Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
O öz ustadı Məhəmməd ibni Yəhya Zəhəli tərəfindən həsədə məruz qalaraq, kafir hesab olunaraq cəmiyyətdən qovulmuşdur. Çarəsiz olaraq Nişabur şəhərini tərk etdikdən sonra Buxaraya getdi və orada da hakimlərin qəzəbinə tuş gəldi. Oradan isə Səmərqəndə üz tutdu bu səfəri zamanı anadan olduğu kəndə getdi, bir neçə gün sonra vəfat etdi. Onun 25 əsərə sahib olduğunu söyləyirlər ki, onlardan ən mühüm olanı Səhih Buxari kitabıdır.
Buxari iki İmamla (İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə) bir dövürdə olduğuna baxmayaraq, təssüflər olsun ki, o iki böyük şəxsiyyətdən heç bir hədis rəvayət etməmişdir; yalnız 29 hədis İmam Əli (ə)- dan və az bir miqdarda isə İmam Həsən Müctəba (ə) və İmam Baqir (ə)- dan rəvayət etmişdir. Baxmayaraq ki, sünnilərdən çoxu onu düz danışan və onun səhih kitabının Qurandan sonra ən böyük kitab olaraq qəbul edirlər, amma sünnilərin bəzi böyük alimləri, onu hədislərində möhkəm nöqsanların olduğunu bildirmişdirlər. beləliklə şiə hədisçiləri və alimləri də onda olan nöqsanları təyid edirlər.
Əbu Əbdullah Məhəmməd ibni İsmayil İbni İbrahim ibni Müğəyrə ibni Bərdəziyyə Cofi, Əl- Buxari, əhli sünnətin tanınmış hədis alimlərindən biridir. Onu "Cofi"- yə nisbət verməyin dəlili budur ki, ikinci babası, Müğəyrə Buxarının "Təman Cofi" hakimiyyətinin valisinin vasitəsiylə İslam gətirmişdir.
Müğəyrənin atası Bərdəziyyə (əkinçi) Zərdoşti olmuş və o dində də günyadan getmişdir. Bunun üçün də, Yaqut Həməvinin dediyi söz ki, demişdir Bərdəziyyə Buxara hakiminin əliylə müsəlman olmuşdur, sözü düzgün deyil. Buxarı hicri qəmərinin 194- cü ili şəvval ayının 13- də Buxari şəhərinin kəndlərindən olan "Xərtənh" kəndində dünyaya gəlmişdir. Uşaqlıq dövründə atasını itirmiş və anasının himayətində böyümüşdür. Səfdi və Xətib Bağdadi deyir ki, o uşaqlıq dövründə görmə qabiliyyətini əldən vermiş, amma anasının duası sayəsində bir daha ona nail olmuşdur.
Xətib Bağdadinin dediyinə əsasən, ,Buxari, güclü yaddaşa sahib olmuş və uşaqlıq zamanından Buxara şəhərində təhsil almağa başlamışdır və on yaşında olarkən hədis toplayıb hifz etməyə çalışmışdır. On bir yaşı olanda ustadı "Zəhəli"- nin bir hədisin sənədi haqqında dediyi səhvi düzəltdikdən, onu təəccübləndirir. Sünni mənbələrinin yazdığına görə, onun görüşündə olan hədis alimləri, yazdıqları hədisləri, onun əzbər dediyi hədislər arasında səhvlərini düzəldirdilər. on altı yaşında ibni Mübarək (vəfat 182- hicri qəməri) və Kəb ibni Cərahın (vəfat 197- hicri qəməri) kitablarını əzbərlədi və həmin il anasıyla birlikdə həccə getdi və hədis öyrənmək üçün Məkkədə qaldı.
On səkkiz yaşında Mədineyi Münəvvərə də (Peyğəmbərin qəbri kənarında) "Qəzaya əl- səhabə və əl- tabein və əqavilihim" kitabını yazdı. Deyilənlərə əsasən, Buxari hədis toplamaq üçün bir çox uzun səfərlər etmişdir.
O bir müddət Nişaburda hədis məclisləri təşkil etmişdir ki, çoxlu cəmiyyət burada iştirak edirdi. Mümkündür ki, bu iş "Məhəmməd ibni Yəhya Zəhəri"də (böyük hədis alimlərindən və Buxara ustadlarından biri) həsədə səbəb olsun; odur ki, Buxariylə düşmənçiliyə səbəb olur".
Zəhəli və bir çox mütəkəllimlər Quranın qədim olmasına qail idilər və öz müxaliflərini mürtəd bilirdilər. Amma Buxari, Quranın məxluq (sonradan yaranmasına) olmasına qail idi, bunun üçün də dindən azmasına müttəhim oldu. Və onun məclislərində iştirak etməyə qadağa qoyuldu. Müslim və Əhməd ibni Müsəlləmədən başqa bütün şagirdləri onun ətrafından dağıldılar, o da çarəsiz qalaraq Nişaburdan Buxaraya gedir. O bir müddət Buxarada qaldıqdan sonra hədis məclisləri təşkil edir. Xətib Bağdadi deyir: Xalid ibni Əhməd Zəhəri, şəhər hakimi, onu hədis bəyan etmək üçün öz sarayına dəvət etdi, amma Buxari qəbul etməyib dedi: Mən elmi xar və zəlil etmərəm və onu camaatın qapısı önünə aparmaram, əgər hakimin elmdən bir şeyə ehtiyacı vardırsa, məsciddə və yaxud mənim evimdə hazır olmalıdır. Onun bu işi hakimiyyət məmurlarına mənfi təsir qoydu ki, nətəcədə onu sürgün etdilər.
Səmərqənd camaatı, məktub yazaraq özü öz şəhərinə dəvət etdilər, Buxari onların dəvətini qəbul edib Səmərqəndə tərəf hərəkət etdi, amma Səmərqəndin yaxınlığında anadan olduğu kəndə çatanda öz qohumları onu öz evlərinə dəvət etdilər, o hicri qəməri ilinin 206- cı ili fitr bayramı günü vəfat etmiş və orada da dəfn olunmuşdur.
Əhli- sünnət, Buxarrinin fəzilətləri haqqında çoxlu mətləblər demişdirlər, bəziləri iddia edirlər ki, hədis elmində Buxaridən elmli bir şəxs yoxdur. "Müslim" deyir: Mən şəhadət verirəm ki, dünyada onun tayı- bərabəri yoxdur.
Buxari şiə İmamlarından (ə) vasitəylə və yaxud vasitəsiz, nadir hallarda hədis rəvayət etmişdir və öz səhih kitabında İmam Əli (ə) dan yalnız 29 hədis və az bir miqdarda hədis İmam Həsən (ə) və İmam Baqir (ə)- dan rəvayət etmişdir.
Tədqiqatçıların nəzərində, Buxarini əhli- sünnətin dörd məzhəbindən birinin və yaxud başqa məşhur məzhəblərin davamçısı olduğunu qəbul etmirlər; əslində o məxsus fiqhə etiqadı olmuş və öz nəzəriyyəsi əsasında ictihad etmişdir. Baxmayaraq ki, bəzi məzhəblərin davamçıları, onu öz məzhəblərinə tabe olmuş bir insan kimi tanıyırdılar. Misal üçün: "Səbki" onun adını öz kitabında və Şafei alimləri sırasında bilir və "Qazi ibni əbu Yəla" onu Hənbəli alimlərindən olduğunu iddia edir.
Buxarinin təlifləri:
Onun üçün 25 kitab onun əsərlərindən qeyd etmişdirlər ki, onlardan ən məruf olanları ibarətdir:
1. Tarixi Kəbir 40 hədis ravilərinin haqqında.
2. Tarixi- səğir.
3. Əl- Zuəfaul- Səğir.
4. Əl- Kuni kitabı.
5. Xəlqi Əfal əl- ubbad kitabı (cəhşiyyə firqəsinin rədd edilməsi mövzusunda).
6. Əl- ədəb əl- müsfrəd fil hədis.
7. Qəzaya əl- səhabə və əl- tabein və əqavilihim.
8. Təfsiri Buxari.
9. Əl- came əl- səhih (Səhih Buxari).
Səhih Buxari:
Bu kitab sünni məzhəbinin nəzərində məxsus etibara malikdir. Bəzilərinin iddasına əsasən, bütün İslam ümməti bunu qəbul edirlər ki, Qurandan sonra ən düzgün kitab Səhih Buxari" və "Səhih Müslim" kitabıdır. Amma bəzi sünni alimləri bu kitabın nəqd olunmasını irəli sürmüş və möhkəm iradlar etmişdirlər; misal üçün: "Hafiz Dirəqtəni" bir çox şübhələr "Səhih Buxari" haqqında mətrəh etmişdir ki, onlardan çoxu hədisin sənədində olan şəxsiyyətlərlə bağlıdır; misal üçün:
1. O hədislər ki, iki və yaxud çox sənəd vasitəsiylə rəvayət olunmuşdur, sənədin biri digərinə nisbət ki, çox ravi tərəfindən rəvayət olunmuşdur və ya bəzi rəvayətlərin əvəzində tamamiylə başqa şəxslərin adları gətirilmişdir.
2. Hədislər ki, rəvayət etmişdir, onların ravilərindən bəziləri tən[1] olunmuşdur.
3. Yalnız bir ravi tərəfindən "munfərid" rəvayətolan rəvayət ki, qəbul olunmayır, rəvayət etmişdir. (o rəvayətlər ki, müəyyən ravilər tərəfindən rəvayət olunmuş və heç bir kəs onu rəvayət etməmişdir).
Şiə alimləri tərəfindən də bir çox nəzəriyyələr Buxari haqqında irəli sürülmüşdür ki, onlardan bəzilərinə işarə edirik:
1. Şiə imamları və onların övladları vasitəsiylə hədis rəvayət etməsi; o halda ki, o, yalnız iki məsum İmam (İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)- la bir dövürdə yaşamışdır. Amma bir neçə İmam Əli (ə), İmam Müctəba (ə) və İmam Baqir (ə)- dan hədis rəvayət etmişdir. Bunun bərabərində, Nasibi və xaricilərdən rəvayət, Nəzir Əkrəmə, Ömər ibni Xəttab və Ürvə (ki, bir çox hədis alimləri onu cərh bilirlər). Buxarinin hədislərinin sənədlərində gəlmişdir. Şiə İmamları məşhur olduqları üçün və onların şagirdləri, xüsusiylə də İmam Baqir (ə) və İmam Sadiq (ə) Hicazda və İraqda daha çox idi, Buxari yalnız şiə hədis alimlərindən 20 nəfərin adınaişarə etmişdir.
2. Əhli- beytin (ə) məqam və fəzilətindən rəvayət etməməsi, o halda ki, sünni və şiə raviləri Peyğəmbər (s)- dən Əhli- beyt haqqında bir çox rəvayətlər nəql etmişdirlər, başqa sünni kitablarında hədsiz sayda çoxdur.
3. Buxarinin rəvayət etdiyi hədislərin sənədlərində naməlum şəxslərin olması və saxta hədislərin qəbul edilməsidir.
4. Hədislərdən bir çox hissəsində rəvayətin bəzi yerlərini qeyd etməmiş və yaxud bir çox yerlərdə təkrar olunmuşdur.
5. Hədislərin öz əsl sözlərini rəvayət etməyib, hədisin mənasını gətirmişdir ki,bu da hədislərdə öz şəxsi dərk və nəzəriyyəsinin nəticəsidir.[2]
[1] - Rical elmində istifadə olunan terminlərdəndir ki, şübhə mənasında işlədilir.
[2] - Bunu da qeyd etmək lazımdır ki, bütün mətləblər (Daneşnameye cahane İslam) kitabı, Doktor Qulaməli həddad Adilin nəzarəti altında, cild 2, Buxari kəlməsi, barəsindən götürülmüşdür. Əlavə məlumat üçün bu mənbəyə müraciət olunsun.