İnsanın yaranma hədəfi Allah- Taalanı tanımaq və bəndəlik üçündür. Allah pərəstlik etmək sayəsində, insan kamala və İlahi qürb məqamına yetişir. Namaz, uca yaradana bəndəliyi izhar etməyin ən yaxşı formasıdır. Beşlik namazlara əhəmiyyət vermək, ruhun fəzilər və qüdrətinə səbəbdir ki, insanı günah etmək və pis əməllərdən saxlayır və insanın ruhunda təqva qüvvəsini gücləndirir. Belə olduqda, namazın niyə behişt qapısının açarı olmasını anlamaq olar.
Qeyd etməliyik ki, namaz behişt açarı olması kimi savab nəzərdə tutulan ibadət əməllərindən biridir. Çünki, rəvayətlərdə pak İmamlara (ə) məhəbbət bəsləmək, la ilahə illəllah «لا إله إلا الله» zikri, səbr və... də behiştin açarı sayılıblar. Həmçinin bu rəvayətlərdən namazın tğvhidə və Allahın yeganəliyinə iman və Əhli- beytə (ə) məhəbbət bəsləməklə birgə olub və xüsusi bağlılığın olması başa düşülür.
İslami bəzi mənbə kitablarda gəlibdir ki, Peyğəmbər (s) buyurdu: "Behiştin açarı, namazdır".[1] "Və namaz təşkil edin ki, namaz (insanı) çirkinlik və günahdan çəkindirir"[2] ayəsinə və namaz barəsində, digər hədislərə diqqət etdikdə, namazın niyə behiştin açarı olmasını anlamaq olar. Necə ki, Peyğəmbər (s) buyurur: "Namaz dinin sütunudur, onu yerinə yetirməyən, dinini məhv etmişdir".[3]
Həmçinin buyurur: "Hər bir namazın vaxtı çatdıqda, bir mələk camaat qarşısında səslənər ki, qalxın və arxanızda alovlandırdığımız odları, namazla söndürün".[4]
İzah: İnsanın yaranma hədədi Allah- Taalanı tanımaq və ona bəndəlik üçündür.[5] Allaha pərəstiş sayəsində, insan təkamülə və İlahi qürb məqamına yetişir. Namaz, uca Allaha bəndəliyi izhar etməyin ən yaxşı formasıdır. Bundan əlavə, pərəstiş və dua hər bir insanın fitrətində var. O namaz kimi vacibləri yerinə yetirməklə, bu həqiqəti öz vücudunda dirildib, bəsləyib və özünü yaxşılıq və çirkinliklərdən çəkinmə yolunda qərar verir. Beşlik namazlara əhəmiyyət vermək, ruhi fəzilət və qüdrətə səbəb olur ki, insanı günah və pis əməllərdən saxlayır və təqva qüvvəsini insan ruhunda daha da gücləndirir. Bu zaman namazın niyə behişt qapısının açarı olmasını anlamaq olar.
Qeyd etməliyik ki, namaz behişt açarı olması kimi, savab nəzərdə tutulan ibadət əməllərindən biridir. Çünki, rəvayətlərdə pak İmamlar (ə)- a məhəbbət bəsləmək,[6] La ilahə illəllah «لا إله إلا الله» zikri,[7] səbr[8] və ... də behişt açarı sayılıbdır. Ona görə də, behiştin açarı olmaq, namaza məxsus deyil. Amma namaz insanın daha çox məşğul olduğu ibadətlərdən olduğuna və başqa sözlə, mövsümi ibadət olmadığına görə, vacibdir ən mühümlərində biri olaraq onu yerinə yetirmək onun şərtləri ilə behişt kimi savaba malikdir. Həmçinin bu rəvayətlərdən namazın tövhidə və Allahın yeganəliyinə iman və Əhli- beyt (ə)- a məhəbbət bəsləməklə birgə olub və xüsusi bağlılığın olması başa düşülür.
Daha çox məlumat əldə etmək üçün aşağıdakı göstəriciləri oxuyun:
"Namaz və cavanların ona diqqət etməməsi" sual 10617, (sayt: 10685).
"Namazın vacib olmasının səbəbi" sual 2552 (Sayt: 2688).
"Namazın məna və təsirləri" sual 2997 (sayt: 3242).
[1] - «مِفْتَاحُ الْجَنَّةِ الصَّلَاة» İbn Əbi Cumhur, Məhəmməd bin Zeynuddin, Əvalil- ləalil- əziziyyə fil- əhadisid- diniyyə, cild 1, səh 322, Daru Seyyidüş- şühəda bin- nəşr, Qum, çap birinci 1405 q; Məhəmməd Reyşəhri və həmkarlar, Hokun- nəbiyyil- əzəm (s), cild 5, səh 285, Darul- hədis, Qum, çap birinci, 1429 hicri qəməri Zuheyli, vəhvə bin Mustafa, Ət- təfsirul- munir fil- əqidə vəş- şəriə vəl- minhəc, cild 6, səh 102, Darul- fikril- muasir, Beyrut- Dəməşq, çap ikinci, 1318 hicri qəməri, Suyuti, Cəlaləddin, Əd- durrul- mənsur fi təfsiril- məsur, cild 1, səh 296, Ayətullah Mərəşi Nəcəfinin kitabxana nşriyyatı, Qum, 1404 hicri qəməri.
[2] - «وَ أَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهى عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَر» Ənkəbut- surəsi, ayə 45.
[3] - «الصَّلَاةُ عَمُودُ الدِّینِ فَمَنْ تَرَکَهَا فَقَدْ هَدَمَ الدِّین» İbn Əbil- hədid, Əndül- Həmid bin Hibətullah, Nəhcül- bəlağənin şərhi, Araşdırıcı və tənzimləyən İbrahim, Məhəmməd Əbəlfəzl, cild 10, səh 206, Nəşri Məktəbətu Ayətullah Əl- Mərəşi - ən- Nəcəfi, Qum, çap birinci, 1404 hicri qəməri, Əvalil- ləalil- əziziyyə fil- əhadisid- diniyyə, cild 1, səh 322.
[4] - «مَا مِنْ صَلَاةٍ یَحْضُرُ وَقْتُهَا إِلَّا نَادَى مَلَکٌ بَیْنَ یَدَیِ النَّاسِ أَیُّهَا النَّاسُ قُومُوا إِلَى نِیرَانِکُمُ الَّتِی أَوْقَدْتُمُوهَا عَلَى ظُهُورِکُمْ فَأَطْفِئُوهَا بِصَلَاتِکُم» Şeyx Səduq, Səvabil- əmal və iqbalul- əmal, səh 35, Nəşri Darur- Rəzi, çap birinci, 1406 hicri qəməri.
[5] - "Mən cin və insanları yalnız mənə ibadət etmək (və bu yolla təkamülə yetişib və mənə yaxın olmaları) üçün yaratdımı, Zariyat, 56.
[6] - Təbəri Amuli, İmadud- din Əbi CəfərMəhəmməd bin Əbil- Qasim, Bəşarətul- Mustafa lişiətil- Murtəza, cild 2, səh 68, Əl- məktəbətul- Heydəriyyə, Nəcəfi, çap ikinci, 1383 hicri qəməri; Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 11, səh 114, Daru ehtiyat- turasil- ərəbi, Beyrut, çap ikinci, 1403 hicri qəməri.
[7] - Biharul- ənvar, cild 48, səh 105.
[8] - Həmin, səh 75, səh 9.