"Sövban" ki, ondan "Rəsulullahın mövlası) adıyla yad olubdur, Peyğəmbərin (s) vasitəsiylə azad olmuş qullardan idi, azad olandan sonra Peyğəmbərin dostlarından və Əhli- beyti sevənlərdən oldu. Onun Peyğəmbərə (s) və onun ailəsinə olan şiddətli məhəbbəti haqqında hədis kitablarının bəzilərində rəvayət bəyan olubdur.
Allahın Rəsulunun (s) səhabələrindən neçə nəfərinin adı Sövban olubdur, amma Sövban adı "Allahın Rəsulunun mövlası"[1] vəsfilə təkcə bir nəfərə deyilibdir.[2]
Buna əsasən Sövban Allah Rəsulunun səhabələrindən biridir və baxmayaraq ki, onun barəsində az məlumat var, ən azından onun Peyğəmbərinə (s) və onun ailəsinə şiddətli əlaqəsindən xəbərdar olmaq olur.
Şeyx Tusinin ricalında gəlibdir, Sövban ki, künyəsi "Əba Əbdillah" dır, Peyğəmbərin (s) səhabələrindəndir.[3] Əsqəlaninin "İsabədə" nəqlinə əsasən Sövban Peyğəmbərin (s) məşhur səhabələrindəndir ki, Peyğəmbər (s) əvvəl onu aldı və sonra azad edibdir, amma Sövban öz meyli və ixtiyarı ilə Əziz Peyğəmbərin (s) ömrünün sonuna qədər o həzrətə xidmət edibdir.[4]
Qeyd etmək lazımdır ki, bizim kotubi ərbəə kimi mötəbər kitablarımızda ondan heç bir rəvayət nəql olmayıbdır, amma digər kitablarda ondan bir sıra rəvayət nəql olubdur. O cümlədən ondan çatan rəvayətlərdə onun Peyğəmbərə və onun Əhli- beytinə şiddətli məhəbbətinə əl tapmaq olur. Bir rəvayətdə var ki, Peyğəmbər (s) ondan özünə və Əhli- beytinə məhəbbətindən soruşur: Sövban deyir: And olsun Allaha əgər qılınclarla tikə- tikə olam, ya bədənim qayçıyla kəsilə, ya odda yandırılam və... mənim üçün bunlar daha asandır bundan ki, sizə Əhli- beytinizə və əshabınıza qarşı qəlbimdə kiçik xalissizlik olsun.[5]
Təbərsi Məcməul- bəyan təfsirində
«وَ مَنْ یُطِعِ اللَّهَ وَ الرَّسُولَ فَأُولئِکَ مَعَ الَّذینَ أَنْعَمَ اللَّهُ عَلَیْهِمْ مِنَ النَّبِیِّینَ وَ الصِّدِّیقینَ وَ الشُّهَداءِ وَ الصَّالِحینَ وَ حَسُنَ أُولئِکَ رَفیقاً»[6]
Bu ayənin aşağısında deyir: Deyilibdir bu ayə Peyğəmbərin (s) xadimi Sövbanın şənində nazil olubdur; çünki bir gün Peyğəmbərin (s) hüzuruna yetişdi pərişan və xəstə idi. Peyğəmbər (s) ona buyurdu nə olubdur? Dedi: Xəstə deyiləm amma bu fikirdəyəm ki, sabah qiyamət günündə, əgər cəhənnəmə getsəm, heç vaxt sizi görməyəcəyəm və əgər cənnətə getsəm, sizdən çox aşağı məqamda olacağam və sizin hüzurunuza yetişə bilməyəcəyəm, həmin bu mövzu məni qəmli edibdir. Bu vaxt bu ayə nazil oldu və Peyğəmbər buyurdu: Allaha and olsun! Heç bir müsəlmanın imanı kamilləşməz o vaxta qədər ki, məni özündən ata anasından, yoldaşından, övladından və bütün camaatdan çox sevmiş olsun.[7]
Bəyan olan mətləblərə diqqət edərkən onu Allah Rəsulunu və onun pak ailəsini sevənlərdən bilmək olar.
Necə ki, qərinələrdən məlum oldu. "Mövla" kəlməsinin mənası ki, Sövban üçün sifət gəlibdir (Sövban Allah Rəsulunun mövlası) Allah Rəsulunun azad etdiyi və yaxud Allah Rəsulunun qulu mənasına ola bilər, amma bunu nəzərə alaraq ki, Sövban həmin əvvəldə Peyğəmbərin vasitəsiylə azad olmuş idi, birinci məna onun şəxsiyyətiylə uyğundur.
Sonda xatırladırıq ki, şiə mənbələrində Sövbandan o qədər də rəvayət yoxdur, ona görə onun rəvayətləri barəsində Əhli- beytdən (ə) bir nəzər tapılmadı.
[1] - "Vilayət" və "Mövla" kəlməsi "vəli" maddəsindən tutulub və lüğətçilər onun üçün müxtəlif mənalar sayıbdır: Malik, qul, azad edən, azad olmuş, həmrah, Əmi oğlu, qonşu, həm peyman, oğul, əmi, Rəbb, köməkçi, nemət verən, bir yerdə məskən seçən kəs, xala oğlu, sevən, tabeçilik edən, kürəkən, bir kəs ki, başqasının işlərinə onun özündən daha layiqdir. "Vilayət mənası" göstəricisindən götürülmə, sual 153 (sayt: 1156).
[2] - Əsqəlani, İbni Həcər, Əlisabə, cild 1, səh 528. Darul- kutubul- elmiyyəh, Beyrut, 1415 hicri qəməri.
[3] - Tusi, Məhəmməd ibni Həsən, Ricali Tusi, səh 31 Heydəriyyə nəşriyyatı, Nəcəf 1381 hicri qəməri.
[4] - Əlisabə, cild 1, səh 528.
[5] - İmam Həsən Əsgəri (ə) təfsiri, cild 370 İmam Məhdi (ə.c.) Mədrəsəsi, Qum 1409 hicri qəməri. Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 27, səh 100, Darul- ehyaut- turasul ərəbi, Beyrut, ikinci çap, 1403 hicri qəməri.
[6] - Nisa surəsi, ayə 69.
[7] - Təbərsi, Fəzl ibni Həsən, Məcməul- bəyan, cild 3, səh 110, Nasir Xosrov nəşriyyatı, Tehran, 1372 hicri şəmsi.