"Himəti mütəsliyə"nin bu barədə nəzəri budur ki, "zatlar ibtidai mərhələdə qeyri müəyyən şəkildə mövcud olurlar. Sonra isə yaradılış qanunlarına uyğun olaraq cismlənərək müəyyən olurlar. Üçüncü mərhələdə isə insan olaraq fərqli olaraq fəaliyyət göstərirlər".
İnsanın zatı mənəvi və maddi qolda daşıyısı olaraq ilk yaradılışdan insanla birlikdə olurlar.
Adətən maddi qol deyəndə insanın təbiətdə və tinəti (torpaqdan yaranmaq) və mənəvi qol deyəndə onun ruhu və fitrəti nəzərdə tutulur.
İnsanın zatı, mümkündür onun ideal və fikirlərinin bəhrə mənbəyi olsun. Amma onun insanın rəftarında olan təsiri onun ixtiyarını nəzərə almaq şərti ilə icbaridir. Yəni istər- istəməz insanın bütün əməllərində təsirlidir.
"Zat" sözü müxtəlif mənalı olmaqla yanaşı fəlsəfə elmi terminində də özünə məxsus nəna daşıyır. Beləki, fəlsəfə elmində "mahiyyət" və "zat" sözünün xüsusi mənaları vardır ki, bu mənalar digər elmi terminlərdən olduqca fərqlidir.
Belə deyilir ki: "Hər bir vücudun əslinə və əsasına onun zatı deyilir".[1]
Bəzəndə zatın "diri müdrik, eşidən, görən və aqil, olduğunu deyirlər.[2] Əlbəttə bütün bunların nəfsdə olduğunu iddia edirlər.
Nəfsin tərifində deyilir: Nəfs ruhi cövhərdir (substotional) ki, öz zatına bağlıdır. (Yəni bu vücudu kimdənsə almışdır. Qaim be nəfs. Amma daim cismlə birgə olduğu üçün onunla birgə adlanır. Məsələn: Atəş yandırıcı bir cövhərdir. Əgər bir dəmiri onunla bərabər qoysan özü kimi onu da qızdırar.[3]
Nəfs məsələnin əsil hədəfində İlahinin mənəvi nurlarından biridir ki, onun məşriqi və saçması Allah, məğribi və sönməsi qaranlıqdır.[4]
Hikməti mütaliə kitabının bəyanına əsasən zatlar ibtidai şəkildə cəm formasında omuşdur. Sonra isə yaradılış vasitəsi ilə təşəxxös (seçilir) tapır. Daha sonra isə öz şəxsiyyəti ilə fərdə çevrilərək fəaliyyətə başlayır.
«جسمانیة الحدوث و روحانیة البقا»[5]
Amma "zat sözü ümumi insanların arasında zatdan ələ gələn xüsusiyyatlar toplusudur. Bundan əlavə insanın zatı iki qoldan araşdırılır:
A). Maddi və təbii qol. Əsasən buna "finiyyət" də deyirlər.
B). Mənəvi və ruhi qol. Buna da əsasən fitrət deyirlər.
Finiyyət deyəndə insanın xəmrinin torpaqdan yoğrulması və onun təıbiətinin torpaq olması nəzərdə tutulur. Bu da insanın maddi yaşayışını təmin edir. Amma insanın mənəvi yaşayışını onun ruhi təmin edir.
Amma insanın dünya və axirət müvəffəqiyyətləri və onun bədbəxtçiliyi insanın öz fikirlərindən bəhrələnir. Belə ki, insanda olan təəccüb hissləri onda məhəbbəti, qəmi və bu qəbildə olan hissləri vücuda gətirir. Həmçinin qəzəb, şad və sair. hisslərində yaranma səbəbləri vardır. Bundan əlavə insan ona "mən" deyə müraciət edir. Yəni mənim fikrim, mənim həyəcanım, mənim hisslərim və sair. bu minvalla "mən" insanın bütün həyatını kontrol edir. Hətta bir onu dörd əsas səbəbə də bölə bilərik:
1) Fərdin genetik və təbii səbəbi.
2) Fitrət.
3) Xarici mühit.
4) Şəxsi iradə.
Dini bəyanlara istinad edərək deyə bilərik ki, bütün insanlar fitrət baxımından eynidirlər. həmçinin insanın fitrəti onu müxtəlif istəklərə və biliklərə tərəf sövq edir.
«کل مولود یولد علی الفطرة»
Məsələn: İlahi vücudun dərkinə, nəhayətsiz və bitməyən həyata tərəf əxlaq dəyərlərinə sarı, müqəddəslərə ehtiram bəsləməyə, təkamülə tərəf və bəzi gözəlliklərə tərəf insan sövq olunur. Başqa bir tərəfdən isə insanın ictimai və qeyri ictimai varlığı tiniyyət və maddiyyat baxımından eyni deyildir. İnsanların bəzisi valideynlərinin dinsiz olması nəticəsində haramzadə, bəziləri bunun əksi olaraq dindar olurlar. Bəzi insanlarda isə valideynin etdiyi ehsan sayəsində mənəvi dəyişikliklər baş verir. Bir sözlə bütün insanların müxtəlif xarakterli olmaları onların ictimai mühiti ilə olduqca əlaqəlidirlər. Məsələn: Yuxarıda qeyd etdiyimiz kimi bir nəfərin başqası üçün etdiyi dua onun ümumi həyatında dəyişiklik etməyə qadirdir. Bir çox insanlar dünyaya və maddiyyata daha əlaqəlidirlər. Bəziləri isə əksinə fitrətə, əxlaq və mənəviyyata əlaqəlidirlər.
Bu barədə hədisdə buyrulmuşdur: "Bədbəxt və xoşbəxt anasının qarnında məlum olur".[6]
«السعید سعید فی بطن امه و الشقی شقی فی بطن امه»
Yəni xoşbəxtçiliyin və bədbəxtçiliyin müxtəlif amilləri vardır.
Amma mühüm olan budur ki, insanda olan zat anlamı tələblərə uyğun olaraq cavablanır. Belə ki, nə tam cəbr və nə də tam ixtiyari deyildir.
Çünki insanı başqa yaranmışlardan fərqləndirən əsas xüsusiyyat onun iradə və ixtiyarıdır.
Deməli insan öz iradə və meyli ilə firti istəklərə, şəhvət istəklərinə və sair. cavab verir.
Bu yerdə insanın zövqü nəyi bəyənərsə onu da düz bilərək seçir. Belə ki, bütün istəklər və əməllər insanın ixtiyarından qaynaqlanaraq onun zövqünə uyğun həyata keçir.[7]
[1] - Səccadi, Seyyid Cəfər, fərhəng ulum fəlsəfi və kəlami, səh 267, Kərci Əli, istilahati fəlsəfi və təfavut anha ba yek- digər, səh 127.
[2] - Molla Sədra, Əsfar ərbəə, cild 2, tərcümə, Məhəmməd Xacuyi, cild 2/4 səfər çaharom, səh 52.
[3] - Molla Sədra, Məfatihul ğeyb, tərcümə Mühəmməd Xacəvi, səh 853.
[4] - Yenə də ora, səh 852.
[5] - Əsfar, cild 8, səh 347.
[6] - Biharul- ənvar, cild 5, səh 153, cild 74, səh 117.
[7] - Bər gerefte əz təfsir Əl- mizan, cild 8, səh 137, Əraf surəsi, ayə 30.