Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın piyini, ətini və sair. vursalar yenə də yuxarıda qeyd etdiyimiz şəkildə kamil surətdə ondan istifadə etmək olar. Amma bunun əksinə olarsa onun yeyilməsi və istifadəsi haramdır.
Deməli, jelenin və kiselin haram və ya halal olması onun tərkib hissəsindən aslıdır.
Kiselin müxtəlif növləri vardır. Amma onun halal və haram olmasının onun aksiz markasına və şirkətinə dəxli yoxdur. Əksinə kiselin halal və haram olması onun tərkibinin nədən hazırlanmasından aslıdır. Əgər onun hazırlanmasında təbii bitkilərdən və miniral maddələrdən istifadə olunubsa halal və hər növ istofadəsi icazəlidir. Amma onun tərkib hissəsində haram və əti nəcis olan heyvanlardan istifadə olunmağında ehtimal verilərsə istifadəsi haramdır. Həmçinin əti halal olan heyvandan istifadə olunarsa və heyvan şərii yolla kəsilərsə kisel pak və istifadəsi halaldır.
Əgər kiselin hazırlanmasında əti haram olan heyvanın əczasından istifadə olunarsa və istifadə zamanı o əcza kamil surətdə aradan gedərsə kisel halal olur. Amma aradan getməzsə hələ də onun əsəri onda bilinərsə istifadəsi haram olur. Əti halal və şərii yolla kəsilməyən heyvanlardan istifadə etməyin də hökmü eyni ilə belədir.
Ümumiyyətlə kiselin yeyilməsində əsas şərt onun tərkibindəki maddələrin halal və ya haram olmasından aslıdır.
Amma xarici ölkələrdən kisel və jelelərin tərkib hissəsi məlum olmazsa və ya onda şəkk hasil olarsa aşağıda qeyd olunan surətdə ondan istifadə etmək lazımdır.
1). Onun tərkib hissəsinin bitkilərdən və təbii minerallardan olmasını bilirik. Amma nəcasətin olub- olmamasında şəkk edilir. Bu zaman onun istifadəsi halaldır. Yəni pak hökmündədir.[1]
2). Heyvandan və bitkidən hazırlanması məlum olmayan halda yenə də pak və yeyilməsi halaldır.
3). Heyvan ətindən istifadə olunması məlumdur. Amma heyvanın şəri yolla kəsilməsi məlum deyil. Belə olan halda əgər o heyvanın əsəri onda bilinərsə haram və bilinməzsə (yəni kamil surətdə aradan gedərsə) halal və pakdır.[2] Yəni bu məsələ heyvan ətindən istifadə etdiyiniz kimi hökm verəcəyik. Belə ki, şərii yolla kəsilmiş əti halal olan heyvanın əti halal və bunun əksinə olarsa haramdır.
Sual: Donuz sümüyündən hazırlanmış kisel haramdırmı?
Ayətullah həzrət Xamineyinin cavabı:
Əgər bilsəniz ki, kiselin tərkibində və onun hazırlanmasında donuzun əzalarından istifadə olunub yeyilməsi haramdır. Müsəlman bazarından alınıb satılan və tərkibi halal olan kisellər pak və yeyilməsi caizdir.[3]
Sual: Xarici dövlətdən kisel almışam. Amma tərkibində donuz əczasından olub- olmamasından xəbərimiz yoxdur. Ondan istifadə etmək olarmı?
Ayətullah Sistaninin cavabı:
Əgər məlum olmasa ki, tərkibində hər hansı bir heyvanın əczası var ya yox istifadə etməyin eybi yoxdur.[4]
[1] - Bax: İmam Xomeyninin istiftaatı, cild 1, sual 259, 260, 261, 262 və 263
[2] - Yenə də ora, sual 252, 253, 254, 255 və 256
[3] - http://www.nahad.net/Q_A/questionsDetail.asp?code=8172
[4] - http://Hozeh.tebyan.net/qa/html/qa/sistani/khordan.html