) olublar. Amma çox keçmədi ki, müxtəlif səbəblərə (o cümlədən onların maddi mənafelərinin xətərə düşməsi) görə İslamın ən çətin düşmənlərindən olublar və İslam və müsəlmanların inkşafının qarşısını almaq üçün hər bir işə əl atıblar. Lakin yolunu azmış məsihilər İslamın bərabərində bu həddə inkadkarcasına dayanıb, təkcə həqiqi dini tanımaqda azqınlığa məruz qalıblar və onlardan "zallin" ibarəti ilə ad aparıblar.[3]
Bununla belə onların haqqında "məğzubi ələyhum" ibarətini işlətmək çox düzgün nəzərə yetişir, amma gərək diqqət oluna ki, bu ibarət həqiqətdə çoxluğun şəxsə tətbiq olunması misalı kimidir. Yəni bunlar, bu məfhumun aşkar nümunələrindəndir və qəzəb olunmuş və yolunu azmış şəxslər daha çox dəstələrə şamil olur.
3)- Bu ehtimal da vardır ki, yolunu azmışlar başqalarının azğınlığına israr edənlər deyillər, lakin qəzəb olunmuşlar o kəslərdir ki, həm özləri yollarını azıblar, həm də çalışırlar ki, başqalarını azğınlaşdıralar və haqq yoldan uzaqlaşdıralar. Tamam gücləri ilə çalışırlar ki, başqaları da onlar kimi olalar.[4]
Quran öz ayələrində yolunu azanlar və qəzəb olunanlar üçün müxtəlif nümunələr bəyan edib ki, nümunə üçün bir neçəsinə işarə olunur:
"Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!
Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir".[5]
"İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır".[6]
"Qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!"[7]
Quran bu dəstəni yolunu azmışlar və qəzəb olunanların bir hissəsi kimi ad aparır. Onların hamısının müştərək xüsusiyyəti Allah- Taalanın əmrindən boyun qaçırmaqdır. Onların hər birisi Allah- Taala ilə bir növ müxalifətçilik edib və axırda yolunu azan və qəzəb olunanların bir hissəsi olurlar.
[1] - Nisa surəsi, ayə 69.
[2] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 1, səh 54, Darul- kotobil- İslamiyyə, birinci çap, Tehran, 1374 hicri şəmsi.
[3] - Həmin, cild 1, səh 55.
[4] - Həmin, cild 1, səh 56.
[5] - Fəth surəsi, ayə 6.
[6] - Bəqərə surəsi, ayə 108.
[7] - Nəhl surəsi, ayə 106.