Aşağıda qeyd olunan əməlləri yerinə yetirmək, mənəvi səfərin daha faydalı olması üçün zəruridir:
1). İnsan gərək niyyətini yalnız Allaha xatir etsin və bu işi Allahdan qeyrisi üçün nəzərdə tutmasın. Yəni niyyətini ixlasla yerinə yetirsin.
2). Bütün günahlardan tövbə etsin.
3). Kiminsə haqqı boynunda varsa kiməsə borcu və ya başqa) ondan halallıq alsın və ya borcludursa qaytarsın.
4). İlahi vacibləri (əgər boynunda varsa) yerinə yetirsin. Məsələn: Xums, zəkat və sair. kimi borclarını ödəsin.
5). O şeylər ki, onun zehnini, fikrini və niyyətini yayındırır (dünya malı və sair) gərək onları fikrindən atsın və bu mənəvi səfərdə belə şeylərə diqqət yetirməsin.
Bildiyimiz kimi həcc və ömrə ziyarətləri ən faydalı və mənəvi ziyarətlərdəndir. İnsan bu ziyarətlərdən bacardıqca istifadə edib öz mənəviyyatını bəhrələndirmək istəyir. Amma bu mənəvi ziyarətə qədəm qoymazdan öncə insan gərək bir sıra vacib əməlləri yerinə yetirsin ki, daha da artıq bəhrələnə bilsin. Onlardan bir neçəsini aşağıda qeyd edirik:
1). Öz niyyətini yalnız Allah Taala üçün xalis etsin; heç bir dünya malına diqqət yetirməsin; riyadan, töhmətdən, qeybətdən, nifrətə səbəb olan işlərdən, həccin abr- heysiyyətini aparan işlərdən, ticarətdən və qəlbi qaraldan bir sıra işlərdən qətiyyətlə çəkinməlidir. Çünki bütün bu işlər insanı Allahdan uzaqlaşdırır və bu mənəvi ziyarətin savabını aradan aparır. Bundan əlavə nəzərdə tutulmuş bütün savablara mane olur. (həcc üçün nəzərdə tutulan savab, yəni İlahi tərəfindən vədə olunmuş savab).
2). Bütün günahlardan tövbə etməlidir. Yəni bütün günahlardan peşiman olduğunu iqrar etsin və bir daha o günahlara getməyəcəyinə söz versin. Həmçinin bu günahlar sayəsində hər növ ziyan və xəsarəti ödəsin və Allah- Taaladan bağışlanmaq diləsin, kiminsə haqqını aradan aparıbsa, kiminsə haqqını yeyibsə və ya kiminsə haqqının aradan getməsinə səbəb olubsa hamısından halallıq almalı və onların əmlakın qaytarmalıdır.
Bir sözlə bütün maddi və mənəvi borcları ödəməlidir. Məsələn: Əgər kiməsə töhmət vurubsa və ya qeybətin edibsə insanlar arasında onun yaxşılığından danışmaq onu tərifləməlidir. O kəslər üçün Allah Taaladan bağışlanmaq diləməlidir. Amma o günahların ki, kəffarəsi vardır ya ödəməli və ya da ödəməsini niyyət etməlidir. Bundan əlavə günahın onda qoyduğu təsirin aradan getməsi üçün bəzi əxlaq kitablarına müraciət etməlidir. Məsələn: Mərhum Məraqinin "Meracul- əssadə" kitabı bunun üçün olduqca əlverişlidir.
3). Əgər bu yaşına kmi xums verməyibsə və ya xumsu olmayıbsa özünə xums ili təyin etməli və xumsunu həmin tarix etibarı ilə ödəməlidir.
4). Məkkə torpaqlarına qədəm qoyduqdan sonra, həcc əməllərini yerinə yetirməzdən öncə, onu dünyaya bağlayan fikirlərdən uzaq olmalıdır. Bütün fikrini Allahın və İlahi əməllərə yönəltməlidir.
5). Bütün həcc səfərinin məxaricini halal yolla ələ gətirməli və bu yolda səxavətlə onu xərcləməlidir.
6). Bütün səfər yoldaşları ilə mehriban rəftar etməli və əməllərini təvazö ilə yerinə yetirməlidir. Allahın razılığı olmayan işləri yerinə yetirməməli, acı dil olmamalı, bihudə sözlər danışmamalıdır.
Ümumiyyətlə mübahisəli sözlərdən çəkinməlidir.
7). Bütün işlərində özünü görməməzliyə vuraraq yalnız Allaha təvəkkül etməlidir. Yalnız Allahdan kömək diləməli özünü Allaha tərəf çəkməlidir. Bu zaman ziyarəti qəbul halda evə (vətənə) dönə bilər.[1]
[1] - Bax: Əllamə Məclisi, Biharul- ənvar, cild 96, səh 124- 126, Beyrut çapı, Darul vəfa, 1404. h.