İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur:
1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün dəqiq olaraq müəyyən edin.
2. Öz istedad və gücünüzü tanıyın.
3. Bütün yerinə yetirəcək işləriniz üçün ardıcıl olaraq tərtib çərçivəsində praqlamınız olmalıdır.
4. Özünüzə təlqin edin ki, nəzərinizdə olan hər hansı bir işi görüb, məqsədinizə çatmağa qüdrətiniz vardır.
5. Güclü iradəyə malik olmaq üçün, tədriciylə onun ələ gəlməsinə diqqət yetirməli və bir işi təkrar olaraq bir neçə dəfə həll etməlidir.
6. Gündəlik, təyin olunmuş saatda idman etməlidir.
7. Namazlarını ilk vaxtlarında qılmalıdır.
8. Allaha təvəkkül etməlidir.
9. Günahların son aqibətinə və təsirinə diqqət etməlidir.
10. Əxlaq mövzusunda olan kitabları mütaliə etməli və bu mövzuda olan az məlumatlarla kifayətlənməməlidir.
Sualın cavabı daha ətraflı şəkildə olması üçün, yaxşıdır ki, iradəli insan və iradəsiz insanı vəsf edək. İradəli şəxs o insandır ki, bir iş haqqında düşündüyü zaman, onu icra etməyi özlüyündə lazım bilib onu icra etmək qərarına gəlir, fəaliyyət və sabit qədəmliklə onu həyata keçirir. (Əlbəttə səhv bir qərarda israrlı olmaq, yersiz qürur və qəhrəmanlıq göstərmək, payidar olmaqlıq deyil və heç bir dəyəri belə yoxdur).
İradəsiz insan, bir işi gördüyü zaman az bir çətinliklə üzləşdikdə onu həyata keçirməkdən soyuyur və bundan sonra hədəfinə çatmaq üçün olan bütün səylərini itirir. Bəs iradəli şəxs o insandır ki, ağıllı məqsəd qarşısına qoyub, ona çatmadıqda, geriyə qayıtmır. Maddi və mənəvi olan bütün çətinliklər onun iradəsinə heç bir mənfi təsir qoymur və onun inkişafının qarşısını ala bilmir.
İnsan iki qism olan ruhu (fikri) və cismi (əməli) hissəyə malik olduğu üçün iradənin güclənməsi üçün, bu iki fikr və əməl hissəsində göstərişlərə riayət etmək tövsiyə olunur:
A: Fikir göstərişləri:
- Məqsədin təyin edilməsi:
əvvəlcə öz həyatında olan məqsədini və yaxud digər məqsədlərini bilməklə görmək istədiyi hər bir işi özü üçün canlandırmalıdır. Təbiidir ki, bu məqsəd, açıq, həyata keçirilməli, düşüncə daxilində olması lazımdır; və bundan əlavə öz həddini aşmadan öz istedad və gücüylə düzgün olaraq həyata keçirilsin; nəinki şüar üzündən olsun ki, sizin ona qüdrətiniz çatmır! Belə olmayan halda, o vaxt ki, sizin qüdrətinizdən kənar olan bir çətinliklə üzləşdiyinizdə ümüdsüz olaraq onu icra etməkdən çəkinirsiniz, və yaxud digər işləri də həyata keçirməkdən uzaqlaşaraq özünüzü qüdrətsiz görqrsünüz!!.
- Güc və istedadları tanımaq:
Bizim hamımız öz vücudumuzda bir çox istedadlara sahibik; onları tanımaq bizə kifayət edər və məqsədə çatmaq üçün onlardan istifadə etmək lazımdır.
- Praqram:
Bütün işlər və gecə- gündüz həyata keçirilən fəaliyyətlər praqramla və öz qayda- qanun çərçivəsində olmalıdır. Bunun üçün də cədvəl üzərində öz işlərinizi icra etməlisiniz ki, bu cədvəldə gecə- gündüz və həftənin gündəlik işlərini qeyd etməlisiniz. (yatmaq, istirahət, ibadət, idman, mütaliə və...) hər bir fəaliyyətinizi özünə məxsus zamanında cədvəldə qeyd etməli və heç bir vaxtınızı işsiz buraxmamalısınız. Hər gün o praqrama baxaraq, onu dəqiq icra edib, gecə yatmamışdan əvvəl onu qiymətləndirib öz hesabınızı aparın, yaxşı olar ki, düzgün bir mühasibəçi kimi dəqiq olaraq, öz gündəlik işlərini və müvəffəqiyyətini gözdən keçirməlisiniz; müvəffəq olduğunuz zaman, özünüzü həvəsləndirməli və səhv iş gördükdə isə tənbeh etməlisiniz.
- Təlqin:
Təlqinin özünün iradənin güclü olmasında hesabsız təsiri vardır; bunun üçün də hər gün bir neçə cümləni özünüzə təlqin edin; misal üçün bu cümlələr kimi: "Mən öz işlərimi həyata keçirmək üçün kifayət qədər idarəm vardır". "Heç bir şey mənim iradəmə nöqsan gətirə bilməz". "O işlər ki, mənim nəzərimdə həyata keçməlidir, icra edirəm və heç bir qüvvə mənim qarşımı almağa malik deyildir". "Mənim iradəm hər gün güclənir". Mən müvəffəq olmalıyam; çünkü müvəffəqiyyət güclülər nişanəsidir" və
- İradənin tədriclə güclənməsi:
Möhkəm və güclü iradəyə malik olmaq üçün onun tədriciylə olmasına və onda lazım olan məsələlərin təkrar həll olunması lazımdır, hesab etməyin ki, heç bir səy göstərmədən və bir anda buna nail olmaq olur. həmişə Allaha təvəkkül edib bütün işlərin həlli üçün ondan kömək diləyin.
B. Əməl olunmalı göstərişlər:
İradəni gücləndirmək üçün əməl olunmalı göstərişlərə diqqət edib, onlara əməl edin:
- Hər gün səhər ən azı igirmi dəqiqə və müəyyən saatda idman edin.
- Namazı ilk vaxtında qılmaq, imkan olduqda, sübh namazından bir neçə dəqiqə əvvəl yuxudan oyanıb gecə namazı qılın və əgər o vaxt yuxudan ayılmadınız, onun qəzasını yerinə yetirin.
- Qrşınıza məqsəd qoyun ki, hər gün Qurandan bir neçə ayə oxuyacaqsınız (ən azı 30 və yaxud 50 ayə) istədikdə isə qabaqdakı həftələrdə onun sayını artırın.
- Günahı tərk edib nəfsin istəkləriylə müxalifət etmək, iradənin güclənməsində böyük rol oynayır; bunu nəzərə alaraq, günahların son nəticə və təsirlərinə diqqət yetirmək lazımdır.[1]
- Öz öhdənizə götürdüyünüz işləri, yarıda saxlamayın. Onları ən yaxşı şəkildə və nəzərdə tutulmuş nəticəyə çatdırır.
- İşlərdə səhlənkarlıq etmək, insanın fikrinin dağılmasına səbəb olur, bunun üçün də bundan uzaq olub öz fəaliyyətlərinizdə diqqətli olun.
- Əgər oruc tuta bilirsinizsə, oruc tutun çünki iradənin güclənməsində böyük rolu vardır. Amma əgər oruc tuta bilmirsiniz, yemək- içməyinizi az bir miqdara çatdırın.
- Əxlaq mövzusunda olan kitabları[2] mütaliə edin; xüsusiylədə alimlərin və İlahi övliyaların[3] həyatı haqqında ki, insan iradəsini güclənməsində təsiri vardır.