"Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif deyilir.
Şirk iki qismdir: Şirk etiqadi məsələlərdə və şirk əməldə (ibadət və itaət). Əqidə məsələlərində şirk, bir neçə hissəyə bölünür:
1- Allahın, Allahlğına şərik qoşmaq: Allahdan başqa bir varlığa inanmaq ki, Allahda olan bütün sifətlər müstəqil olaraq ona nisbət verilsin.
2- Xaliqliyinə şərik qail olmaq: Aləm üçün iki ayrı xaliqə əqidəli olmaq.
3- Rəbbin varlığına şərik qail olmaq:
Bu cür bir əqidəyə sahib olmaq ki, müstəqil və çoxlu Allahlar varlıq aləmin tədbirlərin həyata keçirilməsində hər birinin ayrı- ayrılıqda rolu vardır.
Əməldə şirkə qail olmaqda iki hissəyə bölünür: Aşkarda şərik qail olmaq və gizlində şərik qail olmağa bölünür və özünəməxsus hökümləri vardır ki, fiqh və kəlam (əqidə) elmlərində bəhs olunur. Allah- Taala yanında, şirkin bütün hissələri, haqq yolu azmaq və Allah Taalaya qarşı böyük zülm hesab olunur və Allah dərgahında bağışlanmazdır.
Bu gün bəzi məzhəblər bu məsələni (şərik qoşmağı) başqalarının insanların yolunu azmasına səbəb olan hiylələri kimi adlandırırlar və hər zaman və hər an özlərini dəlil və istidlal gətirməkdə zəif görürlər başqalarına şirklə töhmət vururlar. Əlbəttə ki, bu İslamdan kənar və əxlaqdan uzaq olan bir işdir. Əlbəttə İslam dininin alimləri bütün onların suallarının və şübhələrinin cavablarını vermişdirlər.
"Şirk" lüğətdə oxşar qərar vermək və iki şirkin bir- birinə qarışması deməkdir.[1] Amma Quran terminində, Hənəfiyyət qarşısında istifadə olunmuş və şirkdən məqsəd, şərik oxşar və Allah Taalaya onun kimisini qərar verməkdir. Hənif isə doğru və düzgün yoldan nahaq yola meyilli olmaq deməkdir. O cür ki həqiqi tövhid yolu tutanlar, şirkdən üz çevirərək bu doğru yola üz tutmuşdurlar, onlara hənif deyilir. Buna görə də hənifin mənasından biri də doğru və düz deməkdir.[2] Allah Taala Qurani- kərimdə öz Peyğəmbərinə buyurur: "De! Rəbbim məni doğru yola hidayət etmiş, payidar din, (dünya və axirət səadəti onda qərar vermişdir) İbrahimin (ə) dini ki, xurafatla dolu dinlərdən üz çevirib və müşriklərdən deyildir."[3]
Yenə də buyurur: Mənə əmr olunmuşdur ki, üzünü o dinə doğru yönəlt ki, hər növ şirkdən və müşriklərdən uzaqdır."[4]
Bunun üçün də Quran nəzərində, şirk, hənif din qarşılığındadır. Şirki tanımaq üçün, hənifi tanımaq lazımdır, əlbəttə bu cəhətdən ki," تعرف الاشیاء باضدادها"
Yəni, əşyanı onun ziddinə olan əşyanın vasitəsiylə tanımaq olar. Bir cümlədə demək olar ki, şirk, tövhidin ziddidir, o cür ki, tövhid bir neçə hissəyə bölünür, şirk də bir neçə hissədən ibarətdir.
Ümumi bir qismlərə böldükdə, şirk iki hissəyə bölünür" əqidə də olan şirk" və "əməldə olan şirk". Əqidədə olan şirk üç hissəyə bölünür:
1. Allaha şərik qoşmaq: Allahdan başqa bir varlığa əqidəli olmaq ki, müstəqil olaraq bütün camal və kamal sifətlərə sahibdir. Bu cür etiqad kafirliyə doğru yol açır.[5] Buna görə də Allah- Taala Qurani- kərimdə buyurur: "Onlar ki, dedilər Allah, həmin Məsih ibni Məryəmdir, həqiqətən kafir oldular."[6]
2. Xaliqlikdə şərik qail olmaq: İnsan aləmin yaranmasında iki müstəqil məbdəyə qail ola, o cür ki, aləmdə yaratmaq və bütün imkanlar onların ixtiyarında olsun. O cür ki, Məcus (Zərdöştlər) iki mənbəyə, mənbəyi xeyr (Yəzdan) və şər (Əhrimən)- ə qail idilər.
3. Rububiyyətdə şərik qail olmaq: O deməkdir ki, insanın etiqadı aləmdə bu olsun rəblər (Allahlar) çoxlu saydadır və Allah o rəblərin rəbbidir.
Bu mənada ki, aləmdə olan işlər hər biri ayrı- ayrılıqda təyin olunmuş və hər birinin öz ixtiyarındadır. Elə ki, müşriklər həzrət İbrahim (ə)- ın dövründə bu cür şirkə düçar olmuşdular. Bir dəstə ulduzları aləmin tədbirçisi bilir və başqa bir dəstə isə ayı, başqa bir dəstə isə günəşi bilirdi.
Əməl məqamında şərik qail olmaq:
Əməl məqamında olan şirk ki, ibadət və itaətə olan şirkə deyirlər, ona görə ki, insanın Allahın, xaliqin və Rəbbin qarşısında olan etiqadı bəzi şəxslər üçün olsun ki, onların qarşısında itaət edib onlara hörmət qoyur. Bunlar şirkin nişanələridir ki Qurani- kərimdən istifadə olunmuşdur. Amma bir dəstə, özlərindən olaraq şirkin nişanə və əlamətlərini təyin etmiş və bu əlamətlərlə başqa müsəlmanları şirkdə müttəhəm edirlər.
Bizim nəzərimizdə, onların şirk üçün müəyyən etdikləri nişanələrin heç bir etibarı yoxdur; çünki onların dedikləri Quran ayəsi, İslam Peyğəmbərinin və o həzrətin canişinlərinin (on iki İmam) dedikləriylə üst- üstə düşmür.
Burada, onların özləri təyin etdikləri nümunələrdən bir neçəsinə işarə edirik:
1. Allahdan başqasının qeyb elmindən xəbəri olması; onlar deyirlər: Əgər bir kəs Peyğəmbərdən və yaxud ondan başqa İlahi övliyalarından istəklərini diləsə (və onlardan kömək istəsə) və bu məsələyə ki, onun duası eşidilir və onun halından xəbərdar olurlar və yaxud hacətini verəcəklər deyə etiqadı olsa, bunlar ən böyük şirklərdən hesab olunur.[7]
2. Ölülərdən hacət diləmək; deyirlər: Şirkin bir növü də, ölülərdən hacət diləyib onlardan kömək istəyib və onlara üz tutmaqdır; bu da aləmdə şirkin əsl mənbəyidir.[8]
3. Dua və məsum İmamlarla (ə) rabitə yaratmaq (təvəssül etmək) bir növ ibadətdir; deyirlər: İbadət Allaha məxsusdur, dua da bir növ ibadətdir, bəs Allahdan başqasından bir şey istəmək şirkdir.[9]
4. Qəbirləri ziyarət etmək şirkdir.
5. Peyğəmbər və saleh bəndələrdən təbərrük götürmək şirkdir.
6. Peyğəmbərin təvəllüdünü qeyd etmək şirkdir.
7. Qəbrlərin üstündə məqbərə və günbəz tikmək şirkdir.
Bu əqidə və özləri təyin etmiş nümunə və nişanələri iki dəstəyə bölmək olar:
1- Bu nümunə və əlamətlərin bir dəstə insanlar, o cəhətdən ki, əqidədə şirk olmasını bilirlər, müşrikcəsinə olunan əməllər deyirlər.
Bu dəstənin o cür əqidəsini rədd etmək üçün, demək olar ki, qeybdən məlumat əldə etmək, şəfa verməyə inanmaq və hacətin verilməsinə etiqad bəsləmək və... bu işləri tamamıyla Allaha nisbət vermək və başqalarının ixtiyarında hər nə vardırsa Allah tərəfindən onlara verilmişdir desək, şirk sayılmır; çünki, heç bir halda müstəqillik Allahdan başqası üçün nəzərdə tutulmur. Biz Allaha qarşı, onun xaliq və rububiyyətinə qarşı şirkə qail olmağın tərifində dedik ki, etiqadda şirkə yol verməsi, o zaman yarana bilər ki, bir şəxs bu əqidəyə sahib olsun ki, Allahdan başqası tamamıyla müstəqil olaraq cəlal və kamal sifətlərinə sahibdir və ya tamamiylə müstəqil olaraq yarada bilər və müstəqil olaraq aləmin tədbirini həyata keçirə bilər. Amma onun qüdrəti Allaha bağlı bir qüvvədirsə daha şirk sayılmaz. Biz və başqa müsəlmanlar Peyğəmbər və onun canişinlərindən hacət istəyirik və ya əqidəmiz budur ki, onlar böyük bir qüvvəyə sahibdirlər və... bu məqamı Allah tərəfindən onlara əta olunmuş bir məqam bilirik.
Belə olduqda, aya yenə də şirkdirmi?
2- İkinci dəstə ki, bəzi işlərin şirk olmasını iddia edirlər, bu cəhətdəndir ki, bəzi işləri ibadət olaraq qəbul edirlər. Misal üçün Peyğəmbərin (s) ad günündə bayram keçirmək, qəbrlərin üzərində məqbərə və günbəzlərin tikiləsi zərihlərin (məsum mamların və Peyğəmbərin) qəbrinin üzərində qoyulmuş dəmir örtüklər) öpülməsi və ...
İslam məzhəbində ibadətin, özünəməxsus xüsusiyyətləri vardır və o xüsusiyyətlər də Allaha məxsusdur. İbadət, ibadətdir. Allah, xaliq və rububiyyət qarşısında ibadət etmək əqidəsindən. Amma əgər bu ibadətlər bu əqidə daxilində olmazsa, heç bir halda ibadət hesab olunmur. Bunun üçün də Allah- Taala Qurani- kərimin Yusif surəsində Yusifin qardaşlarının o həzrətin qarşısındakı səcdədən söz açaraq onun şirk olmadığını bildirir; çünki onlar heç vaxt Yusif haqqında, Allahlıq, xaliqlik və rəbb olmasında əqidələri olmamışdır. Xoşbəxtlikdən İslam dininin ayıq alimləri və elm sahibləri bütün bu nümunələr ki, bəzi şəxslər tərəfindən təyin olunmuşdur, cavab verilmişdir.
Əlavə məlumat üçün aşağıdakı kitaba müraciət etmək olar:
Buhus Quraniyyə fi əl- tövhid və əl- şirk, Sübhani, Cəfər.
[1] - Məcməul- bəhreyn, cild 5, səh 274; Əl- eyn, cild 5, səh 293.
[2] - Hənif, Hənəf maddəsindən (hədəf vəznində) nahaq yoldan düzgün yola meyilli olmaq deməkdir. O halda ki, cənəf onun əksinədir; yəni düz yoldan səhv yola düşmək. O cür ki, tövhid davamçıları şirkdən tövhidə üz çevirmişlər və bu əslə meyilli olmuşdurlar, onlara hənif deyirlər. Buna əsasən də hənifin mənalarından biri də düz deməkdir. Bundan məlum olur ki, təfsir alimlərinin hənif kəlməsi üçün etdikləri təfsir, Allah evini həcc (ziyarət) etmək kimi, haqqdan itaət etmək, İbrahib (ə) davamçısı və düzgün əmələ sahib olmaq hamısı birlikdə bu mənanı daşıyır və bunların hər biri ona sadiqdir. Nümunə təfsiri, cild 2, səh 605.
[3] - Ənam surəsi, ayə 161.
«قل اننی هدانی ربی الی صراط مستقیم دیناً قیماً ملة ابراهیم حنیفاً و ما کان من المشرکین»