Bu iki ayə bir- birinə əks deyildir. Çünki bəzi təfsirçilərin fikrinə əsasən, əsanın kiçik əjdəhaya çevrilməsini bəyan edən ayələr həzrət Musanın (ə) peyğəmbərliyinin ilk illərinə təsadüf edir ki, o zamanlar həzrətin bu möcüzəyə hazırlığı yox idi, Quranın bəyanına görə, hətta qorxuya düşərək qaçmışdı. Əsanın böyük əjdəhaya çevrildiyi zaman isə onun risalətin çatdırılması və Fironla görüşünə təsadüf edir və bu ayələr vahid zamana aid deyildir ki, iki müxtəlif mənalı sözlərin işlədilməsi ziddiyyət yaratsın. Onu da qeyd etmək lazımdır ki, hətta əgər bu iki təbir eyni zamana aid olsa belə yenə də ziddiyyət təşkil etmir. Çünki bir ayədə əsanın əjdəhaya çevrilməsini, digər ayədə isə kiçik ilana çevrildiyini bəyan edir ki, ərəb ədəbiyyatıni bilənlər bunların fərqlərini və ziddiyyət təşkil etmədiklərini başa düşürlər.
“Cann” lüğətdə nazik və cəld ilanlara deyilir. Başqa bir yerdə isə görünməyən vücuda deyilir. Belə ki, “can” kiçik ilanlara deyilir. Bu adlandırmanın səbəbi onun otların arasında görünmədən, sakit və cəld hərəkət etməsidir. “Seban” isə böyük əjdəhalara dyilir. Bu hər iki söz Qurani- kərimdə həzrət Musanın (ə) möcüzəsi ilə əlaqədar işlədilmişdir.
Bəlkə ilk baxışda ilanın böyük əjdəha və kiçik ilan kimi izah edilməsi ziddiyyət yarada bilər. Buna görə təfsirçilər bu ziddiyyəti aradan qaldırmaq üçün həll yolları irəli sürmüşlər. Məsələn: Təfsirlərin birində oxuyuruq: Nəml surəsinin 10- cu və Qəsəs surəsinin 31- ci ayələrində Musanın əsaını kiçik ilana çevrilməsini bəyan etmişdir. Bu Musanın (ə) peyğəmbərliyinin ilk illərinə təsadüf edir. Böyük əjdəha kimi işlədilən əsa isə Musanın (ə) risalətin çatdırdığı və Fironla görüşə təsadüf etdiyi bildirilir. Allah ilk başda Musanı (ə) bu möcüzə ilə tanış emək istəyir və ilk səhnədə kiçik və sonrakı səhnədə isə böyük ilan kimi zahir olur.[1] Buna görə Musanın möcüzəsi iki ayrı zamana və iki ayrı təbirə malikdir.
Amma belə görsənir ki, bu izaha ehtiyac yoxdur, çünki əgər bütün ayələr bir anda baş vermiş olsalar belə onlar arasinda ziddiyyət olmayacaqdir. Belə ki:
Əraf və Şüəra surələrində “Böyük əjdəha” kimi təbir olunmuşdur. Yəni, Musanın əsası qəfildən böyk əjdəhaya çevrilir. Burada həmçinin “fə isə hiyə” sözləri də işlədilir. Amma Nəml və Qəsəs surələrində isə “kiçik ilan “ sözü işlədilmiş, amma “fə izə hiyə” sözləri işlədilməmişdir. Həmçinin Musanın əsasının kiçik ilana çevrilməsini də bəyan etməmişdir. Belə bəyan edilir ki, əsa ilana çevrildikdən sonra sürətlə hərəkət etməyə başlamışdır. Onun hərəkəti kiçik ilana aid olduğundan və böyük və ağır ilanın hərəkəti aram olduğundan, əgər bir ilan hər iki xüsuaiyyətlərə sahib olarsa, bu möcüzənin daha da böyük olduğuna dəlalət edir. [2]
[1] - Məkarim Şirazi, Nasir, təfsire nümunə, cild 6, səh 283, darul kitabil islamiyyə
[2] - Təbərisi, Fəzl binəl Həsən, məcməil bəyan, cild 3 və 4, səh 705 və 706, darul mərəfə, çap 8