Həzrət Zeynəbin (s) qəbri barəsində 3 ehtimal vardır[i]: Mədinə, Şam və Qahirə. Bu üç ehtimaldan hər birinin öz tərəfdarları vardır. Onlar öz nəzərlərinin təsdiqi olaraq dəlillər gətirirlər. Həzrət Zeynəbin (s) dəfn olunduğu yeri dəqiq təyin eləmək mümkün olmasa da yenə də demək olar ki, bu ailəyə aid olan məkan və ziyarətgahların hər biri Allahı zikr eləmək üçün, insanın islah olunması üçün, Əhli- beyt və şəhidlərə yetişmək üçündür. Əhli- beytin dəfn olunduğu yer harda olursa-olsun onların xatirələri aşiqlərin qəlbində həmişə yaşayır.
Həzrət Zeynəbin dəfn olunduğu məkanın harda olması barəsində 3 ehtimal var:
Mədinə, Şam və Qahirə.
Əsas tarix yazarlar onun qəbrinin Şam və Qahirədə olduğunu deyirlər.
Bəzi tarix yazarlar və Yəhya bin Həsən Hüseyni Übeydəli Ərəci “Əxbar Zeynəbiyyat” kitabında deyir: Həzrət Zeynəb Misirdə dünyadan köçüb.[1] Bəzi digər tarix yazarlar və Hüseyn Sabiqi “Əqilə Zeynəb” kitabında yazır ki, onun qəbri Şam və Dəməşqdədir.[2]
Bəzi yazıçılar və Doktor şəhidi Fatimənin (s) həyatı adlı kitabında Həzrət Zeynəbin qəbrinin qətiyyətlə Mədinə, Şam və Misir arasında olduğunu təkid edir.[3]
Həzrətin qəbrinin Misirdə olduğunu deyənlər nəql edirlər ki, Kərbəla karvanında yerdə qalanlar Şamdan Mədinəyə gəldikdə Mədinənin abı- havası dəyişir.
Mədinə hakimi Yezidə məktub yazıb Mədinədə baş verən vəziyyət barəsində, Həzrəti Zeynəbin (s) camaatı oyatmağı barəsində məlumat verir. Yezid cavabında yazır ki, Zeynəbi (s) Mədinədən xaric edin. Mədinə hakimi Zeynəbin Mədinədən çıxıb getməsini təkid edir. Nəhayət Həzrət Zeynəb (s) Mədinədən Misirə hicrət edir. Misir hakimi və əhalinin çoxu onu qarşılayır. Həzrət Zeynəb (s) bir il sonra Qahirədə dünyadan köçür.[4]
Bəziləri deyirlər ki, Həzrət Zeynəbin məqbərəsi Şamdadır. Deyirlər ki, Mədinə hakimi Həzrəti Zeynəbin (s) oradan çıxmasını təkid etdikdən sonra o Şama gedir. Başqa bir rəvayətlərə əsasən Yezidin qoşunu tərəfindən 62- ci ildə Mədinədə baş verən kütləvi qırğından sonra Abdullah bin Cəfər həyat yoldaşının dərdi təzələnməsin deyə, qəmi, kədəri azalsın deyə və o zaman Mədinədə kütləvi şəkildə yayılan vəba xəstəliyindən amanda qalsın deyə onu Şama doğru aparır. Həzrət Zeynəb (s) xəstələnib dünyadan köçənə qədər orda qaldılar. Həzrət Zeynəbdən (s) sonra Həzrət Əlinin (ə) başqa həyat yoldaşından olan qızı Ümmü Külsüm əvvəllər Zeynəbi- suğra adı ilə məşhur olmağına baxmayaraq Zeynəbi kübra adı ilə məşhurlaşıb Misirə gedir.[5]
Həzrəti Zeynəbin qəbrinin harada olması dəqiq məlum olmasa da yenə də demək olar ki, Nur surəsi 36-cı ayənin misdaqıməhz o ziyarətgahlardır: “Bu çırağ o evlərdədir ki, Allah onun divarlarının ucaldılmasına izn verib.(ki, şeytanın əlindən uzaq və amanda olsun”...[6] Onlara məxsus olan hər bir məkan Allahı zikr eləmək, islah olmaq və Əhli-beyt və şəhidlərinə yetişmək üçün ən uyğun məkandır. Onlar harda dəfn olunurlarsa- olunsunlar aşiq camaatın qəlbində daim yaşayırlar.
Daha çox məlumat əldə eləmək üçün “Həzrət Zeynəbin dəfn olunduğu yer” barəsində olan mətnimizə müraciət edin.
[1] - Übeydəli nəsabə, Əxbari Zeynəbat, səh 115- 122.
[2] - Sabeqi Şeyx Məhəmməd Hüseyneyn Mərqəd əqilə Zeynəb ə., Şeyx Məhəmməd Hüseyn, səh 45.
[3] - Şəhidi, Seyyid Cəfər, Fatimeyi- Zəhranın (s) həyatı, səh. 161- 162.
[4] - Übeydəli Nəsabe, Əxbar Zeynəbat, 115- 122
[5] - Şeyx Cəfər Nəqdi, Zeynəbi Kübra, Nəql əz setaregane derəxşan, cild 2, səh. 183- 184.
[6] - Nur surəsi, ayə 36.
«في بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ...»