İlk növbədə bunu qeyd edək ki, bütün İmamlar xətadan və günahdan pak və məsumdurlar. Bu səbəbdən də bu məsələdə xəta və səhv axtarmadan mövzunun sirrinə və hikmətinə varmaq lazımdır. Bundan əlavə tarixin bu mövzularına və səhnələrinə toxunduqda İmamların daha zəkalı, uzaqgörən olmalarını və həmçinin daim düzgün mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Çünki İmamlarımızın bütün tarixi səhnələrdə tutduqları mövqe daim haqqla batil arasında olmuşdur. Bu səbəbdən də İmamın (ə) bu məsələdə etdiyi sükut tarixin canilərini aşkar etmiş və imamın məzlumiyyətini bizə çatdırmışdır. İmamın sükut etməsi bütün İslam düşmənlərinin arzusunu ürəyində qoymuş və İslam dininə qarşı olan mənfur planlarını həyata keçirməyə qoymamışdır. İmam öz sükutu ilə İslam dinini yaşatdı və İslamda olan vəhdəti qoruyub saxlaya bildi.
Ümumiyyətlə İmamların (ə) tarixdə olan rəftarlarını araşdırmaq və nəticə almaq istəyiriksə gərək məsələyə iki əsas baxışla yanaşaq. Yəni hadisəyə ilk baxış hadisədən sonrakı baxış.
Hadisəyə ilk baxışla mövzumuzu araşdırsaq ilk növbədə bunu deyə bilərik ki, İmamlar məsum olduqları üçün nların "sözü əməli və sükutu" bizim üçün mövzunun necəliyini aşkar edir. Yəni İmam sükut edirsə bu zaman heç bir xəta fikirləşmədən onu qəbul etməliyik.
Bundan əlavə İmamların əsas vəzifələrindən biri "insanların hidayəti və islahı" olmasını bütün fəqihlər (din mütəxəssisləri) təsdiqləyirlər.
Yuxarıda qeyd etdiyimiz girişə əsasən deyə bilərik ki, İmamlar bütün tarixi səhnələrdə pak və məsumdurlar. Bu səbəbdən onların həyatı bizim üçün örnək olmalıdır.
Məsələyə "hadisədən sonrakı baxışla baxsaq İmamların bütün mövqelərdə zəkalı və uzaqgörən olduqlarını aşkarlamaq olar. Çünki bütün imamların tarixi böyu mübarizə etdikləri fitnəkarlar olmuşdur. Onların nümayiş etdirdikləri mövqe bizim üçün əsaslı formada ibrət ola bilər.Yəni haqqla batilin müxalif formalarda rəftarları kimi qiymətləndirmək olar. Ola bilsin ki, onlar öz müvəffəqiyyətlərini öz həyat, boyunca öz zamanlarında nümayiş etdirə bilməsinlər. Amma zaman keçdikcə haqla batilin mübarizəsində canları bahasına çaldıqları qələbəni nümayiş etdirə bilirlər. hadisəyə bu baxışla baxsaq İmam Əlinin (ə) sükutu və səbri onun tarix boyunca necə məzlum olmasından haray vurur.
Amma məsələnin qaliblik tərəfinə baxsaq İmamın sükutunun düşmənlərə necə zərbə vurmasının şahidi olarıq.
Xarici düşmənləri nəzərə almasaq da daxili düşmənlər öz işini görəcəkdir. Necə ki, Əbu Süfyan İmama beyət edib dövrün (qondarma) xəlifələrinə qarşı vuruşacaqdır. Amma İmamın (ə) səbri və sükutu ona bu mənfur fikri həqiqətə çevirməyə qoymadı.
Tarixin bu günlərində xanım Zəhra (s) İmamdan sükut etməyinin, mənfur insanların müqabilində səbr etməyinin səbəbini soruşur. İmam (ə) cavabında deyir: "Ya Fatimə! Əgər istəyirsənsə atan Peyğəmbərin adı tarix boyunca yaşaya, mən gərək səbr edəm!"[1]
Ayrı bir yerdə isə İmam Əli (ə) buyururb: "And olsun Allaha! Əgər dinin məhv olma təhlükəsi, insanların yenidən küfrə qayıtmaq təhlükəsi və müsəlmanların dağılıb pərakəndə olması təhlükəsi olmasaydı mən belə səbr etməzdim!"[2]
Tarixin səhifələrindən gətirdiyimiz bu iki misal və digər hadisələr, həmçinin zamanın aktual mövzuları bəzən mühüm şeylərin qorunması üçün insandan susmaq tələb edir. Xüsusən də İmam Əli (ə) dinin zahirinə xatir də olsa özü demişkən "gözündə tikan və boğazında sümuk" qalmış insan kimi səbr etməli idi.
Amma bu və bu kimi hadisələrin kənarında haqqın batildən ayrılması, batilin mənfur düşüncəsi tanınıb aşkar olunmalıdır. Yəni bu tarixin ən zəruri məsələlərindən biridir. İmam Əlinin və xanım Zəhranın (s) bu məsələdə misli görünməzdir. Onlar tarixin iyrənc və o şəxsiyyətlərini öz qanları, bahasına elə tanıtdırıblar ki, heç bir zəm- zəm suyu onu paklamağa hazır deyildir. Hər bir vicdanlı insan tarixin bu səhifələrinə toxunarkən Əhli- beytin haqq olduğunu müşahidə edir.
Deməli belə nəticə alırıq ki; hər vaxt haqq zülmün müqabilində məzlum mövqe tutarsa bu onun yaşayacağına dəlalət edir. Hər vaxt belə səhnələrdə məzlumiyyət daha çox nəzərə çarparsa qarşı tərəfin mənfurluğu və zalimliyi daha da aydın seçilər. tarixdə məzlumluğun ən uca nöqtəsində özünə yer alan şəxsiyyətlərdən İmam Əlini (ə) xanım Zəhranı (s) və İmam Hüseyni buna misal gətirmək olar. Bütün bu hadisələrə əgər maddi baxışla baxsaq "məzlumiyyət" mənəvi və mələkuti baxışla baxsaq "seçim" olduğunu müşahidə edərik. Bu səbəbdən də bəzi zəkalılar belə deyirlər: "Əlini aparmadılar məscidə, o özü getdi. Amma elə getdi ki, zalımlar və qəsbkarlar tanınsınlar."