Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur.
Xeyir kəlməsi lüğətdə خیر (x, y, r) kökündən alınmışdır və faydası, mənfəəti, yaxşılığı və islahı (məsləhəti) olan bir şey nəzərdə tutulur. Onun çoxlu nümunələri vardır, o cümlədən mal-dövlət, faydalı elm və sair.[1] Demişlər ki, xeyir – şər kəlməsinin antonimidir və onda bir növ üstünlük və fərqləndirici əlamət mövcuddur.[2]
Həsənə kəlməsi حسن (h, s, n) kökündən alınmışdır və bu mənayadır ki, hər hansı bir şey elə şəraitdə olsun ki, insanın nəfsi və təbiəti onu qəbul etsin.[3] “Həsənə” gözəllik və camal mənasına gəlmişdir. Demişlər ki, “hüsn” çirkinliyin antonimidir, “həsənə” isə “səyyiə”nin ziddidir.[4]
Saleh kəlməsi صلح (s, l, h) kökündən alınmışdır və düzgün və səhih mənasınadır. Bu da “fəsad” kəlməsinin müqabili və antonimidir.[5]
Lakin işlənmə hallarına nəzər yetirdikdə bu üç kəlmənin bir-biri ilə heç bir fərqi yoxdur və müəyyən hallara uyğun olaraq hər biri digərinin mənasında istifadə edilə bilər. Belə ki, bəzən lüğət kitablarında onlardan biri digərinin izahında gətirilir. Məsələn, “islah”ın mənasında deyilir ki, hər vaxt hər hansı bir heyvana yaxşılıq – (hüsn) etdinsə deyirsən ki, onu islah edib düzəltdim.[6]
Buna görə də təfsir və lüğət alimlərinin kəlamda mövcud olan şahidlərə uyğun olaraq onlar üçün müxtəlif məna və nümunələri qeyd etmişlər.
Məsələn, “saleh” kəlməsini “fiziki baxımdan səhih və sağlam olan”,[7] “tövbə edən”,[8] “ilahi vacibləri və insanların hüququnu yerinə yetirən”[9] kimi məna etmişlər (yəni onun nümunələrini qeyd etmişlər).
Yaxud “həsənə” kəlməsini sidq – doğruculuq,[10] ruzinin bolluğu,[11] Allahın razı olması,[12] qənimət[13], nemət[14], Əhli-beytə məhəbbət,[15] namaz[16] kimi məna etmişlər. Yəni mövcud şahidlərə uyğun olaraq onun müxtəlif mənalarını bəyan etmişlər.
Həmçinin “xeyir” kəlməsini sileyi-rəhim,[17] saleh əməl,[18] mal-dövlət[19] kimi də məna etmişlər.
Hər bir halda xeyir əməllər, həsənə və saleh əməllərin bir-biri ilə zati fərqləri yoxdur, əksinə yaxşı bir əməl olduğuna görə xeyir adlandırılır, gözəl və bəyənilən olduğuna görə “həsənə” deyilir, düzgün və səhih olduğuna görə ona “saleh əməl” deyilir.
Təfsir alimlərindən bəziləri saleh əməldən məqsədin nə olduğunu bəyan edərkən buyurmuşlar: “Zahirən saleh əməl o əmələ deyilir ki, əql, məntiq və şəriət qanunları meyarlarına əsasən gözəl olsun, riyakarlıqdan, özünü bəyənməkdən, həva-həvəsə tabe olmaqdan və hər növ naqislikdən uzaq olsun, əql sahibləri tərəfindən bəyənilsin, Allah dərgahında bəndəlik məqamına layiq olsun.”[20]
[1] “Möcəmul-mustələhat”, 2-ci cild, səh. 66; الخیر مَا فِیهِ نَفْعٌ وَ صَلَاحٌ، وَ هُوَ ضِدُّ الشَّرِّ، فَالْمَالُ خَیْرٌ، وَ الْخَیْلُ خَیْرٌ، وَ الْعِلْمُ النَّافِعُ خَیْرٌ “Xeyir – fayda və məsləhət olan şeyə deyilir, bu da şərin ziddidir (antonimidir). Mal xeyirdir, ilxı xeyirdir, faydalı elm xeyirdir.” Quranda isə: بِیَدِکَ الْخَیْرُ إِنَکَ عَلَى کُلِّ شَیْءٍ قَدِیرٌ “Xeyir yalnız Sənin əlindədir, çünki Sən hər bir işə qadirsən
(“Ali-İmran” surəsi, ayə: 26)
Həmçinin Quranda buyurulur: و قوله تعالى: فَقَالَ إِنِّی أَحْبَبْتُ حُبَّ الْخَیْرِ عَن ذِکْرِ رَبِّی
“(Süleyman) Dedi: Həqiqətən mən xeyri – bu atları Rəbbimə məhəbbət üzündən sevdim.” (“Sad” surəsi, ayə: 32)
قِیلَ: اَلْخَیْرُ هُنَا: اَلْخَیْلُ لِأَنَّهَا أَدَاةُ نَفْعٍ. وَ قِیلَ: هُوَ الْمَالُ وَ مَتَاعُ الدُّنْیَا. وَ قَوْلُهُ تَعَالَى:. فَمَنْ تَطَوَّعَ خَیْرًا فَهُوَ خَیْرٌ لَهُ.[ سورة البقرة، الآیة 184] أَیْ: مَنْ زَادَ عَلَى مِقْدَارِ الْفِدْیَةِ تَطَوُّعًا، فَهُوَ خَیْرُ لَهُ عِنْدَ اللّهِ
Deyilmişdir ki, burada “xeyir” at ilxısıdır. Çünki onlar fayda səbəbidir. Başqa nəzərdə deyilir ki, o, mal-dövlət və dünya matahıdır. “Bəqərə” surəsinin 184-cü ayəsində buyurulan “Hər kəs öz yaxşı əməlini artırsa (birdən artıq ac adama təam versə) onun üçün daha yaxşıdır” kəlamının mənası budur: “Hər kəs fidyənin miqdarına müstəhəb olaraq artırsa, Allah yanında ionun üçün daha xeyirlidir.”
“Ət-təshilu li ulumit-tənzil”, 1-ci cild, səh. 26 və “Əl-qamusul-qəvim lil-Quranil-kərim”, səh 216, “Əttovqif”, səh. 230; “Əl-kulliyyat”, səh. 423
[2] “Lisanul-ərəb”, 4-cü cild, səh. 264, “Kitabul-eyn”, 4-cü cild, səh. 264
[3] “Möcəmul-müstələhat”, 1-ci cild, səh. 570, “əl-husn”
[4] “Kitabul-eyn”, 3-cü cild, səh. 143, “Lisanul-ərəb”, 13-cü cild, səh. 114
[5] “Kitabul-eyn” 3-cü cild, səh. 117, “Lisanul-ərəb”, 3-cü cild, səh. 516
[6] “Lisanul-ərəb”, 2-ci cild, səh. 516
[7] Yenə orada
[8] Yenə orada
[9] Yenə orada
[10] “Məcməul-bəhreyn”, 6-cı cild, səh. 233
[11] Yenə orada
[12] Yenə orada
[13] Yenə orada
[14] Yenə orada
[15] Yenə orada; habelə “Kafi” 1-ci cild, səh. 185
[16] Yenə orada
[17] Yenə orada, 3-cü cild səh. 294
[18] Yenə orada
[19] Yenə orada
[20] “Məxzənul-irfan fi təfsiril-Quran”, 15-ci cild, səh. 273