«اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ وَ عَلى اَوْلادِ الْحُسَیْنِ عَلى اَصْحابِ الْحُسَیْنِ»
Əli ibnil Hüseyn kimdir? Əli Əkbər ya İmam Səccad? Xahiş edirik sübutunuzu deyin. Məqsədim kim olduğunu göstərən əlamətlər varmı?
Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin qeyri- məşhur digər Aşura ziyarəti, varis ziyarəti və İmam Hüseyn (ə)- ın mütləq ziyarəti ki, Əli ibnil- Hüseyndən sonra şəhid ləqəbi var, inanmaq olar ki, "Əssəlamu ələl- Hüseyn və əla Əliyyibnil- Hüseyn" də Əli ibnil- Hüseyndən məqsəd, Aşura günü Kərbəlada şəhid olan həmin Əli Əkbərdir.
Bir neçə məsələyə diqqət etmək, cavaba əl tapmaqda bizə kömək edə bilər:
A). Rəvayət, ziyarətnamə, pak İmamlara (ə) salavat, İmamlar (ə)- a təvəssül duasında İmam Zeynul- abidin (ə) Əli ibnil Hüseyn adı ilə yad olunubdur.
Məsələn:
«السلام علی علیّ بن الحسین (زیارت امام حسین در روز عرفه)؛ اللهم صلّ علی علیّ بن الحسین (صلوات بر حجج طاهره(ع))؛ السلام علیک یا مولای یا ابا محمد علی بن الحسین (زیارت جامعه)؛ یا اباالحسن یا علی بن الحسین (دعای توسل به ائمه).»
Əssəlamu əla Əliyyibnil Hüseyn (Ərəfə günündə İmamHüseynin ziyarəti): Allahummə səlli əla Əliyyibnil Hüseyn ) pak İmamlar (ə)- a salavat): Əssəlamu ələykə ya məvlayə ya Əba Məhəmməd Əli ibnil Hüseyn
(Camiə ziyarəti): Ya Əbəl- Həsən ya Əliyyəbnəl- Hüseyn (İmamlara təvəssül duası).
B). Həzrət Əli Əkbərdən qalan rəcəznamə və ziyarətnamələrdə, o həzrət belə yad olunubdur:
«السلام علی علیّ بن الحسین الشهید (زیارت وارث) السلام علی علیّ بن الحسین الشهید (زیارت عاشورای غیر معروفه)؛ السلام علیک یابن الحسین الشهید»
Əssəlamu əla Əliyyibnil- Hüseyniş- şəhid (varis ziyarəti) Əssəlamu əla Əliyyibnil- Hüseyniş- şəhid (qeyri məşhur Aşura ziyarəti). Əssəlamu ələykə yəbnəl- Hüseyniş- şəhid (İmam Hüseynin mütləq ziyarəti)[1] O həzrətin rəcəznaməsində gəlibdir:
« انا علیّ بن الحسین بن علی نحن و بیت الله اولی بالنبی »
Ənə Əliyyibnil- Hüseyn ibni Əli, Nəhnu və bəytullahi əvla bin- nəbiyy.[2]
C). "Əli ibnil- Hüseyn" ziyarətnamə, təvəssül, salavat, rəcəznamə və rəvayətlərdə İmam Zeynəl- abidin və Əli Əkbər (ə) üçün müştərək ad olsa da, amma Aşuradakı sübutlara əsasən, Aşura ziyarətnaməsində Əli ibnil Hüseyndən məqsəd, Əli Əkbərdir:
1. İmam Məhəmməd Baqir (ə)- dan rəvayət olubdur: Məhərrəmin onuncu günü Kərbəlada olanlar vəo gün Kərbəlada ola bilməyən şəxslər, səhra ya evin üstündə Kərbəla yerinə işarə edərək, Aşura ziyarəti oxusunlar.[3]
2. Gördüyünüz kimi qeyri məşhur Aşura ziyarəti, varis ziyarəti və İmam hüseyn (ə)- ın mütləq ziyarətində, Əli ibnil Hüseyndən sonra şəhid ləqəbi gəlibdir. Bu ləqəb İmam Zeynəl- abidin (ə) üçün ziyarətnamə, təvəssül və ... gəlməyibdir.
3. Bu ziyarət öldürülənlərə məxsusdur. Ona görə də, heç kəs bu ziyarətnamədə qeyd olunan Əli ibnil Hüseynin İmam Zeynəl- abidin olmasını ehtimal verməmişdir. Bu iddiaya sübut, ərbəin ziyarətində Cabir ibn Əbdüllahın əshaba xitab edərək dediyi cümlədir:
«السلام على الارواح المنیخة بقبر أبی عبد اللّه»
"Əssəlamu ələl- ərvahil- munixə biqəbri əbi Əbdillah".[4] Ona görə də bu üç sübuta, Əli- ibnil Hüseyndən məqsəd, Kərbəlada şəhid olan Əli Əkbərin olmasına əmin olmaq olar.