İnsanı və İslami əxlaqı qorumaq və dini göstərişlərə əməl etmək, habelə dini dəyərləri qoruyub saxlamaq dünya həyatının xoşbəxtçiliyində bir başa təsirlidir. Bunlara riayət etmək xəbis, səviyyəsis və heyvani yaşayışı, pak və bərəkətli həyata çevirir. Dini göstərişlərə doğru, xorafatsız, ifratsız və təfritsiz əməl edən insan öz yaşayışından çox ləzzət alır. Buna görə Allahın imtahan etdiyi məsələlərdən biri ki, bir çox rəvayət dəlalət edir, imanı qorumaq və məzhəb əqidələri saxlamaqdır.
Bu dəyərləri qorumağın yollarından biri dini hökmlərə bağlanmaq, din və ictimai cəhətdən azğın fikirlərin qarşısında müqavimət etmək, habelə dünyanın zər- zinətinə etinasız olmaqdır. Dini vəzifələrə kamil şəkildə bağlanıb məsuliyyətləri yerinə yetirmək və təqvalı alimlərdən itaət etmək, (çünki dini hökmlərin bəyanı, xalqın hidayəti və İslam dəyərlərini qorumaq, habelə İslam məktəbindən müdafiə etmək təqvalı alimlərin öhdəsinə qoyulubdur). Bu cür mühitlərdə əxlaqın ziddinə olan işlərin pis nəticələri haqqında mütaliə edib və onlara diqqət etmək.
Allah və Peyğəmbər (s) Məsum İmamlarla (ə) əlaqə yaratmaq, habelə dua və xalis ibadətə və... əhəmiyyət verməyin fəsadla və biganə mədəniyyətlərlə mübarizədə, insan imanın və əxlaqının qorunmasında, mühüm rolu vardır.ش
Dinin hökmləri və göstərişləri insanın takəmülü və səadəti üçün bizə vacib olubdur. İslami və dini əxlaqi qorumağın və dini göstərişlərə əməl etməyin, habelə dini dəyərləri qorumağın, insanın dünya səadətinə yetişməyində bir başa rolu vardır. Bunlara riayət etmək xəbis, səviyyəsiz və heyvani yaşayışı, pak və bərəkətli həyata çevirir.
Dini göstərişlərə doğru şəkildə, xorafatsız, ifrat və təfritsiz əməl edən insan öz yaşayışından çox ləzzət alır.
Digər tərəfdən əgər insan bu qanunlara əməl etməsə, təkcə özünü onların maddi və mənəvi bərəkətlərindən və nəticələrindən məhrum edibdir. Belə bir insan təkcə özünə zərər vurur, əks halda dinə və Allaha heç bir zərər dəymir.
Buna əsasən bu bərəkət və nəticələrdən məhrum olmamaqçın imanımızı qorumalıyıq. Kamil şəkildə dinin göstərişlərinə bağlanmalıyıq məxsusən günahdan dolu olan mühitlərdə yaşamağa məcbur olsaq.
Qeybət dövründə mühüm xəbərdarlıqlardan biri din və dini dəyərləri qorumaqdır. Belə bir halda insan əqidə və fikir azadlığına düçar olmur. Habelə dünya zinətlərinə etinasız olur.
Əziz Peyğəbmər (s) bu dövrün möminləri haqqında buyurur: Onlardan hər biri (qeybət dövrünün həqiqi möminləri) öz dinlərini və əqidələrini hər çətinliyə qatlanıb qoruyarlar. Necə ki, tikanlı ağacları gecənin qaranlığında əl ilə qabığın soyarlar, ya güclü (alovlu) odu əldə saxlayarlar.[1]
Həzrəti Əli (ə) həqiqi möminlərin vəsfində buyurur: Əsr İmamının (ə) qeybətindən sonra camaat çox çətin heyrətə və avaralığa düçar olarlar:
Bir dəstə azğın olar və başqa bir dəstə bütün çətinliklərə rəğmən hidayətlərində sabit qalarlar.[2]
İnsanın şəxsiyyətinin aradan getməsinə səbəb olan amillərdən biri günah etməkdir. Allahın göstərişlərini ayaq altına salan və şeytani nənsdən itaət edən kəs həqiqətdə şeytanı mehriban Allahdan üstün tutubdur. Belə bir şəxs özü öz əliylə Allah yanında öz dəyərini alçaldıbdır. Bir halda ki, əgər insan Allah dərgahında olan öz uca məqamını dərk etsə heç vaxt özünü ucuz satmayacaq.
Bunu bilmək lazımdır ki, günahların qarşısında müqavimət göstərmək imanın möhkəm olmasının əlamətidir. Çirkin mühitdə və şəraitdə iman qorumaq üçün çox çalışmaq lazımdır.
Məxsusən cavanlıqdakı çoxlu və müxtəlif günah şəraiti insanda cəmləşir. Əlbəttə necə ki, cavan günah etmək üçün yüksək patensiyala sahibdir, digər tərəfdən sağlam həyat qurmaq və günahla mübarizə etmək üçün çoxlu iradəyə, ümidə və təravətə malikdir.
Bu cəhətdən Allahın inayəti və öz çalışmalarızla şeytan və günahla mübarizədə qalib gəlmək olar.
Bu məqsəd üçün aşağıdakı nöqtələrə diqqət etmək lazımdır:
A: O cəhətdən ki, cavanlıq dövründə günah şəraiti hazırdır: Günah şəraitini aradanqaldırmağa və yaxud azaltmaqla çalışmaq lazımdır. Bu kimi şəraitlər xəlvətdə qalmaq, ya naməhrəmlə zarafat, evdə ya iş yerində təl olmaq, şəhvət qaldıran filmlərə və səhnələrə baxmaq, dəniz hövuz və... kimi günah məkanlarında olmaq.
B: İradəni gücləndirmək: İnsanın iradəsi nə qədər güclü olarsa, günah qarşısında daha müqavimətli olacaq.
C: Yaşayışda günahın nəticələrinə diqqət etmək. Bu cür mühitlərdə məhəbbətin aradan getməsi, ailələrin dağılması, ata- anaya və müəllimə ehtiramsızlıq və... kimi əxlaqın ziddinə olan işlərin baş verməsinin pis nəticələrinə diqqət etməyin imanın qorunmasında mühüm rolu ola bilər.
Əziz Peyğəbmər (s) buyurur: "Günahlar qarşısında btəqvalı olun, çünki günahlar xeyirləri (yaxşılıqlar məhv edir, bəndə günah edərkən qabaqkı elmini və məlumatını unudur".[3]
D: İmam Zamanın (ə) huzuruna və onun qeybət dövründə möminlərin əhvalatından agah olmasına diqqət etmək.
H: Təqvalı alimlərlə əlaqə saxlayıb və onlardan tabeçilik etmək.
İmamın (ə) qeybət dövründəki insanlar üçün dini vəzifələrini təyin etmək asan deyil, dini hpkmlərin bəyanı, xalqın hidayəti və İslam məktəbindən müdafiə etmək məsuliyyəti təqvalı alimlərin öhdəsinə qoyulubdur.
Onlar dinin əsl mənbələrindən yəni Quran və sünnətdən istifadə etməklə xalqın dini ehtiyaclarını cavablandırırlar.
İmam Hadi (ə) buyurub: Əgər o alimlər olmasaydılar ki, xalqı ona tərəf dəvət edirlər və ona tərəf yol göstərirlər və möhkəm arqumentlərlə dindən müdafiə edirlər, çarəsiz və avam bəndələri iblisin və onun tabeçilərinin habelə Əhli- beytin (ə) torlarından xilas edirlər, hər kəs Allah dinində qalmazdı. Amma din alimləri aciz şiələrin titrək qəlblərini gəmiçi kimi sükanın qoruduğu kimi qoruyurlar. Bu dəstə alimlər Allah yanında uca məqama və fəzilətə sahibdirlər.[4]
Qeybət dövründə xalqın fikir və əqidəsinin sağlamlığının qorunmasının əsl şərti, təqvalı alimlərdən tabeçilik etməkdir.
Bu barədə İmam Zamandan (ə) sual olunanda ki, sizin qeybət dövrünüzdə hansı kəslərə müraciət edək və qarşıya çıxan hadisələrdə kimlərdən vəzifəmizi soruşaq, hansı sinifin göstərişlərini hidayət vəsiləmiz edək. O həzrət buyurub: Sizin üçün qarşıya çıxan hadisələrdə hədislərin ravilərinə ( şəraitə sahib olan fəqihlər) müraciət edin, çünki onlar sizə bizim höccətlərmizdirlər, məndə Allahın höccətiyəm.[5]
Bu minvalla İman və əqidəni qorumaq üçün xalqın vəzifəsi budur ki, qeybət dövründə təqvalı alimlərə və şəraitə sahib olan fəqihlərə müraciət edib dini məlumatları onlardan öyrənsinlər. Həyatlarının bütün gedişatını dini təlimlərlə hərrəng etsinlər. Aydındır ki, əgər camaat vəzəfələrini yerinə yetirməkdə səhlənkarlıq etməsələr nə inki qeybət dövrünün fitnələri, düşmənlərin giylələri və yalançı dinşünasların iddiaları onların dinlərinə və etiqadlarına zərər vurmayacaq, bəlkə onların dini çərçivədə əməllərə günbə- gün həzrəti Məhdininin (əc) zühurunun və bütün dünyada İlahi hökmlərin hakimiyyətinin şəraitin hazırlayacaqlar.[6] İnşaallah.
[1] - Bəharul- ənvar, cild 52, səh 124.
[2] - Kitabul- ğeybət, səh 104.
[3] - Mizanul- hikmə, cild 3, səh 465, p 6633; Bəharul- ənvar, cild 70, səh 377.
[4] - Bəharul- ənvar, cild 2, səh 6.
[5] - Ehticac, cild 2, səh 469.
[6] - Müraciət edin: Seyyid Sadiq Seyyid Nəxsad, Qeybət dövründə dindarlıq, didari aşena aban 1381, say 29.