« صراط علی حق نمسکه »
Müqəttiə hərfləri o hərflərdir ki, bəzi surələrin əvvəlində gəlir və müstəqil mənaları yoxdur. Bu hərflərin təfsirində müxtəlif nəzərlər və rəylər deyilibdir ki, ən doğru nəzər budur ki, bu hərflər rəmzdirlər Peyğəmbər və övliyalar ondan xəbərdardırlar.
«صراط علی حق نمسکه»
Cümləsi bəzi mühəqqiqlərin sözüdür və rəvayətlərdə kökü yoxdur.
Quranın surələrindən 29 surənin əvvəlində əlifba hərflərindən bir ya neçə hərif vardır ki, cəmi 78 hərfdir ki, təkrarları saymaq 14 hərf olur; yəni 28 heca hərflərinin yarısıdır. Bu həriflərə "Müqəttə hərfləri" ya "Nurani hərflər" deyilir.
Müqəttə hərfləri barəsində müxtəlif nəzərlər deyilibdir ki, onlardan bəzilərinə işarə edirik:
1. Bu hərflər buna işarədir ki, bu səmavi kitab ərəb və qeyri ərəb natiqlərinin hamısını heyran qoyan və alimləri aciz edən əhəmiyyəti və əzəmətiylə, həmin "əlifba" hərflərindən və hamının ixtiyarında olan adi kəlmələrdən təşkil tapıbdır.
2. Müqəttiə hərfləri Quranın mütəşabehlərdəndir ki, həll olunası deyil və mütləq qaranlıq məsələlərdəndir və ona elmi yolu xalq üçün tamamiylə bağlıdır.
3. Bu hərflər sadə hərflərdir ki, və səs xüsusiyyətindən başqa heç bir mənası rəmzi və işarəsi yoxdur. Bu hərflərin surələrin əvvəlində gətirilməsinin hikməti səslər və sözlər məhdudəsindən təcavüz etmir. Bu hərflərin səsləri o dövrdə Quran oxunarkən insanların diqqətinin cəlb olmasına səbəb olub ki, Qurana qulaq assınlar; çünki düşmənlər səs küy yaradırdılar ki, Quranın səsi ərəb yoldan keçənlərinin qulağına yetişməsin.
4. Bu hərflər bunun əlamətidir ki, surənin əvvəlində gələn hərflər o surənin kəlmələrində daha çox işlənibdir və bir möcüzədir. Bədruddin Zərkeşi deyir: bu hərflərin dəqiq sirlərindən biri odur ki, hər surənin kəlmələri daha çox onun əvvəlində gələn hərflərdən təşkil tapıbdır; məsələn " ق" hərfi " ق" və " حم عسق" surələrinin hər birində 57 dəfə təkrar olubdur və bu surənin başqa hərflərinə nisbət daha çoxdur. "شمس"، "قیامت"، " فلق" surələrindən başqa. Bir Misirli alim bu nəzərin əsasında kampyuter vasitəsiylə qaranlıq bir hesablama edib, və nəticə alıbdır ki, bu hərflər o surənin kəlmələrindən çox işlənibdir və bu bir möcüzədir.
5. Bu hərflər onu içmək məqsədiylə işləniblər. Bu hərflərlə onu içməyin səbəbi budur ki, bütün dillərdə cümlənin (sözün) əsli bu hərflərin əsasındadır.
6. Bu hərflərlə əlaqədar surələrin məzmunu arasında əlaqə vardır; çünki oxşar müqəttiə hərflərlə başlayan surələrdə diqqət edərkən görürük ki, bu surələr məzmun cəhətdən bir- birlərinə oxşardırlar.[1]
7. Bəziləri müqəttəə hərflərini ixtisar əlaməti və Allahın gözəl adlarından birinə işarə bilirlər, bəziləri də Peyğəmbər əkrəmin (s) adına rəmzi işarə bilirlər, Allahın mübarək adlarından hər biri neçə hərfdən təşkil tapıbdır və hər addan bir hərf seçilib birləşmədən bəzi surələrin əvvəlində oxunur. Cübeyriyə Süfyani Suridən rəvayət edibdir ki: Cəfər ibni Muhəmməd ibni Əliyyibnil Hüseyn (ə)-a ərz oldu: Ey Allahın Rəsulunun oğlu uca Allah kitabından bu kəlmələrin " الم" və.. mənasını buyurun?
İmam Sadiq (ə) buyurdu: Bəqərə surəsinin əvvəlindəki " الم " ın mənası " انا الله الملک " mənasınadır. Amma Ali imran surəsinin əvvəlindəki " الم" mənası " انا الله المجید" dır və...
8. Bu hərflər Allahın ismi əəzəminin hissələridir.
9. Bu hərflər surələrin ayələrinin sayına işarə olunubdur.
Hər surənin müqəttəə hərfləri həmin surənin adıdır, necə ki, "یس"، "طه"، "ص" surəsinin hər biri müqəttiə hərflərinin adıyla adlanmışdır.
10. Bu hərflərin İslam ümmətinin qalma müddətinə işarəsi vardır.
11. Bu hərflər surələr arasında sərhəd təyin etmək üçündür, qabaqkı surənin qurtarmasın və sonrakı surənin başlanmasın bildirir.
12. Bu hərflər surənin məzmunun xülasə şəkildə çatdırır.
13. Bu hərflər o kəslərin adlarına işarədir ki, Quranın nüsxələrindən ixtiyarlarında olub, məsələn (s) Səid ibn Əbu Vəqqasın adına işarədir.[2]
14. Bu hərflər Allahla Rəsulunun arasında olan rəmzlərdir ki, bir kəsin ondan məlumatı yoxdur, bu mühəqqiqlərin muxtar rəyidir.[3]
İmam Sadiq (ə) buyurdu: " الم" Allahla onun həbibi Muhəmməd (s) rəmzi və bir işarədir, istəyib ki, ondan başqa heç bir kəs ona agah olmasın, onu hərflər şəklinə salıb ki, əğyarın gözündən uzaq saxlayıb və təkcə dostuna aşkar etsin.[4]
Müqəttəə hərflərini bir- birinin kənarına düzəndə, müxtəlif kəlmələr və nəzər əhli öz etiqadlarına, zövqlərinə və səliqələrinə diqqət edib bu hərflərdən istifadə edərək istədikləri mətləbləri deyiblər. Məsələn: Bədruddin Zərkeşi deyib: Bu hərflərin tərkibindən bu cümləni düzəltmək olur.
«نص حکیم قاطع له سر»
Feyzi Kaşani (rəh) «صراط علی حق نمسکه» yəni (həzrəti Əlinin yolu pak yoldur ona yapışışırıq) cümləsini istifadə edibdir[5] və... amma bu cümlələrin heç birinin rəvayətlərdə kökü və mənbəyi yoxdur.