Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam Sadiq (ə) buyurur: O vaxt ki, (fəqih) bizim hökümlərimiz əsasında hökm edir və hər kəs ondan itaət etməzsə Allahın hökmünə əməl etməmiş və bizimlə müxalifət etmişdir. Bizimlə müxalifət etmək, Allahla müxalifət etməkdir ki, şirk (Allaha şərik qoşmaq) sayılır.
Məsum və ismət hər növ səhv və günahdan uzaq olmaq deməkdir. İsmətin həyata keçməsi Allahın insana olan lütfüdür. Amma o demək deyildir ki, insanda olan qüdrət məsumdan alınmışdır və günah işə qovuşmağa qüdrəti yoxdur və yaxud onun vücudunda çatışmamazlıq vardır və heç bir şəhvət və qəzəb qüvvəsi onda yoxdur. Bəlkə ismətin insanda olması Allahın ona bağışladığı bir varlıqdır.
Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən ismət yalnız on dörd nəfərə, Peyğəmbər (s), həzrət Zəhra (s) və on iki imama (ə) məxsus olduğu bildirilmişdir. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında sayılmır.
İndi isə sualla qarşılaşırıq ki, əgər vəliyi- fəqih məsum deyildirsə nə üçün ondan itaət etməliyik? Bu suala cavab vermək üçün bilməliyik ki, hökumət təşkil vermək Peyğəmbər (s) və məsum imamların (ə) dövrünə məxsus deyildir; bəlkə hər bir dövürdə müsəlmanlara lazımdır ki, hökumət təşkil verib öz ictimai yaşayışlarını ən gözəl şəkildə idarə etsinlər.
Şübhəsiz ki, hökumətin təşkil olunması üçün hər bir insan bilir ki, rəhbərliyi elə bir şəxsə vermək lazımdır ki, təqvalı, imanlı, müdüriyyəti bacaran və ... olsun.
Hökumətin təşkil olunmasını Qurani- kərimin ayələri və hədislər əsasında, o cür ki, insanlara sifariş olunmuşdur əldə edə bilərsiniz. O cümlədən ayələr: Ali- İmran surəsi, ayə 104, Hücurat və Ənfal surələri ayə 60, Maidə surəsi, ayə 33 və 38 və... O zaman ki, hökumət təşkil oldu Quran ayələri əsasında əməl edin o cür ki, buyurur: Ey o şəxslər ki, iman gətirmisiniz! Allahdan itaət edin! Və Allahın Peyğəmbəri və ulul- əmr (Peyğəmbərin vəsilərindən) itaət edin.[1] Peyğəmbərdən sonra onun vəsilərindən itaət etmək lazımdır. Təfsir alimlərinin sözlərinə əsasən (ulul- əmr)- in mənası odur ki, Peyğəmbərdən sonra Əmirəl möminindən (ə) və ondan sonrakı imamlardan (ə) itaət etmək lazımdır. Amma imamın qeybəti dövründə ölkəni idarə etmək üçün vəliyi fəqihdən itaət etmək lazımdır. Bunun üçündə İmam Zamanın (ə) qeybəti dövründə bizim vəzifəmiz budur ki, hökumət təşkil vermək və vəzifəmiz budur ki, vəliyi fəqihdən itaət edək.
İmam Sadiq (ə) buyurur: O vaxt ki, (fəqih) bizim hökmlərimiz əsasında hökm edir və hər kəs ondan itaət etməzsə Allahın hökmünə əməl etməmiş və bizimlə müxalifət etmişdir, bizimlə müxalifət etmək, Allahla müxalifət etməkdir ki, şirk (Allaha şərik qoşmaq) sayılır.[2]
Başqa bir sual ki, mümkündür zehnlərdə yaransın budur ki, əgər vəliyi- fəqih dövlətin idarə işlərində hər- hansı bir səhvə yol verərsə nə etmək lazımdır?
Cavab veririk ki, bir rəhbər üçün nəzərdə tutulan şəraitlərə nəzər salaraq, bunun kimi 1. Təqvalı, mömin və ədalətli olsun. 2. İslamı tanıyan və öz zamanında olan məsələlərdən məlumatlı olsun. 3. İdarə işlərini həyata keçirməyə qüdrəti olsun. 4. Dini rəhbər çirkin sifətlərdən misal üçün: Həris, paxıl, tamah, dünya sevər və... uzaq olmalıdır.
Bu məsuliyyət o qədər ağırdır ki, hər bir şəxs onun öhdəsindən gələ bilmir; yalnız o şəxs ki, özünü öz daxilindən hazırlayıb və özüylə Allah arasında olan rabitəni ən yüksək dərəcəyə çatdırsın və bu cür çətin məsuliyyəti öhdəsinə götürsün. Bunun üçün də bu cür məsuliyyəti elə bir şəxs öz öhdəsinə götürə bilər ki, ismət və məsumluq əhatəsinə daha yaxın olsun.
Əmirəl möminin Əli (ə) buyurur: Siz təcrübə edərək bilirsiniz o şəxs ki, hakimiyyət rəhbərliyini insanların namus və qanı bahasına ələ keçirirsə, buna layiq deyildir və yaxud İslamın hökümlərini və müsəlmanların rəhbərliyini ələ alır, amma paxıl və ya insanların malına tamah gözü dikmişdir. Cahil və nadan olmamalıdır, belə olduqda insanları cahillik və nadanlığa dəvət edəcəkdir; əxlaqsız olmamalıdır belə olduqda insanları özündən uzaqlaşdırmağa səbəb olacaqdır. Qüdrətli olan dövlətlərdən qorxmamalıdır çünki bir dəstəylə bir araya gəlib başqalarından ayrı düşəcəkdir. Rüşvət alan olmasın, çünki insanların haqqını hədər edib şəriət hökmlərini lazım olduğu kimi açıqlamayacaq.
Allahın Peyğəmbərinin yolun tətil etmək olmaz çünki insanları zülmətə çəkməyə səbəb olur.[3]
Bunun üçün də, İslam və din qanunları çərçivəsində vəliyi- fəqihin səhvə yol verilməsinə çox az bir həddə ehtimal verilməsi mümkündür və bu cür rəhbərlik özünə məxsus xüsusiyyətiylə heç bir zaman böyük və aşkar səhvin baş verməsi gözlənilmir.