1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması.
2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin çox gəlməsinə və bədənin gözəlləşməsinə bais olur. Qədr gecəsi də günahların bağışlanması və raz- niyaz günü olduğu üçün belə bəzənmə ilə uyğunlaşmır. Həmçinin insanı Allaha yaxınlaşmaqdan və onun zəhmətini qazanmaqdan məhrum iolur.
Əllamə Təba- təbai təfsir Əl mizan kitabında, mərhum Ayətullah Təbərisinin məcməul bəyan[1] təfsirindən qədr gecəsinin bərəkəti barəsində ibni Abbasdan hədis nəql etmişdir. Hədisdə deyilir: "Allahın Rəsulu buyurdu: Qədr gecəsində "sidrətül muntəha"nın[2] mələkləri nazil olarlar. O cümlədən Cəbraildə onlarla birlikdə enər. Onun əlində bayraqlar vardır. Onlardan birini mənim qəbrimə, birini beytul- müqəddəsə, birini Məscidül- hərama və birini də Turi- sina dağının başına sancallar. O gecə Cəbrail (ə) bütün mömin və möminlərə salam verər. Amma o kəslər ki, şərab içsə, donuz əti yesə və bədəninə zəfəran sürtsə bu salam onlara şamil olmaz.[3]
Bu hədisi başa düşmək üçün aşağıdakı mətləblərə diqqət yetirmək lazımdır:
1)- Hədis bədənə zəfəran sürtmək qadağan edilməmişdir. Həmçinin günahların bağışlanmamasına da işarə olunmamışdır. Amma hər kəs bədəninə qədr gecəsi zəfəran sürtsə Allahın xüsusi rəhməti və bərəkəti olan Cəbrailin (ə) salamı ona şamil olmayacaqdır. Çünki, rəhmət bəxş edənlə onu qəbul edənin arasında uzlaşmaya ehtiyac vardır. Əgər İlahi tərəfdən rəhmət şamil olarsa və bəndənin o rəhməti qəbul etməyə şəraiti (ləyaqəti) olmazsa ilahi feyz baş tutmamış olur. bədənə zəfəran sürtmək də ilahi feyzin insana şamil olmamasına səbəb olur.
2)- Zəfəranın əsas üç xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və zinət yağı.[4]
Hədisdə qadağan olunan zəfərandan zinət yağı (gözəl iyi və rəngi vardır) kimi istifadə olunmasıdır. Yəni qədr gecəsində zəfərandan ədviya və ya dərman kimi istifadə etməyin heç bir eybi yoxdur. Çünki hədisdə zəfərandan yağ və ətir[5] kimi çox istifadə etmək[6] (belə ki, insanın bədənindən aşağı axsın)[7] qadağan olunmuşdur. (Cəbrailin (ə) salamı ona şamil olmayacaqdır).
3)- Məlum məsələdir ki, şəri cəhətdən zəfərandan istifadə etməyin heç bir eybi yoxdur. Bədənə zəfəran sürtməyin və ondan rəng və ətir kimi istifadə etməyin, həmçinin onun bəzi dərdlərə dərman olmasının faydaları qeyd edildi.[8] Həmçinin mərhum Əllamə Məclisi buyurmuşdur: "Bəzi rəvayətlərdə insanların ardıcıl olaraq xoş iydən istifadə etməsi qadağan olunmuşdur. Bəzi hədislərdə isə zəfəranın bədəndə gecə səhərə kimi qalması qadağan olunmuşdur. Əlbəttə bu ona görədir ki, onun rəngi bədəndə çox qalmasın.[9]
Amma hədisin axırındakı kəlamın (mələyin insana salam verməməsi) fəlsəfəsini bilmək üçün aşağıdakı ehtimallara diqqət yetirmək lazımdır:
1)- Mümkündür belə deyilsin ki: Mübarək qədr gecəsi və ramazan ayının axır on gecəsi Allahla raz- niyaz, ibadət və itaət gecəsi olduğu üçün bədənə zəfəran yağının çəkilməsi ilə bərabər bədənəzəfəran yağının çəkilməsi ilə bərabər bədənə zinət verilməsi üzlülükdür[10] Çünki bunun əvəzinə o gecə ibadət və itaətlə keçirməsi məsləhətdir. Bu səbəbdən mələyin salamı ona şamil olmaya bilər.
2)- İslam dinində təmizliyin, ətir vurmağın özünə məxsus yeri vardır.[11] Amma necə və nə zaman ətirin və zinət əşyalarından istifadə etmək lazımdır, bəzi məsləhətlər də verilmişdir. Məsələn islam Peyğəmbəri (s) buyurmuşdur: "Qadınların ətirlərinin iyi məxfi, kişilirinki isə zahir olmalıdır."[12]
"Kişilər hər gün bədənlərinə yağ sürtməsinlər. amma qadınların sürtməklərinin eybi yoxdur."[13]
"Kişilərə ələ və ayağa xına qoymaq bəyənilmir. Amma müalicə ünsürlü olsa eybi yoxdur."[14]
"Allahın Rəsulu ərli ərsiz qadınlara əllərinə xına qoymağı əmr etmişdir."[15] "Xına qadınların əllərinə, ayaqlarına və saqqallarına və başlarına sünnətdir."[16]
Bunu da demək olar ki, zəfəranla bədəni yağlamaq, rəngləmək və ətirləmək qadınlara aiddir. Əgər kişilər də belə etsə, bədənlərini zəfəranla yağlasalar qadınlara bənzəyərlər.[17] Bu səbəbdən də qədr gecəsində Allah- Taala kişiləri bu halda olmasını istəmir. Amma bu ehtimalı qəbul etmək o qədər də asan deyil. Çünki bədənə zəfəran sürtməyin yalnız qadınlara aid olduğu sübut olmamışdır.[18] Bundan əlavə kişilərin və qadınların bəzənib ətir vurmaları bədənlərinə zəfəran yağı sürtmələri müəyyən bir zamana və məntəqəyə aid olsa da bu qanun daimi deyil, əksinə dəyişəndir. Yəni hər bir şəraitin özünə aid qanunu vardır. Həmçinin bunu da qeyd edək ki, ibni Abbasdan qeyd olunmuş Peyğəmbərin (s) hədisi qadınlara da şamil olur.
3)- Mübarək qədr gecəsində və bundan başqa vaxtda zəfəran yağından kişilərin çox istifadə etməsi, onun rəngini kişilərin bədənlərində qalmasına səbəb olur. bu da kişilər üçün bəyənilən əməl deyildir.[19]
Bu səbəbdən də kişilərin qədr gecəsində məkruh iş tutmalarına Allah- Taala razı deyildir. Amma bununda kamil surətdə qəbulu çətindir. Çünki bu hədis qadınlara da aiddir.
Nəticə:
Bütün bu ehtimallarından belə nəticə alırıq ki, qədr gecəsində bədənə zəfəran sürtməklə Allahın rəhmət və bərəkətindən uzaq olmursan . Yəni bu o demək deyil ki, daha bəxşiş qapıları insanın üzünə bağlanır, əksinə, yalnız mələyin salamı insana şamil olmur. Hədisdə bu işin qadağan olunması, insanı o mübarək gecədə məkruh bir əməldən çəkinməsindən xəbər verir.[20]
[1] - Təfsiri əl- mizan, cild 3, səh 568, Məcməül- bəyan, cild 10, səh 520.
[2] - Bax: Nəcm surəsi, ayə 14- 16.
[3] - Hədis ərəb dilində:
«روی ابن عباس، عن النبی (ص) انه قال: اذا کان لیلة القدر تنزل الملائکة الذین هم سکان سدرة المنتهی و منهم جبرئیل، فینزل جبرائیل و معه الویة، ینصب لواء منها علی قبری ولواء علی بیت المقدس ولواء فی المسجد الحرام ولواء علی طور سینا و لایدع فیها مؤمنا و لا مؤمنة الا سلم علیه الا مدمن خمر و آکل لحم الخنزیر والتضمخ بالزعفران»
[4] - Rəvayətdə "hər kəs zəfəran yağından istifadə etsə bağışlanmayacaq" cümləsi gəlməmişdir. Bundan əlavə Allahın Rəsulundan (s) belə hədis nəql olunur ki: Allah- Taala qədr gecəsində bütün müsəlmanları bağışlayır. Amma kahini və sehirbazı bağışlamır. Bu hədis də zəfərandan istifadə edən kəslərin bağışlanması gəlməmişdir. Əl- kəşşaf, cild 4, səh 24.
[5] - Zəfər- əttəam; yəni zəfəranı yeməyə tökdü təzəğfur; yəni zəfəranla özünü xoş ətirli etdi, zəfərə; yəni zəfəranla rənglədi. əl muncid, ərəb- fars lüğəti. İmam Sadiq (ə) buyurmuşdur: Zəfərandan dərman kimi istifadə etməyin heç bir eybi yoxdur." Hilyətul- müttəqin 2- ci bab, 11- ci fəsl.
[6] - Təzəmox biəttəyyib: Yağ çəkmək, ətir çəkmək, təltax: yoluxdu, qarışdı, lətax bir rəngin ayrı bir rənglə qarışmasına deyərlər. Əl- muncid- ərəb fars lüğəti zəməxə (الضمخ) və lətəxə... (لطخ الجسد بالطیب حتى کأنه یقطر)
[7] - Baxın: Əl- eyn, cild 4, səh 82, Lisanil ərəb, cild 3, səh 37. (Əlbəttə bu kitabların qeydlərində yazılmışdır).
[8] - Hilyətül- müttəqin, 6- 4 bab, 4- cü fəsil, 11- ci fəsil.
[9] - Yenədə ora.
[10] - Bəziləri zəfəranın çox sürtülməsini şəhvətin oyanması və olması ilə əlaqələndirirlər. İmam Sadiq (ə) buyurmuşdur: "Xoş iy ürəyi gücləndirər və şəhvəti artırar." Hilyətül- müttəqin 6- cı bab, 2- ci fəsil.
[11] - Sürmə çəkmək, xına yaxmaq, rəngləmək, daramaq, xoş ətirdən istifadə etmək, diş fərçalamaq, güzgüyə baxmaq, dırnaq tutmağın özünə aid hədislərdə mövzuları vardır.
[12] - Hilyətul- müttəqin, bab 6, 2- ci fəsil.
[13] - Yenədə ora, 6- cı fəsil.
[14] - Yenə də ora, 2- ci bab, 11- ci fəsil.
[15] - Yenə də ora.
[16] - Yenə də ora.
[17] - İmam Sadiq (ə) zəmanənin axırı barəsində belə buyurmuşdur: "zəmanənin axırında kişilər qadınların əvəzinə özlərinə bəzək vurarlar" yenə də ora.
[18] - Məkasibe məhərrəmə kitabı, iktisab babı.
[19] - Hilyətül- müttəqin, 11- ci fəsil.
[20] - Nümunə təfsiri, cild 27, səh 186.