İnsanlar həmişə haqqın qarşısında tabe olmalıdır. Əlbəttə əgər ağıl və dinin göstərişlərinə əsasən sözün haqq və düzgün olması sabit olarsa, sözü deyənin kim olmasına diqqət etmədən onu qəbul etsinlər. Amma şübhəsiz ki, elmi faydalı insanlardan öyrənmək lazımdır ki, öz elminə əqidəsi olsun və həyatında ondan bəhrələnsin. Haqq sözü ona etiqadı olmayan şəxsdən öyrənmək və ya onun əməllərində müşahidə olunmursa, baxmayaraq ki, onun sözünün haqq olmasına zərər vurur, amma elm öyrənən şagirdin fikrində bəzi təsirləri qoyacaqdır ki, müəlliminin sözləri və əməlləri arasında fərq vardır.
Başqa bir tərəfdən mümkündür bu cür müəllimlər istəsinlər haqq və batili öyrətsinlər, lakin haqq və batil yolu öyrətməkdə düz yolu onlara öyrədə bilməsinlər. Dini təlimlərdən əldə olunan göstərişlər bunlardır ki, insan öz yol göstəricisini seçməkdə diqqətli olsun, lakin bununla belə, insanların şəxsiyyəti, onların düzgün və ya səhv danışmalarını bəyan etmir. İmanlı şəxslər əgər hikmətli sözlərdə imanlı olmayan şəxslərlə qarşılaşırlarsa, onun haqq olmasını təhlil etdikdən sonra, onu qəbul etməkdən çəkinməməlidirlər.
Cavabın əvvəlində, həyatımızda o şeylərlə ki, mümkündür onlarla qarşılaşaq onlardan istifadə edərkən iki sual yaranır:
Birinci sual budur ki, əgər sizin yaxın adamlarınızdan biri cinayətkar və narkotik və ya spirtli içkilərlə məşqul olan bir şəxs olsa, sizin övladınız ondan elmi sual etdikdə düzgün cavab alsa, siz övladınıza deyəcəksiniz ki, bu cavabı qəbul etmək olmaz; çünki bu cavabı verən şəxs pərhizkar və düzgün adam deyildir!?
Məlumdur ki, siz bunu etməyəcəksiniz; çünki doğru cavab hər bir şəxs tərəfindən olsa, düzgündür.
Bizim ikinci sualımız budur ki, əgər övladınızı elm öyrənmək üçün xüsusi bir müəllim yanına göndərmək qərarına gəlmisiniz, onu cinayətkar və narkotiklə məşğul olan bir şəxsin yanına baxmayaraq ki, alimdir göndərəcəksiniz, bəlkə mümkündür gələcəkdə bunun üçün sizində övladınız o yolu davam etdirsin bu işdən çəkinməyəcəksiniz?! İnanırıq ki, ikinci hissə cavabınız olacaqdır.
Rəvayətdə nəzərə çarpan ilk ixtilaf açıqladığımız iki suaı daxilində məlum olacaqdır:
- İslam nəzərində, haqq və həqiqəti tanımaq üçün söz sahibini və onun şəxsiyyətini o həqiqətin düz və ya səhv olması üçün ülgü qərar verilməməlidir. Bəlkə din və ağıl vasitəsiylə onu təhlil etmək lazımdır. Əgər nəticə əldə etsək ki, bu söz, məntiqli və hikmətli sözdür, söz sahibinə diqqət etmədən, onu qəbul etməliyik.
İslam Peyğəmbəri (s) buyurur: Elm arxasınca gedin, baxmayaraq ki, o elm yalnız Çində (ki, o dövrdə əl çatmaz ölkələrdən biri idi) əldə edə bilərsiz.[1] İmam Əli (ə)- da buyurur: Hər şəxs hikmət üzündən fikirləşib səninlə söhbət etsə, ondan qəbul et və onun sözlərinə diqqət et, nəinki sözü deyənə.[2] O Həzrət başqa bir yerdə buyurur: Hikməti hər bir yerdən mümkündürsə əldə et; çünki bəzi vaxt hikmətli fikir münafiq və iki üzlü insanların qəlbində özünə yer tutur, lakin həmişə hərəkət edir ki, onun dilindən çıxsın və son bəhrəsini imanlı insanlar görsün.[3]
Başqa cür desək; hikmət, imanlı insanların itmiş bir gövhəridir, onu hər bir yerdə hətta süst və pis fikirli insanların dilində belə axtarmaq lazımdır.[4]
Bu cür rəvayətlərdən bunu əldə etmək olar ki, haqq söz və hikmətli fikri mümkün olan hər bir vasitəylə əldə etmək lazımdır. O şəxs ki, bu yolda qədəm götürür, özü də fikir sahibi və onları təhlil etməyə qüdrəti çatsın. Bu barədə, həzrət İsa öz davamçılarına tövsiyə edir ki, digərlərinin sözlərini diqqətlə təhlil etsinlər.[5] Bilmək lazımdır sizin sualınızda olan sözü ki, Həzrət Əli (ə) ona işarə etmişdir (diqqət et nə deyir) ayə və rəvayətlərdən[6] istifadə olunur ki, qeyd və şərtsiz hər bir sözü qəbul etmək deyildir bəlkə digərlərinin dediklərinə diqqətlə nəzər salmağa əmr olunmuşdur.
- Amma başqa bir tərəfdən, İslam nəzərində, müəllim seçməyizimdə azad əməl edə bilərikmi və hər bir kəsi yalnız bu dəlil əsasında ki, elmli insandır, ülgü seçərək onun dediklərini və əməllərini öz həyatımızda yol göstərən çıraq kimi nəzərdə tutmalıyıq?!
Bu sualın cavabı mənfidir, çünki dinin inkişafı üçün təyin olunan göstərici və mülləmdə bir sıra ülgülər olmalıdır, o cümlədən o, alim olmalı, öz nəfsinə hakim, dinini qorusun, istəklərindən pərhiz etsin və yalnız Rəbbinin əmr etdiyi göstərişlər əsasında hərəkət etsin.[7] O müəllim ki, bu xüsusiyyətlərə malik deyildir, baxmayaraq mümkündür tələbələrinə hikmət öyrətsin amma həmişə bu ehtimal vardır ki, bü cür alim:
2- 1. Elmindən bir hissəsini ki, onun maddi mənafeiylə uyğundur, tələbələrin ixtiyarında qərar verməsin. Qurani- kərim bu cür alimə işarə edərək onları təhqir etmişdir.[8]
2- 2. Öz dediklərinə əməl etməsin, bu zaman tələbə bunun şahidi olacaqdır ki, müəllimi öz dediklərində payidar deyildir, psixoloji cəhətdən bu fikir onda yaranacaqdır ki, mümkündür bu sözlər düzgün olmasın, odur ki, öyrəndiyi hikmətlərdən bəhrələnə bilməyəcəkdir.
Zilqərneynin vəsiyyətində bu iki nöqtəyə işarə olunmuşdur: Elmi o şəxsdən öyrənməyin ki, özü bəhrələnməmişdir; çünki o elm ki, öz sahibi üçün faydalı olmamışdır, sizə də heç bir fayda verə bilməz.[9] İsa Məsih də bu barədə buyurur: Dünyapərəstlik dinin xəstəliyidir. Alim isə dinin həkimi. Buna əsasən əgər görsən ki, həkim özünü bilərəkdən xəstələndirir, ona qarşı pis fikirdə olacaqsınız və bilin ki, başqaları üçün də ürək yandırmayacaqdır![10]
2- 3. Bunların hamısından qorxulu budur ki, mümkündür o bir həddə elm və hikmətə yiyələnmişdir lakin özünü tərbiyə etməkdə heç bir hərəkət etməmişdir, odur ki, daha qorxuludur və insanlara daha çox zərər yetirə bilər. O öyrəndikləriylə haqq və batildən bir yol qərar verərək şübhə doğura bilər və zahirdə məntiq əsasında insanların doğru yoldan haqsızlığa aparar.
Allah- Taala bu cür alimə xitab edərək buyurur: Haqq və batili bir- birinə qatmayən ki, bu vasutəylə həqiqəti gizli saxlayasınız.[11]
Həzrət Əli (ə) dərdli bir açıqlamada bəyan edir ki, iki dəstə mənim belimi sındırdılar; bir dəstə fəqirlər ki, dinin dilindən məlumatları vardır və digər bir dəstə isə cahil və zahirə inanırlar...Mən Peyğəmbərdən (s) eşitdim ki, ümmətimin nanud olması iki üzlü münafiqlərin vasitəsiylə olacaqdır ki, dinin dilindən məlumatları vardır.[12]
Bu cür insanların nümunəsini Xəvariclərin arasında tapmaq olar ki, Quran ayəsində istifadə edərək[13] O Həzrətlə qarşı- qaşıya durmuşdular və O Həzrət ayəni sual altına aparmadan bəyan etmişdir ki, bu söz haqdır lakin öz səhv məqsədlərinizə çatmaq üçün ondan istifadə olunmuşdur.[14]
Bu ehtimallara əsasən, bizim rəhbərlərimiz tövsiyə edirlər ki, müəllim və yol göstərən seçdiyiniz zaman diqqətli olun ki, imanı zəif olan alimlər vasitəsiylə Bəzi çətinliklərə düçar olmayasınız.
Belə olduqda ədalət yolundan çıxmaq olmaz və bu cür insanlardan eşidilən düzgün və haqq sözlərlə müxalifət etmək düzgün sayılmır. Başqa cür desək bu iki dəstə rəvayətlər bir- birinin ziddinə deyil bəlkə bir- birini tamamlayırlar.
[1] - Herr Amuli, Məhəmməd ibni Həsən, Vəsailüş- şiə, cild 27, səh 27, hədis 33119, Alul- beyt müəssisəsi, Qum, 1409 hicri qəməri
[2] - Təmimi Amədi, Əbdülvahid ibji Məhəmməd, Ğurərul- hikəm və durərul- kəlam, səh 58, hədis 612, Dəftəre təbliğate İslami nəşriyyatı, Qum 1366, hicri şəmsi
[3] - Nəhcül- bəlağə, səh 481, hikmət 79, Darul- hicrət nəşriyyatı, Qum.
[4] - Həmin, hikmət 80
[5] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 2, səh 96, Hədis 39, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri
[6] - Maidə surəsi, ayə 85; Ənam surəsi, ayə 65 və...
[7] - Vəsailüş- şiə, cild 27, səh 131, hədis 33401.
[8] - Bəqərə surəsi, ayə 146, 159, 174 və...
[9] - Biharul- ənvar, cild 2, səh 99, hədis 53
[10] - Vəsailüş- şiə, cild 20, səh 25, hədis 24938
[11] - Bəqərə surəsi, ayə 42; Ali- imran surəsi, ayə 71
«و لا تلبسوا الحق بالباطل و تکتموا الحق و أنتم تعلمون»
[12] - Şeyx Səduq, Əl- Xisal, cild 1, səh 69, hədis 103. Camee müdərrisin nəşriyyatı, Qum, 1403, hicri qəməri
[13] - Ənam surəsi, ayə 57; Yusif surəsi, ayə 4 və 67
«إن الحکم إلا لله»
[14] - Nəhcül- bəlağə, səh 82, xütbə 40
«کلمة حق یراد بها باطل»