İmam Əlinin (ə) hədisində Allahın bəsirət gözü ilə görülməsi bəyan edilmişdir. Allahın görülməsi kəlam elmində bəhs edilir. Buna görə burada düzgün fikir bəsirətlə görmə qəlbi təcəlli və adi gözlə görmədən fərqlənir ki, bu Allah barəsində imkansızdır. Amma bəsirət gözü ilə görmə yaxud da həmin Ləqallah baş verə biləcək iş kimi kamil İlahi övliyaların məqamına aiddir ki, burada Allahın təcəlli görülməsi Allahın zatının deyil, Allahın zati sifət və adlarının zahir və gözəlliyinin görülməsidir.
Bu görmə Allah təalaya şühud elmidir ki, rəvayətdə o qəlbi görmə kimi bəyan edilmişdir. Allahı qəlbi tanıma həmin Haqq təalanın təcəllilərinin şühududur. İrfanda bu müxtəlif mərhələlərə malikdir ki, sonda fəna və bəqadır ki, Allahın zatının təcəllisi ilə sona çatır.
Burada bəyan edilən sual budur ki, şühud yaxud qəlbi görmə məsələsinin «لا اله الا الله» “La İlahə illəllah” cümləsinin məzmunu və tovhid ilə nə kimi əlaqəsi vardır.
Cavab budur ki, Allahdan savayı İlah yoxdur cümləsində tovhid və şəhadətdə ixlasın ölçüsü mərifətin (tanıma, bilik, elm) özünün istəyi ilə olmalıdır. Sırf şəkildə təqlid və ləfzi bəyanla olmamalı və əməli tovhidin dərəcəsi hər bir şəxsdə qeri İlahın inkar və Allahın isbat dərəcəsi onun vücudunda olmasından aslıdır. Başqa sözlə tovhidin mərtəbəsinin belə ixlası Yarandiği zaman, İlahi təcəllilər sluk edənin qəlbinə daxil olacaqdır.
Bəsirət gözü ilə Allahın görülməsi İmam Əlinin (ə) sözlərində qeyd edilimişdir. Bu kəlam bəhslərinə aiddir. “Görmə” məsələsi islamın ilk illərində mütəkəllimlər arasında mübahisələrə səbəb olmuş və müxtəlif fikirlər irəli sürülmüşdr.[1]
Qurani- məciddə bir çox yerlərdə «لقاء الله» “ləqallah” sözü və Allah təalanın vücuduna nəzər yetirmək kəlmələri işlədilmişdir. Əksər rəvayət kitablarında da bu müstəqil fəsl kimi bəayn edilərək, bunun inkar və ya isbat edilməsi üçün bir çox rəvayətlər nəql edilmişdir. Buna görə İslam firqələri arasında müxtəlif nəzərlər yaranmışdır. Amma bununla yanaşı gözlə görmə qəlbi təcəlli və bəsirətdən fərqlidir və Allah təala üçün mümknsüzdür. Lakin qəlbi görmə yaxud Ləqallah İlahi kamil övliyaların çatdığı məqam olmuş və Allahın təcəlli görülməsi dedikdə Allah təalanın gözəllikləri, ad və zati sifətləri nəzərdə tutulmuşdur. Bu görmə həmin Allahı şühudi tanımadır (mərifət) ki, rəvayətlərdə qəlbi görmə kimi bəyan edilmişdir.
Həmçinin Əmirəl Möminin Əlidən (ə) belə bir rəvayət nəql edilir ki, buyurmuşdur:
«ما کنت اعبد رباً لم اره، قال و کیف رأیته، قال ویلک لاتدرکه العیون فی مشاهدة الابصار و لکن رأته القلوب بحقائق الایمان»
“Mən görmədiyim Allaha ibadət etmədim. Soruşdular ki, necə Allahı gördünüz? Buyurdu: Gözlər Onu görməz. Lakin qəlblər Onu iman həqiqətləri ilə görür.”[2]
Allahın qəlbi tanınması (mərifəti) həmin Haqq taalanın təcəllilərinin şühududur ki, İrfanda müxtəlif mərtəbələrə malikdir ki, sonda “fəna və bəqa”- dır ki, Allahın zatının təcəllisi ilə sona çatır.
İlahi təcəllilərinin mərtəbələri barəsində ən geniş yayaılmış bölgü bunlardır: zati təcəlli, sifati və əfali təcəlli. Zati təcəlli ən yüksək mərtəbə hesab edilir və iki növə bölünür: rübubiyyət təcəllisi və iluhiyyat təcəllisi.[3]
Ariflərin qeyd etdiklərinə əsasən həzrət Musada (ə) tur dağında baş verən təcəlli, ilhiyyət təcəllisi yox, rəbubiyyət təcəllisi idi. Çünki iluhiyyət təcəllisində bəndənin bütövlükdə fani olması şərtdir və bəqa ilə ilhuyyət şühudu ilə bu mümükün deyil. Bu izahlarla qeyd etmək olar ki, Haqq təalanın gözlə görülməsi imkansız olmasına baxmayaraq, təcəlillərdə haqqın fellər, sifətlər və zatının şühudunun qəlbi görülməsi təsəvvür olunandır.
Buna görə qəlbi şühud müxtəlif mərtəbələrə sahibdir ki, süluk və irfani məqamlarda zahir olur. Lakin bəzi qaranlıq pərdələrin kənara çəkilməsinə baxmayaraq, Allah təalanın zatının iluhi təcəllisi süluk edənin tələb etməsindən savayı qeyri- mümkündür. Buna görə «لن ترانی» “lən tərani”[4] müraciəti qəlbi görməni inkar etmir. Həmçinin arflərin dediklərinə əsasən Peyğəm (s) tam kəşf sahibi olmuş və zati iluhiyyat təcəllisini əldə etmişdir.
Həmçinin İbn Ərəbi bu barədə belə yazır: Zati təcəlli iki növdür: Rübubiyyət təcəllisi və iluhiyyət təcəllisi. Rübubiyyət təcəllisi Musaya (ə) tur dağında baş verdi. Baxmayaraq ki, dağ dağıldı və Musa huşunu itirdi. Amma iluhiyyat təcəllisi İslam Peyğəmbərinə (s) məxsusdur ki, bu təcəllinin nəticəsində onun varlığı İluhiyyatın zatında fani oldu. Belə ki, ona vəhy olundu: “ kəslər ki, sənə beyət edirlər, həqiqətdə Mənə beyət olunmuş sayılırlar.”[5]
Burada sual bəyan edilir ki, şühud yaxud Allahın qəlbi görülməsi ilə «لا اله الا الله» “la İlahə İlləllah” cümləsinin məzmunu və tovhidin nə əlaqəsi vardı?
Bu sualın cavabı deyilənlərdən aydındır ki, insanın bütün əfal, sifətlər və zat təcəllilərinin ölçüsü varlıın etibarını özündən kənarlaşdırsın və əfali, sifati və zati tovhiddə əməli kamala çatsın və beləliklə təcəlli mərhələləri də onda baş verəcəkdir.
Buna görə tovhiddə ixlasın əməli ölçüsünün baxışı və Allahdan savayı İlahın olmamasına şəhadət vermək, mərifətin özünün istəyi ilə baş verməlidir, nəinki sirf təqlid yaxud da dildə bəyan etməklə. Hər bir şəxsdə əməli tovhidin dərəcəsi ilahın inkarı və Allahın qəbul edilmə ölçüsündən aslıdır. Başqa sözlə belə tovhidin mərhələlərində belə ixlas yarandığı zaman İlahi təcəlli də suluk edəndə baş verəcəkdir.
Həmçinin tovhidin ən yüksək mərhələsi həmin vücudi tovhid olduğundan burada Allahdan qeyrisinin varlığı və vücudu inkar edilir (ariflərin vücud vəhdəti). Belə ki, sonda fani olduğdan və bəndənin varlığında baş verdikdən sonra, zati iluhiyyat təcəllisində bəhs edildiyi kimi ən yüksək təcəlli mərtəbəsinə çatır.
Buna görə Haqq təalanın qəlbi şühudu insan növünün təkmilləşmə yolunun əsas məqsədidir ki, yalnız fikri dəlil yolu ilə əldə edilmir. Lakin insanın hərəkət yolu və məad həmin məqsədi başa düşür. Necə ki, Qurani- kərim bu barədə belə buyurur:
«یا ایّها الانسان انّک کادحٌ الی ربّک کدحاً فملاقیه»
“Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan. “[6]
[1] - Dairətul məarif, təşəyyuh, cild 8, səh 404, 408 və 409, şəhid Höccəti nəşri, Tehran, 1379.
[2] - Kafi, cild 1, səh 97, darul məktəbil İslamiyyə, Tehran, 1365.
[3] - Böyük İslam dairətul məarifi, cild 14, səh 589 və 590. Böyük İslam dairətul maarifi nəşriyyatı, birinci çap, 1385.
[4] - Əraf surəsi, ayə 143.
[5] - Rəsaile İbn ərəbi, risalətul ğusiyyə, səh 29, Mail Həruyi, Tehran Mola nəşriyyatı, 367.
[6] - İnşiqaq surəsi, ayə 6.