Sualın cavabı, fəlsəfədə olan üç məktəbin nəzəriyyəsini yəni Məşşa, işraq və hikməti mütəaliyə və həmçinin kəlami və irfani nəzəriyyəni açıqlamaqla, daha aydın olacaq. Alimlərin əsərlərində bu bəhsin tutumu, imkan, sübut, isbat və məadın cismani, ruhani ya hər iki formada necə baş verə biləcəyi bəhslərin hamısına şamildir. Bu cəhtdən cavabın əsas hissələrini aşağıdakı başlıqlar təşkil verir: a). Məadın mənası b).Məadın mümkünlüyü və baş verməsi c).İddia və təsvirlər. d).Məadın isbatı.
a).Belə mənalar: 1. Əsl vətənə qayıdış. 2. Həyatdan sonrakı ölüm və ölümdən sonrakı həyat. 3. Dünya kimi bir aləm yaratmaq və insanların hamısının cəm olması. 4. Ruhun mənbə və başlanğıca qayıtması. 5. Ruhun müşahidə aləmindən qeyb aləminə keçməsi. 6. Cüzi ruhların, ümumi ruhun ətrafında yığışması. 7. Qiyamət ya camaatın qəbirdən qalxması.
b).Əvvəlcə məadın mümkünlüyü, sonra isə onun baş verməsi isbat olmalıdır. Onun mümkünlüyü, dünyanın mövcudluğundan, dərk oluna bilər.
c). Filosof, arif və kəlam alimlərinin çoxu, cismani və ruhani məada etiqadlıdırlar, amma cismin necə qayıtmasında ixtilafları var. Belə ki, hər bir insanın xüsusi axirət və əqli bədəni, ya dünyadakı bədəni, ya bərzəxdəki bədəni və ya...qayıdacaq.
d). 1. Məadın Qurandan olan əqli dəlilləri bunlardır: Axirət dünyası, insanın təkamülə yetişməsi və ədalətin bərpa olması kimiolan dünya hədəflərini lazım tutur. Insanı ilk dəfə yaradan və dənəni yerdə göyərdən Allah, insanın məadına da qadirdir. 2. Onun əqli dəlilləri də, məsələn: Hər bir insanın ruhunun eyni olmasına görə, bədənin xüsusiyyətlərinin dəyişilməsi, məada zərərli deyil. Əqli xeyir və təkamüllər, ruhun bədənə bağlılığı vaxtı yaranmırlar. Məadın baş verməsiylə, belə təkamüllər ələ gələcək. Bədənin ölümü, ruhun digər bir aləmə üz tutmasına görədir. Bu da əbədi vətən və yerə qayıtmaq mənasındadır. İnsanın yaranması, onun daha kamil bir aləmə köçməsini lazım tutur. Ruhun mənbəyə qayıtması, "məad" kəlməsinin tələbidir. Ruhun mənbəyə olan məhəbbəti, cismə olan məhəbbətindən çoxdur. Onun ən yuxarı ləzzəti, həqiqətləri müşahidə etməkdir. Məad Allahın bəzi adlarının məsələn: Məid, muhyi, haşir, bais və sair. Təcəlli onunan teridir.
Fitri dəlilləri: Bütün üsul və firudin, o cümlədən məad, fitridir. Əbədiliyə olan meyl fitridir və məadla baş verəcək. İnsanın hədəfi, maddi, ləzzətlər deyil. Ölümdən qorxmaq və buna oxşar məsələlər, əbədi həyata olan meylin fitri olmasının əlamətidir.
Yuxarıdakı suala cavab vermək, bu bəhsi fəlsəfənin üç mühüm məktəbi (məşşa, işraq, hikmət- mütəaliyə) nəzərindən və kəlam və irfan nəzərindən bəhsi açıqlamaq formasında olub ki, dörd başlığın hər birinin aşağısında, mövzunun daha çox aydınlaşması üçün digərlərinin qeydlərini nəql etməklə, bəzən də mənbələrə əl tapmaq və onları araşdırmaq əndazəsinə əsasən, açıqlanır. Qeyd etmək lazımdır ki, İbn Sinanın əsərlərində yerinə yetirilmiş araşdırmalarla belə, məadın əqli isbatı barəsində ondan heç bir dəlil əldə olunmayıb. Baxmayaraq ki, o isbat etməyin təkcə yolunu şəriyol və nübüvvət xəbərini təsdiq etmək bilir və məadın əqli isbatına da ehtiyac görmür. Əlbəttə axirət aləminə aid digər sahələrdə öz nəzərini bildirmişdir. Kəlam alimlərinin və ariflərin nəzəri barəsində də, onların sözlərini müxtəsər nəql etməklə kifayətləndik.
İnsan cism və ruhdan tərkib almış varlıq olduğuna görə, onun o biri aləmə necə qayıtması, cismani və ruhani cəhətdən bəhs olunmur. Ümumiyyətlə məad barəsində olan hər bir bəhs, iki əsas hissəyə bölünə bilər: Məadın baş verməsi və zəruriliyi, və onun cismani (ruhla olan cism) ya ruhani olmasının necə baş verməsi.
Filosoflar, adətən ya birinci hissəyə o qədər də əhəmiyyət vermirlər və ya məadın necə baş verməsinə, məxsusən cismani cəhətdən, daha çox əhəmittət veriblər, baxmayaraq ki, hər iki formaya inanıblar, çünki, cismani məad daha çox mübahisəlidir. Deməli, bu cavabda məada aid məsələlər, dörd əsas başlanğıcdadır:
a). Məadın mənası (lüğət və termin cəhətindən)
1. Əsl vətənə qayıtmaq[1]
2. Həyatdan sonrakı ölüm və ölümdən sonrakı həyat.[2]
3. Dünya kimi digər bir aləmi yaratmaq və insanların əvvəlincidən axırıncıya kimi hamısını orda cəm etmək.[3]
4. Ruhun mənbəyə doğru qayıtması.[4]
5. Ruhun müşahidə aləmindən qeyb aləminə köçməsi.[5]
6. Cüzi ruhların, kulli ruha doğru hərəkəti.[6]
7. Qiyamət: Yəni axirət dünyasında, Allah insanların əməlləri barəsində hökm etdiyi və mələklərin sıra- sıra gəldiyi zaman, onların qəbirdən qalxması.[7]
Yuxarıdakı məsələlərdən ələ gələn nəticələrdən biri budur ki, məad məsələsində əsas şərt, o biri aləmə keçməkdir. Ona görə də ölüm, ruhun qalması, əbədiliyi və sair... ətrafında olan bəhslər, bu mövzudan xaricdir ya başqa sözlə gazırlıq bəhslərindəndir.
b). Məadın mümkünlüyü və baş verməsi.
Nə qədər ki, bir şeyin mümkünlüyü isbat olmayıb, onun barəsində bəhs etmək faydasızdır. Onun isbatı ya oxşar ya varlıqların mövcudluğundan isbat olur ya daha çox qüvvəyə ehtiyacı olan varlıqla. Başqa bir aləmi yaratmaq ya bu aləmə bənzəyir ya ondan asandır. Dünyanın hal- hazxırki, varlığı, dünyanın mümkünlüyünü çatdırır. Nəticədə, onun oxşarı yəni axirətin mümkün olmasıdır.[8] Bu zaman axirət aləminin və məadın olması barəsində bəhs etmək olar.
c). Məadın iddia və təsvirləri və onun necə baş verməsi.
Molla Sədra (rh)- nın dediyinə görə, filosof, arif, şiə alimləri və kəlam alimlərinin çoxu cismani və ruhani məadın hər ikisinə etiqadlıdırlar, belə ki, mücərrəd ruh bədənə qayıdır.[9] Onun özü də öz məzhəbini "həmin bədənin özünün ruhla birgə qayıtması" tanıtdırıb və onu əql və şərə uyğun bilir. Onunla müxalifətçiliyi küfr və Quranın buyurduqlarını inkar etmək elan edir.[10]
Məadda, vəfat etmiş müəyyən bir insanın bədəninin öz hissələri ilə brlikdə qayıtmasıdır. Belə ki, onu görən şəxs, dünyada yaşayan fulan şəxsdir, deyər.[11]
Molla Sədranın əsaslarına əsasən, insan eyni haldakı vahiddir, hiss, xəyal və əql aləminə malikdir. Əvvəlcə maddi və dünyəvidir. Öz hərəkəti ilə, insan ruhani və bərzəxi olur və onu davam etdirməklə, əqli və axirət varlığı olur. Hər üç bədən, güclü və zəif olan bir bədənin dərəcələridirlər. məsələn, uşaqlıqdan qocalana kimi, maddi rüsumların dəyişiklikləri. Çünki bədəni müəyyənlşdirən ruhdur və ruh vahiddir. Beləliklə, hər şəxsin axirətdəki bədəni, onun həmin dünyəvi bədəninin təkamülə yetişməsidir.[12]
Amma kəlam alimlərinin nəzərinə görə, hər bədənin pərakəndə və maddi hisssələrin cəm olmasıyla, cismin qayıtması baş verər.[13] Bu hissələr məxsus xüsusiyyətlər və xüsusi bir ruha malik olmalarına görədir. Ona görə də hər bədən Allahın onları tanıdığı öz hissələrindən yenidən yaranacaq. Bu mərhələdən sonra, bədən ruha qovuşacaq və dünyadakı həmin insan mövcud olacaq.[14]
İbn Sina cismani və ruhani məada etiqadlı olmaqla belə, cismani məada əqli dəlil gətirməyə özünü aciz bilib, öz əqidəsini şəriətdən götürmüşdür. Ruhani məadı isə, dəlil ilə isbat oluna bilən tanıtdırır.[15]
Şeyx İşraq, maddi bədənin ruhla birlikdə qalxması mənasında olan cismani məadı, qəbul etmir, əksinə bərzəx bədəninə etiqadlıdır.[16] Belə ki, ruh öz mənbəyinə aşiq olduğuna görə və pərakəndəlikdən azad olaraq, nur aləminə qayıdır.[17]
d). Məadın isbatı.
1- Qurandan götürülmüş bəzi əqli dəlillər.
Allah haqdır və batil iş yerinə yetirməz. Hədəfsiz dünya, batildir. Deməli hərəkətdə olan aləmin orda aram olması üçün, bir hədəfi var. o qiyamət aləmidir.
Həkim Allah, hikmət və ədalətin əksinə heç bir iş görməz. Dünyanın möminin fasiddən haqqını almağa ləyaqəti olmadığına görə, hamının öz əməllərinin cəzasına yetişməsi üçün, bir gün olmalıdır. Allahın rəhməti, bəşərin təkamülə yetişməsini lazım tutur, Bəşərin təkamülə yetişməsi və öz işinin nəticəsini əldə etməsi üçün, qiyamət olmalıdır.[18] İlk dəfə insanı və insanın maddəsini yaradan Allah, birinci insanı yenidən yaratmağa qadirdir.
Elə ki, dənə yerdə qərarlaşdı, su və torpaq onu əhatə etdi, ağıl nəzərindən çürüməlidir. Amma əksinə iki hissəyə bölünür: Onun yuxarısı tumurcuqlanır və aşağısından kökü yerin dərinliyinə gedir. Bu Allahın hərtərəfli hikmət və qüdrətini göstərir ki, məada da qadirdir.[19]
2- Bir neçə əqli dəlil.
Sədrül Mütəllihin və hikmət mütəaliyənin nəzəri.
O, əsfar məbdə və məad və şəfahidur- rububiyyə kitablarında, elə əsasları sayır ki, onların hamısı ya çoxu onun özünün fəlsəfəsinin nəticəsidirlər. Sonra cismani və ruhaniməadı elan edir. Buna əsasən ki, bədənin xüsisiyətlərinin dəyişilməsinə baxmayaraq, ruh qalır və bədənə şəxsiyyət verir. Ona görə də dünyadakı bədən və ruhun hər ikisi axirət aləmində məşhur olacaq.[20] Vücud xeyirdir. Ondan xəbvərdar olmaq, digər bir xeyir. Vücud nə qədər daha çox kamil olsa, bu xeyir də daha üstün və onun xoşbəxtçiliyi də daha böyükdür. Onun dərk etmələrindən ələ gələn ləzzət də, təsvir oluna bilməz. Çünki ağıl idrak, dərk etmə və dərk olunma cəhətdən, hissdən daha güclüdür. Amma bu xeyirlər ruhun bədənə bağlı olduğu zaman ələ gəlmir, bu mane aradan qalxandan sonra yaranır.[21] Elə ki, ruh elə bir dərəcəyə çata ki, onun bədənə olan bağlılığı azalıb və digər aləmə diqqəti çoxalsa, təbii ölümlə bədəndən ayrılar. Bu ayrılıq, ruhun bədəni saxlamağa gücü çatmamasına görə deyil, əksinə digər aləmə fitri diqqətinə görədir. Çünki, əgər belə olsaydı, yaranışın başlanğıcında, ruhun bədəni qorumaqda olan gücsüzlüyü daha çox idi.[22]
O insan ki, onun yaranışında bu qədər diqqət olub və Allaha yaxın mələk vasitəsilə, qırx gün onun zatı xəmir olubdur. Ağıl nəzərindən düz deyil ki, Allah onun həlak olmasına razı olsun, əksinə tələb edir ki, aşağı vəziyyətdən yuxarı vəziyyətə keçsin.[23]
Ruhun mənbəyə qayıtması, "Məad" sözündən ələ gəlir. Çünki qayıtmaq, yəni gəldiyi yerə qayıtmaqdır.[24]
Şeyx İşraq nəzərindən: Ruhun mənbəyə olan eşqi, öz cisminə olan eşqindən çoxdur. Nə qədər maddədən ayrı olsa, onun eşqi daha çox olacaq. Gər bədəni məğlub etsə, ölüm zamanı, bədən əsasa qayıdar. Ruh üçün təkamülü dərk etməkdən daha böyük heç bir ləzzət əldə edə bilməsə, cisimdən ayrılandan sonra, bütün həqiqətləri müşahidə edər və ilahi feyzlər ona yağar.[25]
Kəlam alimlərinin nəzəri.
Səmavi dinlər, vəzifə və hökümlər müqabilində. Savab və cəza vədəsi veriblər, amma ilahi ədalət dünyada tamamilə baş vermir. Deməli, bu hadisənin baş verməsini yerinə yetirə bilən digər bir aləm olmalıdır.[26]
Ariflərin nəzəriyyəsi
Allahın bütün ad və sifətləri ilə təcəllisi, ilahilik mənsəblərindəndir. Hər bir ad və sifət üçün, bir dövlət qərar verilibdir. Məid, muhi, haşir və sair kimi, adların təcəlli yeri, bütünlüklə təcəlli olmaq üçün axirət aləmidir.[27]
3- Bəzi fitri dəlillər.
Dinin bütün usul və furusu fitrətdən qaynaqlanmalıdır. Əks təqdirdə yaranış və qanunlar arasında həmahənglik olmayacaqdır.[28]
İnsanın hədəfi maddi ləzzətlər deyil, çünki onlara yetişməklə sönmür, əksinə fitrətən təkamülə doğrudur. Dünyada yaranışın dərəcələrini getməklə, axirətə üz tutur. Onun istedadları əməldə özünü göstərir və mənbəyə qayıdır.[29]
Əbədiliyə olan meyl, gər belə olmasayd, insanlar ölümdən qorxmazdılar. Fitri istəklərin hamısı, insanı təkamülə yetirmək üçündürlər və onların hikməti var. bu hikmət, digər bir aləmin olmasıdır.[30] Çünki dünya əbədi yaşamağa layiq deyil.[31] Ölümdən və tarix boyu öz nəticələrini aşkarlayan onun lazım tutduqlarından qorxu, əbədi qalmağa olan meylin fitri olmasını göstərir.
Mənbələr və müraciət oluna bilən mövzuların siyahısı:[32]
1. Misbah Yəzdi, Məhəmməd təqi, Əqayidin öyrənilməsi, İslami təbliğat idarəsi üçüncü çap, cild 3, səh 35- 51- 59- 67, Ağıl və Quran nəzərindən məadın isbatı.
2. Usulu əqaid (Məbdə və məad) Ümumi tərbiyə işləri idarəsi, Yay, 1363, səh 119- 131, Ağıl və Quran yolundan məadın isbatı.
3. 3. Əllamə Təbatəbayi, fəlsəfə əsasları və rializmin üslubu, şəhid, Mütəhhərinin izahatı, Sədra çapxanası, Üçüncü çap, cild 5, səh 211, Məada əqli bir dəlil.
4. Sübhani, Cəfər, Əl- ilahiyyat əla huda...dördüncü cild, səh 167, ta məadın vacibliyi və zəruriliyinin dəlilləri.
5. Qurbanı, Zeynul- Abidin, Əbədi cahana doğru, Qum, Təbatəbayi mətbuat müəssisəsi, Rəcəb 1385, səh 92- 111, məadın isbatı.
6. Əllamə Təbatəbayi, Əlmizan təfsiri, "Dəlilul- mizan fi təfsirilQuran, İlsay kəlantəri, Abbas tərcuman, Bəyan çapxanası, birinci çap"- dan istifadə etməklə ki, təfsirin ərəbi nüsxəsinə uyğundur.
7. Divani, Əmr, Əbədi həyat, (məad tanımaqlıq sahəsində araşdırma), səh 271- 275, Quranın məada dəlil gətirməsi.
8. Əbədiliyin sirri, Doktor Abbas Yəzdani, Zəncan, Məhdis çapxanası, birinci çap, səh 279- dan kitabın axırına kimi, Molla Sədranın cismani məada olan ərşi dəlili.
9. İlahi ədalət, Şəhid Mütəhhəri, İslami çapxana payız 1361, səh 183- 195, Ölüm bəhsi.
10. Məbdə və məad (əzəliyyət və əbədiyət) fəlsəfi və hikmi, Əli Allah verdixani, səh 97- 105- 112- 114.
11. Rəhimpur, Furuğus-[33] sadat, Məad İmam Xumeyni (rh)- nəzərindən, Tibyan, otuzuncu dəftər, imamın əsərlərini nəzm və nəşr edən müəssisə, birinci çap.
12. Əbdür- rəzzaqi, Zəhra, məad Əllamə Seyyid Əbül- həsən Rəfii Qəzviniin nəzərindən, səh 25- 82, məad barəsində müxtəlif nəzər və dəlillər.
13. Tehrani, seyyid Məhəmməd Hüseyn, məad tanıma, məşhəd, əllamə Təbatəbayi çapxanası, yeddinci çap, cild 1, səh 81- 83, İbn Sina və Molla Sədranın insan ruhunun sonradan yaranması barəsində olan ki, onun qayıtmasına da işarə edir, nəzəriyyəsi, cild 5.
14. Məad ya Allaha doğru qayıtmaq, Məhəmməd Şücayi, intişar payının iştirakı, payız 62, bu sahədə kitabın hamısı istifadə oluna bilər.
15. Məkarim Şirazi, Nasir, Mərifətul- məad, məada maraqlı əqli və Qurani dəlillər.
16. İslam dünya görüşünə müqəddimə, Şəhid Mütəhhəri, Qum, Şədra çapxanası, Bita, Əbədi həyat ya axirət həyatı məqaləsi, səh 508- dən kitabın axırınadək.
[1] - Rəbbani, Məhəmməd Rza, Rəbbani məad, Keyhan müəssisəsi, birinci çap, səh g14
[2] - Allah verdixani, Əli, Məbdə və məad (Əzəliyyət və əbədiyyət) fəlsəfi və hiki, Astane qodse rəzəvi, ikinci çap, səh 97
[3] - Müğənniyə, Məhəmməd Cavad məbdə və məad fəlsəfi, lətif Raşidi, Əmir çapxanası, birinci çap, səh 157
[4] - Sədrul- mütəllihin, Əl- məbdə vəl məad, seyyid Cəlaləddin Aştiyani, İslami təbliğat idarəsi, ikinci çap, səh 528
[5] - İbrahimi Diani, Qulam Hüseyn, Söhrəvərdi fəlsəfəsində düşüncə və müşahidənin şüası, hikmət çapxanası, dördüncü çap, səh 529
[6] - Mühyiddin ibn Ərəbi, əl- futuhatul-məkkiyyə, Beyrut. Sadir evi, bita, birinci cild, səh 311
[7] - Mühyiddin ibn ərəbi, əl- futuhatul məkkiyyə, beyrut, Sadir evi, bita, birinci cild, səh 307
[8] - Məbdə və məad fəlsəfəsi, səh 8- 156
[9] - Əl- məbdə vəl- məad, səh 9- 488
[10] - Əl məbdə vəl- məad, səh 490
[11] - Əl- məbdə vəl- məad, səh 490
[12] - Divani, Əmir, Əbədi həyat, islami maarif dərsləri və müəllimlər mavinliyiçapxanası, birinci çap, səh 251
[13] - Divani, Əmir, Əbədi həyat, islami maarif dərsləri və müəllimlər mavinliyiçapxanası, birinci çap, səh 251
[14] - Rəbbani məad, səh 156
[15] - İbn Sina, Nicat, Məhəmmət Təqi Daneşpejuh, Tehran univeristeti çapxanası, 1364, səh 682
[16] - Əbdür- rəzzaqi, Zəhra, məad Əllamə Rəfii Qəzvininin nəzərindən, qəzvin, Taha çapxanası, birinci çap, səh 63
[17] - Düşüncə və ...şüası, səh 519
[18] - Cavadi Amili, məadın yadı, Rəca mədəni nəşri, üçüncü çap, səh 108
[19] - Əl- məbdə vəl- məad, səh 534
[20] - Aştiyani Cəlaləddin, Əl-əsfarul- ərbəə, Beyrut, Dor ehtiyat- turasil- ərəbi, dördüncü çap, cild 9, səh 97- 185 və Şəvahidur- rububiyyə İniversitet nəşri mərkəzi, ikinci çap, səh 66- 261, və Əl- məbdə vəl- məad, səh 437- 510
[21] - Əsfar, cild 9, səh 121- 123
[22] - Əl- məbdə vəl- məad, səh 527
[23] - Əl- məbdə vəl- məad, səh 526- 527
[24] - Əl məbdə vəl- məad, səh 528
[25] - Səccadi, seyyid Cəfər, Hikmətul- işraqın tərcüməsi, Tehran unversitetininçapxanası, bəhmən, 67, səh 368- 370
[26] - Məad Əllamə Qəzvinininnəzərindən, səh 45
[27] - Rəbbani məad, səh 127
[28] - Məkarim Şirazi, Nasir, Mərifətul- məad, Tehran,Besət fondi, birinci çap, səh 25
[29] - Sübhani, Cəfər, Əl- ilahiyyat əla hudəl- kitabi vəl- əql, İmam sadiq (ə) müəsisəsi, dördüncü çap, səh 7- 176
[30] - Mərifətul- məad, səh 26
[31] - Rəbbani məad, səh 129
[32] - Tam xüsusiyyətilə qeyd olunmayan əsərlər, mətnin izahatında gəlibdir.