İmam Xumeyni (rəh) İslamşunas və arif bir şəxs olaraq, insanlar və cəmiyyətlərin xoşbəxtliklərinin hamısının mənbəyini, onların Allaha diqqət edib və Onun əmrlərini icra etmək üçün çalışmaqda bilir. Bunun qarşısında, bədbəxtliklərin başlanğıcını onların Allahpərəstlik əvəzinə özünə pərəstişə üz tutub axirət əvəzinə dünyanı ilk hədəf seçmələri zamandır.
Əkbəttə, O, dini məsələləri yaymaqda və onu cəmiyyətdə möhkəmləndirməkdə, hökmlərin və təlim- tərbiyə ocaqlarının mühüm rolujnu unutmayıb, dəfələrlə bu məsələyə təkid edib və onları xalqları xoşbəxt və ya bədbəxt etməklə təsirli sayırdı.
Cavab verməzdən əvvəl diqqətinizə çatdırmaq istəyirəm ki,maddi həyatda xoşbəxtlik və bədbəxtlik, şadlıq və qəmginlik və... kimi ümumi məsələlər üçün xüsusi bir mənşə və başlanğıc nəzərdə tutmaq olmaz. Məsələn əgər bir vaxt desəniz ki, xoşbəxtliyinin hamısı universitetə qəbul olan zamandan başladı və ya bütün problemlərim evimin olmamasından qaynaqlanır, bu halda həqiqətən hər tərəfinə işarə etməyib, əksinə bu dünyadakı xoşbəxtlik və ya problemlərimizin səbəblərindən birinin deyibsiniz. Amma arif insanın mənəvi həyatında xoşbəxtliyin tək meyarı, Allahın razılığını cəlb etməkdir. Bunun qarşı tərəfi, insanı ondan uzaqlaşdıran hər şey, bədbəxtliyin mənşəyidir, baxmayaraq ki, zahirdə və maddi baxışda, xoşbəxtlik yaradan sayılsa da.
Bu girişlə sualınıza qayıdırıq:
İmam Xumeyni (rəh) maddi dünyanın göz qamaşdıran cəilvələrinə diqqət etməzdən qabaq, öz cəmiyyətinin mənəvi inkişafına çatmasını düşünən bir rəhbər idi. Ona görə də, danışıqlarının çoxunda, xoşbəxtlik və bədbəxtlik səbəbi kimi elan etdiyi şey, insana Allaha yaxın və ya uzaq edən şeydir.
O, səadət və xoşbəxtlik barəsində buyurur: "Dünya və onun bər- bəzəyinə arxa çevirib və ömürlərini təqva və zahidliklə keçirən insanlar nə qədər xoşbəxtdirlər..."[1]
Ona görə də, insanı Allaha doğru hidayət edən şəxslərə tabe olmağı, xoşbəxtliyin bir səbəbi sayır.
Çünki; insdan hər şeyə ehtiyacı olan bir toplum kimidir. Peyğəmbərlər insanın bütün ehtiyaclarını insan üçün açıqlamağa gəliblər ki, əgər insan əməl etsə, kamil xoşbəxtliyə yetişər".[2] Davamında, Quranın buyurduqlarına əməl etməyi, insanlar xoşbəxt olma səbəbi sayır:" Quran əgər bir xalqın kitabı olsa, o millət xoşbəxt olar. Əgər Quranın bəzi ayələrinə əməl etsək, xoşbəxt olarıq".[3]
Bunun qarşı tərəfində, Onun fikrincə, səqəleyn (Quran və itrət) təlimlərindən uzaq olmaq, bədbəxtliklərin başlanğıcı kimi nəzərə alınır:" Bizim xalqımızın bədbəxtliyi, millətimizin Qurandan, Allahın hökmlərindən və İmam Zamandan ayrıldıqları zamandır".[4]
Bildiyiniz kimi, İslamın ilk təlimlərindən biri, maddi dünyaya bağlı olmamaqvə nəfsin istəklərini ayaqlamaqdır. Allah Quranda buyurur: "Şübhəsiz bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların, qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir".[5] Digər bir yerdə,Peyğəmbərə (s) xitab edərək buyurur: "Qəlbini bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!"[6]
İslamın əsaslarını dirçəltmək yolunda çalışan İmam Xumeyni (rəh), ayə və rəvayətlərdən götürülən bu nəsihətləri cəmiyyətə çatdırırdı. O övladına etdiyi bir nəsihətdə, onu dünyaya məhəbbət və özünü bəyənməkdən çəkindirir:" Oğlum! Pislənən və bütün xəta, səhv, bədbəxtlik və jəlakətlərin əsası və mənbəyi, nəfsə məhəbbətdən qaynaqlanan dünya sevgisidir."[7] Digər yerdə buyurur: "Hər bir insanın bədbəxtliyi, onun maddiyyata bağlılığıdır. Nəfsin maddiyyata diqqəti və ondan asılı olması, insanı insanlar karvanından saxlayır".[8]
Bu İlahi təlimləri yalnız layiqli və özünü islah etmiş müəllimlərlə cəmiyyətə çatdırıb və onları mədəniyyət və adət formasına gətirmək olar. Ona görə də, o çox yerdə, cəmiyyətin xoşbəxtlik və bədbəxtliyində təlim tərbiyə və mədəniyyətin rolunu xatırlayır:" Xoşbəxtlik və bədbəxtliyin hamısının hədəf və məqsədi məktəblərdən başlayır və onun açarı müəllimlərin əlidir."[9] "Mədəniyyət, xalqların bütün xoşbəxtlik və bədbəxtliklərinin başlanğıcıdır. Əgər mədəniyyət saleh və yaxşı olmasa, qeyri saleh mədəniyyətdə tərbiyə alan cavanlar, gələcəkdə fəsad törədəcəklər."[10]
Bir məsələyə də diqqət yetirmək lazımdır ki, cəmiyyətdə dini təlimlərin möhkəmlənməsi üçün, mədəniyyət və adət formasını yaratmaq, o zaman daha asan olacaq ki, xalqların idarəçiliyini öhdələrinə götürən və ya beynəlxalq cəmiyyətin başında dayanan şəxslərin lazımi səlahiyyətləri olmalıdır. Belə olmadıqda, insanların şəxsi həyatlarında inkişaf və özünü islah yolunun tamamilə bağlanmasına inanmaq olmasa da, lakin İslam hökmlərinin icrasının ictimai həyatda problemlərlə üzləşəcəyi məlumdur.
İmam Xumeyni (rəh), söhbətlərində bəzən cəmiyyətlərin xoşbəxtik və bədbəxtliyində hökumət və güclərin roluna işarə edir:
- "Xalqların xoşbəxtlik və bədbəxtlikləri bir neçə işə bağlıdır ki, onların ən mühümlərindən biri, hakim dairənin səlahiyyətli olmasıdır".[11]
- "Bizim bədbəxtliklərimizin hamısı, Amerika Şurəvi, (SSSR) və İngilisdir."[12]
- "Bizim bədbəxtliklərimizin hamısı, şah və padşahlıq rejimindəndir."[13] Və...
Buna əsasən, nəticə ala bilərik ki, İmam Xumeyninin (rəh) baxışında, insanlar və xalqların xoşbəxtliklərinin hamısının mənbıyi, onların İlahi yolda irəliləməsindəndir. Bədbəxtliklərin başlanğıcı da, onların Allah pərəstlik əvəzinə özünə pərəştişə üz tutub və axirət əvəzinə dünyanı ilk hədəf seçdikləri zamandır. Bu istiqamətdə, hökumətlər cəmiyyətlərin mədəniyyətləşməsində təyin edici rolu olan təlim və tərbiyə sistemləri ilə birgə, onların xoşbəxtlik və bədbəxtliklərində xeyli təsirli ola bilərlər.
[1] - Səhifeyi İmam cild 17, səh 49
[2] - Həmin, cild 4, səh 190
[3] - Həmin, cild 10, səh 533
[4] - Həmin, cild 7, səh 460
[5] - unus surəsi, ayə 7- 8:
«إِنَّ الَّذينَ لا يَرْجُونَ لِقاءَنا وَ رَضُوا بِالْحَياةِ الدُّنْيا وَ اطْمَأَنُّوا بِها وَ الَّذينَ هُمْ عَنْ آياتِنا غافِلُونَ. أُولئِكَ مَأْواهُمُ النَّارُ بِما كانُوا يَكْسِبُون»
[6] - Kəhf surəsi, ayə 28:
«وَ لا تُطِعْ مَنْ أَغْفَلْنا قَلْبَهُ عَنْ ذِكْرِنا وَ اتَّبَعَ هَواهُ وَ كانَ أَمْرُهُ فُرُطا»
[7] - Səhifeyi İmam, cild 16, səh 2113
[8] - Həmin, cild 8, səh 267
[9] - Həmin, cild 7, səh 429
[10] - Həmin, cild 3, səh 306
[11] - Həmin, cild 5, səh 314
[12] - Həmin, cild 6, səh 28
[13] - Həmin, cild 5, səh 310