Əsas qannunların kənarında bəzi qanunların olması qanunla idarə olunan bir cəmiyyətdə və ya qanunvericilik baxışında vacib bir məsələdir. Əsas qanundan sonra bəzi qanunların olması qanundan sui istifadə etmək mənasında deyildir.Namaz,oruc və həcc kimi məsələləri hər bir şəxsin özü həyatda ikən yerinə yetirməlidir.Bir şəxs həyatda ikən (məcbur olmadığı təqdirdə) ona məxsus ibadətləri başqası yerinə yetirə bilməz.Bu əməlləri tərk edəcəyi təqdirdə əzaba dücar olacaqdır və heç vaxt həyatda ikən çətinliklərə dözərək, öz ibadətlərini yerinə yetirən birisi,yalnız, ölümündən sonra heç bir üzrü olmadan bəzi ibadətləri başqaları tərəfindən yerinə yetirilmiş birisi ilə eyni ola bilməz.Orucun kəffarəsi barəsində isə bunu deyə bilərik ki,fəriq və ac bir şəxsi doyurmaq həmin şəxsin Allahın əmrindən çıxmasının qarşılığındadır,ancaq həmin orucu yerinə yetirmək yenədə o şəxsin boynunda borcdur.Bir şəxsin ölümündən sonra onun oruc və namazlarını yerinə yetirmək üçün verilən pul isə,bu ibadətlərin bəzi məsləhətlərinin qarşılığını ödəmək üçündü, nəinki bütün məsləhətləri ödəmək üçün nəzərdə tutulmuş olsun.Bir sözlə,insanın hər nə qədər pulu olsa da, öz namaz və orucunu pul ilə alaraq ondan ehtiyacsız ola bilməz.
İnsanlar qanunları yerinə yetirmək baxımından 3 yerə bölünür:
- O şəxslər ki, adi bir vəziyyətdə qərarlaşıb və əsas qanunları yerinə yetirməyə qüdrəti var. Belə olan halda həmin əsas qanuna əməl edirlər.Bu kimi şəxslər adətən cəmiyyətin əksər hissəsini təşkil edir.Adətən qanunlar cəmiyyətin bu hissəsi üçün, nəzərdə tutulur.İlahi qanunlar da bu kimidir.Misal üçün,yol hərəkət qanunları cəmiyyətin nəqliyyat vasitələrini asan şəkildə idarə etməsi üçündür və bu kimi qanunlar da cəmiyyətin əksəriyyəti üçün nəzərdə tutulur.
- O şəxslər ki,qanun qarşısında adi bir halda qərarlaşmayıblar və bu şəxslər qanunlara riayət etməyə məcbur deyillər.Adətən,qanun qoyanlar bu şəxslər üçün əsas qanundan sonra gələn və ikinci pillədə qərarlaşan qanunları nəzərdə tuturlar.Misal üçün, qırmızı işıqda dayanmaq hamı üçün nəzərdə tutulan bir qanundur.Ancaq, xüsusi şəraitlərdə yanğınsöndürən maşınlar üçün bu qanun istisna bir hal daşıyır və onların bu qanuna əməl etmələrinə lüzum yoxdur. Ancaq, bu istisnalar o şəxslər üçündür ki, onların bu qanunlara tabe olmamasının səbəbi qanuna qarşı çıxmaq deyildir.
Allah oruc tutmağa əmr edibdir. Deməli,oruc tutmaq müsəlmanların həyat qanunlarından biridir. Ancaq, bəzi insanlar var ki, müxtəlif səbəblərdən (xəstəlik,səfər və s.) dolayı bu qanuna əməl edə bilmirlər. İslam qanunu bu kimi şəxsləri oruc tutmaqdan azad edibdir və onlar üçün əvəzedici qanunlar qərar veribdir. Qəza kimi bir qanun,ramazan ayında oruc tuta bilməyən şəxslər üçün nəzərdə tutulmuş bir qanundur.Yaxud da,səfərdə olan bir şəxsin namazı adi haldan çıxaraq qəsr namazına çevrilmişdir.Yaxud da, bir şəxs əgər qoca yaşında həcc ona vacib olarsa,və ya sağalmaz bir xəstəlik vaxtı həcc vacib olarsa,bu zaman özü gedə bilmədiyi üçün başqasını öz yerinə göndərə bilər.Bütün bunlarla yanaşı,hər iki qanuna,yəni əsas qanuna və ya onu əvəz edən digər qanuna əməl etmək mömin bir şəxs üçün heç bir fərqi yoxdur.
- O şəxslər ki, adi bir vəziyyətdə qərar tapıblar və heç bir üzrləri də yoxdur.Ancaq,qanunlara qarşı itaətsiz və əməl etməkdən boyun qaçırırlar.Adətən qanun qoyanlar bu kimi şəxslər üçün əvəzedici qanunlar tətbiq edirlər.Ancaq,bu qanunlar ikinci qismdəki insanlar üçün nəzərdə tutulmuş qanunlar kimi deyildir.Bu kimi qanunların tənbehedici və cərimə xüsusiyyəti vardır.Bu qanunların xüsusiyyəti bunlardır:
- Bu kimi şəxslərin öhdəsinə daha çox vəzifə qoyulur.
- Həmin şəxs qanunda olan məsləhətlər və təsirlərin hamısını ələ gətirə bilməyəcəkdir.
Bu kimi qanunlara aid misallar həddən artıq çoxdur.Əgər bir şəxs adi bir vəziyyətdə qırmızı işıqda keçsə,çətin və tənbehedici qanunlar o şəxs üçün nəzərdə tutulur.İslam qanununda da “kəffarə” adlı qanun bu xüsusiyyətə malikdir.[1]Bir şəxs adi bir şəraitdə qərar tapsa,ancaq öz vəzifəsinə əməl etməsə,qanunda bu şəxs üçün bəzi cəzalar nəzərdə tutulubdur.Misal üçün,bir şəxs qəsdən namazını qılmasa,[2] böyük günaha mübtəla olmaqdan savayı,gərək onun qəzasını da yerinə yetirsin.Əgər bir şəxs ramazan ayında oruc tutmasa,böyük günaha mübtəla olmasından savayı,gərək tutmadığı hər gün üçün bir qul azad etsin,və ya, iki ay oruc tutsun,və ya, altmış fəqiri doyuzdursun,yaxud da,hər birinə bir müdd təam,yəni buğda, arpa və s. versin.[3]Bundan əlavə tutmadığı orucu da sonradan tutmalıdır.Bu cür şəxs, heç vaxt itaət və bəndəçilik edərək öz vəzifəsinə əməl edən birisi kimi olmayacaqdır.Allaha qarşısında cürət etmək,və ya,onun əmrləri qarşısında təvazökar olmamaq bu kimi şəxslərin ümdə problemidir.Eyniylə qırmızı işıqdan keçən şəxslər kimi olurlar.Bu kimi şəxslər bu əməlinə görə cərimə olurlar və bu cərimədən başqa əlavə cəza tətbiq edilmir.Ancaq bu kimi şəxs insanların və qanunun gözündə bir qanun sındıran şəxs olaraq bilinəcək.Həyatda ikən öz namaz və oruclarını yerinə yetirməyən şəxs də bu cürdür.Deyək ki,bir şəxs onun ölümündən sonra onun ibadətlərini yerinə yetirəcək və ya pul verərək onun tərk etdiyi ibadətləri bir nəfərə gördürəcəklər.Ancaq, görəsən həmin ölən şəxs namaz üçün nəzərdə tutulan bütün məsləhət və təsirlərə sahib olacaqmı? Görəsən onun vəziyyəti, həyatda ikən öz vəzifələrinə bəndəçilik edərək əməl edən şəxsin vəziyyəti kimi olacaqmı?Ölən şəxs ibadət üçün nəzərdə tutulmuş bəzi məsləhətləri ələ gətirsə də,bu qanun, qanunu pozan şəxslər üçün dünyəvi qanunlarda nəzərdə tutulmuş cərimələr kimidir və heç vaxt əməlin alınıb-satılması mənasında deyildir.Məlumdur ki,bu cərimələr bəzi məsləhətləri ələ gətirmək üçün nəzərdə tutulubdur.
Nəticə:
- Adi şəraitdə qərar tapmış şəxslər əgər öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırırlarsa,heç vaxt Allahın qanunlarına əməl edən şəxslərin məqamında deyildirlər.
- Namaz,oruc və həcc kimi əməlləri hər bir şəxs gərək öz həyatında əməl etsin və həmin şəxs dünyada ikən onun boynunda olan vəzifələr başqalarının boynuna yüklənmir.[4]Bu əməllər qəsdən tərk olunduğu təqdirdə,çoxlu cəzalara mübtəla olacaqdır.Deməli,insan həyatda ikən,onun boynunda olan əməllərin alınıb-satılması deyilən bir şey yoxdur.
- Oruc kimi bəzi əməllər var ki,əgər qəsdən tərk olunsa,əməlin özü sonradan yerinə yetirilməsindən əlavə , kəffarəsi də gərək yerinə yetirilsin.Fəqirləri doyurmaq həmin şəxsin itaətsizliyinin kəffarəsidir və əməli yerinə yetirmək hələdə o şəxsin boynunda borc olaraq qalır. Bir sözlə, hər nə qədər pulu olsa da,öz namaz və orucunu almağa haqqı yoxdur.
- İnsan öləndən sonra,onun yerinə yetirilən əməlləri barəsində bəzi nöqtələrə diqqət etmək lazımdır:
- Bu şəxs, əsla öz həyatında bəndəçilik edərək boynunda olan vəzifələrə əməl edən bir şəxs kimi deyildir.[5]
- Bu şəxs, ölümündən sonra onun boynunda olan əməllər yerinə yetirilsə də,o əməl üçün nəzərdə tutulan məsləhət və mənfəətlərin hamısını ələ gətirə bilməyəcəkdir.
- Bu əvəzedici qanunlar,eyniylə dünyəvi qanunlarda nəzərdə tutulmuş cərimələr kimidir və heç vaxt əməlin alınb-satılması mənasında deyildir.
Bir sözlə, əsas qanunların kənarında bəzi qanunların olması qanunla idarə olunan bir cəmiyyətdə və ya qanunvericilik baxışında vacib bir məsələdir.Əsas qanundan sonra bəzi qanunların olması qanundan sui istifadə etmək mənasında deyildir.
Bir şəxs ki, qəsdi olmadan və bəzi səbəblərdən dolayı öz vəzifəsinə əməl edə bilmirsə,bütün qanunlardan üzrlüdürlər.Deməli,bir şəxs hansısa bir səbəbdən,oruc tuta bilməyibsə və dünyasını dəyişibsə və orucunu tutmalı idisə,bu əməlin yerinə yetirilməməsinin əvəzi olaraq pul ödənilməsi və başqa şəxs tərəfindən yerinə yetirilməsi,ibadətin alınması mənasında deyildir.Ancaq bir şəxs vəzifəsini qəsdən tərk edibsə, həyatda olduğu müddətdə bu vəzifəni başqasının yerinə yetirməsi caiz deyildir və əgər onun ölümündən sonra başqaları onun yerinə yetirmədiyi əməlləri yerinə yetirirsə, bu onun qəsdən tərk etdiyi əməllərə görə qazandığı günahların bağışlanması mənasında deyildir.
Hər bir halda, insan öləndən sonra onun namaz və oruclarının yerinə yetirilməsi üçün pul ödənilirsə,bu əməl onun əldən verdiyi bəzi məsləhətləri yenidən ələ gətirə bilməsi üçündür.Nəinki, bütün məsləhətləri ələ gətirə bilsin.Bir sözlə hər nə qədər pulu varsa,oruc və namazlarını alaraq ondan ehtiyacsız ola bilməz.
[1] “ سميت الكَفَّاراتُ كفَّاراتٍ لأَنها تُكَفِّرُ الذنوبَ أَي تسترها” Kəffarəyə ona görə kəffarə deyilir ki,kəffarə günahkarı örtür və günahı təlafi edir.İbn Mənzur,Muhəmməd ibn Mukrim,Lisane Ərəbi,Muhəqqi və musəhhih,Mir Damad,,Cəmaləddin, 5,Darul fikr liltəbaə vən nəşr vət töuzii,dare Sader,Beyrut,üçüncü çap,1414 qəmri.
[2] Kuleyni,Muhəmməd ibn Yəqub,əl-kafi, «بَابُ مَنْ حَافَظَ عَلَى صَلَاتِهِ أَوْ ضَيَّعَهَا»، cild 6,s,15-24,Darul hədis,Qum,birinci çap,1429 qəməri,
[3] İmam Xomeyni,Tozihul məsail,cəm edən:Bəni Haşimi Xomeyni,Seyyid Muhəmməd Huseyn,C,1,S,928,İslami nəşriyyatının ofisi,Qum,səkkizinci çap,1424 qəməri.
[4] əl Kafi,darul hədis,C,8,S,230
[5] Allah təala Hədis sürəsinin 10-cu ayəsində ,çətinlikdə infaq edən şəxslə,asanlıqda infaq edən şəxs arasında fərq qoyaraq buyurur:
“O şəxslər ki,qələbədən öncə infaq etdilər və vuruşdular,(qələbədən sonra infaq edənlə) eyni deyillər.Onlar fəthdən sonra infaq edənlərdən və cihad edənlərdən daha üstündürlər.Allah hər iksinə də gözəl vədə veribdir və Allah onların əməl etdiklərinə agahdır.”