1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir.
2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz hacətlərinizi bir başa onlardan istəyək. Bəzi vaxtlar müşahidə olunur şəxs öz hacətini bir başa İmamlardan istəyir, əlbəttə məqsəd o deyil ki, bir başa və Allahın icazəsi olmadan onların hacətini versin, bəlkə o bilir ki, hacət üçün vasitədir.
3. Əlbəttə İlahi bəndələrin bəzilərinin, Rəbbinin qarşısında həqiqi bəndəlik etməsini nəzərə aldıqda, Allah yanında daha çox ehtirama sahibdirlər, əgər bir kəs hər bir dəlil üzündən özü üçün Allah yanında hörmət görürsə və yaxud ehtiramı olan bir şəxsə nisbətdə özünü aşağı məqamda görürsə və... eybi yoxdur onu vasitə qərar versin ki, o Allahdan istəsin, və ya onun ehtiram və abırından Allah yanında olan məqamından hacəti üçün istifadə etsin.
- Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yetməz; və əgər buna malikdirsə Allahın iradə və icazəsi çərçivəsindədir.
- Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz hacətlərinizi bir başa onlardan istəyək. Bəzi vaxtlar müşahidə olunur şəxs öz hacətini bir başa İmamlardan istəyir, əlbəttə məqsəd o deyil ki, bir başa və Allahın icazəsi olmadan onların hacətini versin, bəlkə o bilir ki, hacət üçün vasitədirlər.
Bu mövzunun daha çox məlum olması üçün Qurandan bir nümunə gətiririk və sonra onu təhlil edəcəyik.
Allah Taala Quranda buyurur: Onu (İnsanı) İsrail övladları üçün rəsul və Peyğəmbər seçdik, o halda ki, deyir: Mən Allah tərəfindən olan əlamət və nişanələrlə sizə doğru gəlmişəm, mən sizin üçün torpaqdan quşa oxşar düzəldəcəyəm və ona üfürəcəyəm, sonra Allahın izniylə (və ya qüdrətiylə) quş olacaqdır. Anadan gəlmə koru və pis xəstələrini (bu xəstəlikdən) nicat verəcəyəm. Ölüləri Allahın izniylə dirildəcəyəm və sizin yediklərinizdən və evlərinizdə topladıqlarınızdan sizə xəbər verərəm, həqiqətən (o beş möcüzədə) Peyğəmbərliyin doğru və düzgün olması üçün) nişanələr vardır əgər iman əgli və (Allaha qovuşmaq) insanlarısınızsa".[1]
Bu ayə əsasında əgər diqqət etsək, həzrət İsa Allahın izniylə anadan gəlmə koru və pisi xəstəliyini şəfa verirdi. Əgər bir kəs o həzrətə desəydi: Ey Allahın Peyğəmbəri mənim xəstəmə şəfa ver, aya bu iş Allaha şərik qoşmaqdırmı? Bunu nəzərə almaqla ki, həzrət İsa Allahın izniylə ölüləri dirildirdi. Əgər bir kəs ona desəydi: Ey Allahın Peyğəmbəri mənim ölən kəsimi dirilt, aya bu şirkdir?
Şübhəsiz ki, bu istək şirk deyil və töhid məsələsiylə də heç bir müxalifəti yoxdur.
- Bəzi İlahi insanların Allah əmrlərini daha layiqincə yerinə yetirmələrini nəzərə aldıqda, Allah yolunda daha çox ehtiram və abrıya malikdirlər, əgər bir şəxs hər hansı bir dəlilə əsasən[2] özü üçün bir ehtiram görürsə və ya o şəxsə nisbət özünü hissi aşağı bir məqamda görürsə və..., eybi yoxdur onu vasitə qərar versin ki, hacətini Allahdan istəsin və ya onun ehtiram və abrısına xatir öz hacətini Allahdan diləsin. Allah Taala Quranda buyurur: Yəqubun övladları dedilər: Ey bizim atamız (Allahdan) günahlarımızın bağışlanmasını dilə ki, həqiqətən biz günahkarıq Yəqub dedi: ezliklə Rəbbimdən günahlarımızın bağışlanmasını istəyəcəyəm. Əlbəttə o bağışlayan və mehribandır.[3]
Əgər diqqət etsək, görürük Yəqubun övladları Allahı mehriban bildirlər, amma bununla belə bir başa öz istəklərini Allahdan istəməyib bəlkə atalarını vasitə qərar verdilər. Aya bu iş şirkdir və töhidlə heç bir müxalifəti yoxdur?!
O cümlədən Allah Taala İsrail övladlarından nəql edir ki, dedilər: "Ey Musa! Heç bir halda hazır deyilik bir növ yeməklə kifayətlənək! Öz Rəbbindən istə ki, yer üzündə bitən göyərtilərdən və xiyar və sarımsaq və mərci və soğan bizim üçün hazır etsin."[4]
Allah Taala İsrail övladlarını Peyğəmbəri vasitə qərar verib və bir başa Allahdan öz istəklərini istəmədikləri üçün məzəmmət etməmişdir.
Amma o yerdə ki, Allah Taala buyurur: Sitayiş Allaha məxsusdur, bəli şübhəsiz ki, bu cürdür, amma bu məsələ bizim habelə rabitəsi yoxdur; çünki dua və bağışlanmaq istəməyin sitayiş etməklə rabitəsi yoxdur. Bundan əlavə Allah Taala Quranda yenə buyurur: Bir başa məndən istəyin, bəlkə bir yerdə buyurur: Məni çağırın, birinci: Eybi yoxdur ki, abırlı və hörmətli şəxs vasitəsiylə Allahı çağıraq və nəzərdə tutulan şəxsi vasitə qərar verək ki, bu özü hörmətli şəxsləri böyük cilvələndirməkdir. İkinci: Əlbəttə əgər hiss edirsiniz vasitə olmadan Allahla rabitə yarada bilərsiniz, heç kəs demir bu halda da bir şəxsi vasitə qərar verin.
[1] - Ali- İmran, surəsi, ayə 49.
«أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فيهِ فَيَكُونُ طَيْراً بِإِذْنِ اللَّهِ وَ أُبْرِئُ الْأَكْمَهَ وَ الْأَبْرَصَ وَ أُحْيِ الْمَوْتى بِإِذْنِ اللَّهِ وَ أُنَبِّئُكُمْ بِما تَأْكُلُونَ وَ ما تَدَّخِرُونَ في بُيُوتِكُمْ إِنَّ في ذلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنين»
[2] - O günahlarla ki, həyata keçirmişdir və ya təvazökarlıq üzündən və...
[3] - Yusif surəsi, ayə 97 və 98.
«قالُوا يا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا كُنَّا خاطِئينَ قالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ»
[4] - Bəqərə surəsi, ayə 61.