Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və problemli olmasını qəbul edərək, deyə bilərik ki, bu kitabın Məsumlar (ə)- dan əxlaqi ya hüquqi əlaqələr, ər- arvad həyatını necə olması barəsində nəql etdiyi, ər- arvad arasında məhəbbəti möhkəmləndirmək və rahatlığı təmin etmək məqsədi ilədir ki, bunun qadın barəsində baxışı və onun dəyərləri ilə heç bir ziddiyyəti yoxdur, əksinə hilyətul- müttəqin kitabında qadın daha çox təriflənib və böyük hörmətə malikdir.
Hilyətul- müttəqin kitabının qadın cə kişi barəsində nə deməsini izah etməmişdən qabaq, Qurani- kərim və Peyğəmbər (s) və İmamların (ə) rəvayətlərinin qadın və kişi barəsində baxışını bilməliyik:
Quran və rəvayətlər baxımından qadın və kişi bir cinsdən və hər biri digəri üçün və bir- birinin rahatlığını təmin etmək üçün yaradılıblar. Allah onlar arasında xüsusi bir bağlılıq qərar verib və hər biri o birisinin bəzəyi və libasıdır. Biri digərinin aləti deyil. Onların hər biri öz əməllərinin nəticələrinə malikdirlər. Əgər onların birinin digəri barəsində haqqı varsa, onun qarşısında vəzifəsi də var. Qadın üçün yaxşı haqqları, onun vəzifələri kimi, qərar verilibdir.[1]
Amma sualınız barəsində deməliyik: Şiə və Əhli- beyt məktəbinin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusi ilə hədis kitablarında gələn məsələləri, sənəd və dəlalət cəhətdən təhlil olunmalıdır. Əgər bir məsələ İslamın ümumi usulu vəQuran təlimləri ilə ziddiyyətdə olmasa qəbul etmək lazım və əks halda qəbul edilməməlidir.
Hilyətul- müttəqin kitabı barəsində, onun bəzi rəvayətlərində zəif və problemlərin olmasını qəbul etməklə, ümumiyyətlə deyə bilərik ki, bu kitabın[2] mətni (qadın və kişi barəsində) üç cür baxış irəli sürür:
A). Qadın cinsinin tərifi.
B). Kişinin qadına kəramətli baxışı.
C). Qadının kişiyə kəramətli baxışı.
A). Bu kitabda birinci baxışın (Qadın cinsinin tərifi) olmasına sübut, bu cür məsələləri gətirmək və xatırlatmaqdır:
1. Allah- Taala oğlanlardan çox qızlara mehribandır.
2. Qız iylədiyin bir güldür.
3. İslam Peyğəmbəri (s) qızların atası idi.
4. Qız həsənə və oğlan nemətdir. Allah- Taala həsənəyə mükafat verir və nemətdən sual edir.
5. Qızının ölüm arzusunu edən şəxsin əməllərinin heç bir savabı yoxdur və qiyamətdə günahkarlardan olacaq.
B). İkinci nəzərə (Kişinin qadınla yaxşı rəftarı sübut, bu cür məsələlərin olmasıdır:
1. Qadınları sevmək, Peyğəmbərlər (ə)- ın əxlaqındandır. Qadınları çox sevmək, İslam Peyğəmbəri (s)- in sünnəsindən idi. Dünyadan namaz, yaxşı iy (ətir) və qadını bəyənmişdi.
2. Qadınlara məhəbbət etmək, imanın çoxalmasına səbəb olur.
3. Sizin ən yaxşınız qadınla ən yaxşı rəftar edəninizdir.
4. Allah yanında bəndələrin ən sevimlisi, qadına ən çox yaxşılıq edəndir.
5. Qadın güldür, xidmətçi deyil.
6. Qadının razılıq və gözəlliyini qorumaq, ona münasib olmayan işləri ona etdirməməkdir.
7. Gəlin sənin evinə daxil olarkən, oturması üçün ayaqqabılarını al və ayaqlarını yu. Həmin suyu evin qapısından onun sonunadək səp.
8. Qadının haqqı budur ki, onu doyurasan, geyim və hər fəslə aid geyimlər və onun bəzək alətlərini hazırlayasan. Həmçinin evə lazım olan şeyləri alasan. Pislik etdiyi zaman, onu bağışlayasan
9. Qadının haqqınıyerinə yetirməməkdə, Allahdan qorx. Amma nazil libas geyməyi istəmək kimi, fəsada səbəb olan şeylərdə onun sözünə baxma.
C). Üçüncü nəzər (Qadının kişi ilə yaxşı rəftarı) barəsində, bu qəbildən olan məsələlər gəlibdir:
1. Qadınların ən yaxşısı, öz ərinə və övladlarına ən mehriban və iffət sahibi olan şəxsdir.
2. Əri üçün özünü bəzəsin və xəlvətdə ona mane olmasın. (İstədiyini ondan əsirgəməsin). Əgər ərinin yaxınlıq istəyini qəbul etməsə, mələklər ona lənət edəcək.
3. Əgər qadın ərini qarşılamağa getsə və ya onu müşaiyət etsə və çətinliklərdə onunla həmdərd olsa, o qadın İlahi içşilərdən olacaq və şəhidin savabının yarısı ona veriləcək.
4. Qadınların ən pisi, ərinə kin bəsləyən,pis işləri görməyə qorxusu olmayan, özünü başqaları üçün bəzəyən, əri üçün özünü örtən və ərinin üzrünü qəbul etməyən şəxsdir.
5. Ərindən heç bir xeyir görmədim deyən qadının əməllərinin heç bir savabı yoxdur.
6. Qadın ərinə itaət etməlidir. Kişi üçün dünya və axirət yaxşılıqlarından biri budur ki, onun arvadı mömin olsun və ona baxmaq kişinin şad olmasına səbəb olsun və kişi evdə olmadıqda onun mal və abrını qorusun.
Nəticə budur ki, hilyətul- müttəqin kitabında qadın və kişinin əlaqələri barəsində gələnlər,qadının kişi qarşısında olan vəzifələrinə məxsus deyil. Əksinə o kitabda kişinin vəzifələri də açıqlanıbdır. Bundan əlavə, qeyd olunan sözlərin çoxu da, qadınların hüquqlarını yerinə yetirmək və onlara hörmət etmək barəsindədir.[3]
[1] - Baxın: Rum surəsi, ayə 21, Bəqərə surəsi, ayə 187, Nisa surəsi, ayə 32, Bəqərə surəsi, ayə 228 və Nəhcül- bəlağədə, Sübhi Saleh və əbduh- xütbə 216.
[2] - Baxın: Hilyətul- müttəqin, bab 4, Fəsl 1- 4 və 7.
[3] - Daha çox izah üçün baxın: Qadın və kişinin qarşılıqlı haqları, Mütəhhəri, Murtəza, İslamda qadının haqları, Misbah Yəzdi, Məhəmməd Təqi.