Daha çox öz kenyəsi ilə (Əbu Dərda) çağırılan. Xəzrəcin nəvələrindən olan "Ovəymər bin Malik" Peyğəmbər (s)- in səhabələrindən olubdur. O, Xəzrəc qəbiləsinin camaatından olaraq Mədinədə yaşayırdı. Peyğəmbər (s)- in Mədinədə hüzurundan neçə ay keçəndən sonra, o həzrətin yanına gəlib və müsəlman oldu.
İmam Əli (ə)- ın Müaviyədən üstün olmasına inanan Əbu Dərda, Əbu Hüreyrə ilə birlikdə Müaviyənin yanına gedibvə onu Əli (ə) a itaət etməyə dəvət etdilər. Amma Müaviyə Osmanın ölümünü bəhanə edib və Osmanın qatillərini Əli (ə)- dan istəyən zaman, Osmanın qatillərini o həzrətdən istəmək üçün, Əbu Dərda və Əbu Hüreyrəni Əli (ə)- ın yanına göndərdi ki, bu işlə bu müharibə sona çatsın. O iki nəfər də, bu işi gördülər. Onlar Əli (ə)- ın yanına gəldilər. Malik Əştər onlarla qarşılaşdı və onları çox danladı və onlar Əli (ə)- ı görməkdəndanışdılar. İkinci gün bu istəyi İmam Əli (ə)- a dedikdə, on min nəfərlə qarşılaşdılar ki, özlərini Osmanın qatillərindən biridirlər. Ona görə, naümid olub, öz şəhərinə qayıtdılar və Əbdür- rəhman bin Osman onları danladı.
Hər halda, haqq hökumət barəsində onun mövqeyi haqqında deyə bilərik ki, onu İmam Əli (ə)- ın bəzi insanlar barəsində buyurduğu şəxslərdən bilmək olar: "Nə haqqa kömək etdilər, nə də batili zəlil etdilər".
Əbu Dərdanın Peyğəmbər (s)- dən nəql etdiyi, şiə və əhli- sünnə hədis mənbələrində rəvayətlər mövcuddur.
Tarixçilərin bəzisi, onun ölüm vaxtını siffeyn döyüşündən sonra bilirlər[i] bəzisi isə Əbu Dərdanın Osmanın ölümündən iki il qabaq öldüyünü deyirlər.
[i] - İbn Həcər, Əhməd bin Əli bin Həcər Əl- əsqəlani, əl- isabə fi təmyizis- səhabə, cild 4, səh 622, Beyrut, Darul- kutubul- elmiyyə, 1415 hicri qəməri.
"Ovəymər bin Malik" Peyğəmbər 9s) səhabəsi və Xəzrəcin nəvələrindən[1] olub və daha çox öz künyəsi, "Əbu Dərda" ilə adlanır.[2]
O, Xəzrəc qəbiləsinin camaatından biri olaraq Mədinədə yaşayırdı və İslama üz tutdu. O, belə müsəlman oldu: Onun qardaş deyərək səslədiyi Abdulla bin Rəvahə" bir gün Əbu Dərdanın evinə gəldi və balta götürüb Əbu Dərdanın bütünü əzməyə və vurmağa və bu beyti oxumağa başladı. "Şeytanların hamısının adından uzaq ol. Allahla yanaşı, ibadət olunan hər şey, azmışlıqdır. "Əbu Dərda evə qayıdan zaman, həyat yoldaşı onu Abdullanın işindən xəbərdar etdi. Əbu Dərda bir az düşündü və sonra dedi: Bu bütün bir faydası olsaydı, özünü nüdafiə edə bilərdi. Sonda Əbu Dərda Abdulla bin Rəvahə ilə birlikdə, Peyğəmbərin (s)- in hüzuruna gəlib və müsəlman oldu.[3] Əlbəttə, Peyğəmbər (s)- in Mədinədəki ilk aylarında Əbu Dərda müsəlman olmadı, əksinə neçə ay keçəndən sonra, O, Peyğəmbər (s)- in yanına gəlib və müsəlman oldu. Onun gec müsəlman olması elə olub ki, hətta tarixçilərin bəzisi, onun hüzurunu xəndək döyüşündə və ondan sonrada qeyd ediblər. Onlar deyiblər: Xəndəkdən qabaqkı müharibələrdə o hələ müsəlman olmamışdı.
Peyğəmbər (s) döyüşlərin birində Əbu Dərdaya baxıb və vuyurdu: "Bu Ovəymər necə yüngül qalxan gözəl süvaridir".
Əhli- sünnə bu nəqldən əlavə, onun tərifində Peyğəmbərdən (s) digər rəvayətlər də nəql ediblər. O cümlədən, Peyğəmbərə nisbət verirlər ki, o həzrət Əbu Dərdanı ümmətin həkimi bilibdir.
Həmçinin nəql olubdur ki, Peyğəmbər (s) bu Dərda və Salman Farsi arasında qardaşlıq əhdi icra etdi və bu iki nəfər, bir- birinin dini qardaşı sayılırdılar.
Əbu Dərda ikinci xəlifənin zamanına qədər Mədinədə idi ki, xəlifənin əmri ilə Mədinədən xaric olub və Şama getdi. İkinci xəlifə, Şamda namaz və məhkəmə işinin rəhbərliyini Əbu Dərdaya tapşırdı.
Əbu Dərda məhkəmə işinə təyin olunan zaman, camaat ona şad ol deyirdilər. O dedi: Məhkəmə işi üçün mənə şad ol deyirsiz, halbu ki, mən elə bir uçurum başında dayanmışam ki, onun dərinliyi burdan Ədən Əbin
İmam Əli (ə)- ın Müaviyədən üstün olmasına inan Əbu Dərda, Əbu Hüreyrə ilə birlikdə Müaviyənin yanına gedib və onu Əli (ə)- a itaət etməyə dəvət etdilər. Amma Müaviyə Osmanın ölümünü bəhanə edib və Osmanın qatillərini Əli (ə)- dan istəyən zaman, Osmanın qatillərini o həzrətdən istəmək üçün, Əbu Dərda və Əbu Hüreyrəni Əli (ə)- ın yanına göndərdi ki, bu işlə bu müharibə sona çatsın. İ iki nəfər də, bu işi gördülər. Onlar Əli (ə)- ın yanına gəldilər. Malik Əştər onlarla qarşılaşdı və onları çox danladı və onlar Əli (ə)- ı görməkdən üz döndərdilər. İkinci gün bu istəyi İmam Əli (ə)- a dedikdə, on min nəfərlə qarşılaşdılar ki, özlərini Osmanın qatillərindən sayırdılar. Ona görə, naümid olub, öz şəhərinə qayıtdılar və Əbdür- rəhman bin Osman onları danladı.
Amma əgər digər tarixçilərin nəzərinə əsasən, onun ölümünü Əmirəl- möminin (ə) hökumətindən qabaq bilsək, daha bu əhvalatı qəbul etmək olmaz.
Hər halda, haqq hökumət barəsində onun mövqeyi haqqında deyə bilərik ki, onu İmam Əli (ə)- ın bəzi insanlar barəsində buyurduğu şəxslərdən bilmək olar: "Nə haqqa kömək etdilər, nə də batili zəlil etdilər."
Əbu Dərda Əhli- sünnə arasında, Peyğəmbərin böyük səhabəlrindən biri kimi tanınıb və onun böyük mövqeyi olmasına inanırlar. Ona görə, ondan rəvayətlər də nəql ediblər.
Həmçinin şiənin hədis mənbələrində Əbu Dərdadan məhdud rəvayətlər nəql olubdur. Nümunə olaraq, Şeyx Tusi "xilaf" kitabında ondan fətva və rəvayətlər nəql edibdir.
Əbu Dərdanın ölümü barəsində fikirlər müxtəlifdir. Tarixçilərin bəzisi, Siffeyndən sonra biliblər.
[1] - Ovəymər bin Malik bin Zeyd bin Qeys bin Üməyyə bin Amir bin Əddi bin Kəb əl- Xəzrəc bin Əl- Haris bin əl- Xəzrəc.
[2] - Əl- Kaşimil- Bəsri, Məhəmməd bin Səd bin Muni, Ət- təqabut- kubra, cild 7, səh 274, Əbdül- qadir Əta. Məhəmməd Darul- kutubul- elmiyyə, Beyrut, 1410/1990,Hüseyni Təfruşi, seyid Mustafa, Nəqdur- rical, Müəssisə alil- beyt (ə), Qum, çap birinci, 1418 hicri qəməri.
Əlbəttə onun nəsəbi barəsində digər fikirlər də var: Bəziləri onun atasının adını Amir deyirlər. Bəziləri isə Amiri onun öz adı olduğunu və Övəymər və Amiri onunüçün istifadə ediblər. O cümlədən bu kitab: İbn Əsir, Əbul- Həsən Əli bin Məhəmməd, Əsədul- ğabə fi mərifətus- səhabə, cild 4, səh 18, Beyrut, Darul- fikr, 1409 hicri qəməri.
[3] - Ət- təbəqatul- kubra, cild 7, səh 274- 275.
[4] - Əbu Ömər Yusuf bin Abdulla bin Məhəmməd bin Əbdulbirr, Əl- istiab fi mərifətil- əshab, cild 3, səh 1228, Darul- cil. Beyrut, 1412- 1992.
[5] - Ət- təbəqatul- kubra, cild 7, səh 274.
[6] - Əsədul- ğabə, cild 5, səh 97.
[7] - Həmin, cild 2, səh 268.
[8] - Həmin, cild 2, səh 268.
[9] - Bilazəri, Əhməd bin Yəhya, Futuhul- buldan, səh 204, Tərcümə edən: Təvəkkül, Məhəmməd, Tehran, Gümüş nəşriyyatı, 1337 hicri şəmsi Baxın: Ət- təbəqatul- Kubra, cild 7, səh 275.
[10] - Yəmən ölkəsinin məşhur şəhərlərindəndir
[11] - Ət- təbəqatul- kubra, cild 7, səh 275
[12] - İbn Qətibə əd- dinəvəri, Əbu Muhəmməd Abdulla bin Müslim, Əl- imamətu vəs- siyasətul- məruf bitarixul- xuləfa, cild 1, səh 128, Araşdırma: Şiri, Əli, Beyrut, Darul- əzva, 1410 hicri qəməri.
[13] - «لَمْ ینْصُرَا الْحَقَّ وَ لَمْ یخْذُلَا الْبَاطِلَ» İmam Əli (ə) Nəhcül- bəlağə, Müəllif Seyid Rəzi, Düzəlişçi; Ətaridi, Əzizulla, səh 461, Nəhcül- bəlağə mərkəzi, Rica, çap birinci, 1372, hicri şəmsi.
[14] - Şeyx Tusi, Əl- xilaf, cild 1, səh 376, səh 380, cild 2, səh 168 və... Müdərrislər cəmiyyəti nəşri, Qum, çap birinci, 1407 hicri qəməri.
[15] - İbn Həcər Əsqəlani, Əhməd bin Əli, Əl- isabətu fi təmyizis- səhabə, cild 4, səh 622, Beyrut, Darul- kutubul- elmiyyə, 1415 hicri qəməri.
[16] - Əsədul- ğabə, cild 4, səh 20.