Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ki, onlarla evlənmək məsələsini onlara yaxınlaşmaq kimi təfsir edirlər. həmçinin bu məsələ qadınlara da aiddir. Amma qadınlar üçün bir neçə ərin olması və ya onlara elçilik etmək məsələsi qeyd olunmamışdır. Bunu da qeyd edək ki, əgər onlardan bir istək tələb olunca, onların ixtiyarları özlərindədir və istədikləri yolu seçə bilərlər.
İlahinin mömin və pəhrizkar bəndələri üçün nəzərdə tutduğu əbədi nemətlərdən biri də behişt nemətləridir. Əlbəttə Allah Taalanın onlardan razılığı bundan olduqca üstündür. İnsanın behiştə daxil olması üçün ümdə amil onun imanlı və təqvalı olmasıdır. İnsanın bu dünyada əməli hər nə qədər saleh olarsa behişt nemətləri də onun üçün çox olar. Həmçinin bu məsələdə qadın və kişinin arasında bir fərq yoxdur. Belə ki, hər bir insan bu məqama yetişməyə layiqdir. Allah Taala buyurmuşdur: "Kişi və qadınlardan hər kəs əməli saleh olarsa Allah Taala onları hesabsız əbədi behişt nemətləri verəcəkdir".[1] Amma behiştdə heç bir vəzifə yoxdur: Çünki behiştdə və cəhənnəmdə insanın ixtiyarı olarsa onun gündəlik əməlləri fərq edəcəkdir. Nəticədə isə insana yeni əməli üçün ona nemətlər əta olunacaqdır. (Cəhənnəmdə də bu məsələ baş verəcəkdir). Lakin Allah Taala behişt nemətlərini bizə yalnız dünyada imanlı və əməli saleh olduğumuz üçün hədiyyə etmişdir. Ayə və hədislərə istinad edərək deyə bilərik ki, behiştdə insanlar hər nə istəsələr onların ixtiyarına veriləcəkdir.[2] O cümlədən bu nemətlərdən (istəklərdən) biri də kişilərin ixtiyarına verilən hurilərdir.
"Huri" sözü "hura" sözünün cəmidir. Ərəb lüğətində (quran terminində) gözləri ağ, hədsiz gözəl, gözlərin qarası çox gözəl bir qadına deyirlər.
Bundan əlavə gözünün ağı hədsiz ağ olan və qarası hədsiz qara olan qadınlara da deyilir. "Eyn" sözü isə "iri göz" mənasındadır. Əgər "hür əl- eyn" kəlməsi işlədilirsə bu gözləri ceyran gözlərinə bənzəyən qadın mələklərə deyilir. İlk baxışdan "hur əl- eyn" dünya qadını olmadığını seçmək olar.[3] Allah- Taala onların barəsində buyurmuşdur: "Onları hur əl eynlə evləndirəcəm."[4] Təfsirçilərin bəyanına əsasən buradakı "evlənmək" sözü dünyadakı evlənməkdən fərqlidir. Deməli buradakı evlənmək sözündən məqsəd mələklərin onlara hədiyyə edilməsidir.[5]
Hurəl eynin xüsusiyyətlərindən ayə və hədislərdən belə başa düşülür ki, onlar bir dəfə ərə gedirlər. Yəni onların bir sahibi olur. Allah- Taala onların xüsusiyyətləri barəsində buyurur: "Heç bir insan bundan öncə ona toxunmamış və heç bir cin əli ona dəyməmişdir".[6]
Mərhum Əllamə Məclisi "qasirat əl tərəf" təfsirində bu ayənin başlanğıcında buyurur: "Yəni elə qadınlardırlar ki, onların gözləri yalnız öz ərlərindəndir. Ərlərindən başqasına da meyl etməzlər".[7]
Görəsən dünya qadınları da belədirmi? Biz yalnız bunu deyə bilərik ki, behişt əhlinə hər nə istəsələr Allah tərəfindən hədiyyə olunmağına baxmayaraq qadınların bir neçə əri olması heç yerdə qeyd edilməmişdir. (Behiştə gedən qadınlar nəzərdə tutulur). Necə ki, dünyanın pak qadınların gözləri öz ərlərindən başqasında deyildir. Behişt isə pakların yeridir. Deməli pak qadınlar orada da bir kişidən savayı heç kəsi özlərinə sərvər seçməyəcəklər.
İmam Sadiq (ə)- dan behiştdəki kişi və qadınlardan sual olunduqda, İmam (ə) buyurmuşdur: "Əgər qadının dərəcəsi yüksək olsa dünyadakı ərini tələb edərək onunla evlənə bilər. (Amma kişi onu tələb edə bilməz). belə olan surətdə qadın yenidən onun arvadı olur. Amma kişinin dərəcəsi yüksək olarsa kişi dünyadakı arvadını behişt qadınlarının (behiştdəki arvadlarının) sırasına daxil edə bilər".[8] Yəni qadın kişinin arvadlarından biri ola bilər. Amma kişi dünyadakı qadının əri olmaqla yanaşı bir neçə qadınla da ola bilər.
Həmçinin Peyğəmbərimizdən belə hədis nəql olunmuşdur ki: Əgər bir qadının dünyada iki əri olmuşsa behiştdə onların ikisindən birini seçə bilər."[9] Həzrət Peyğəmbər burada buyurmuşdur ki, ikisinə də ərə gedə bilər. Əksinə buyurmuşdur ki, "ən xalisini seçə bilər. Sonda bunu da qeyd edək ki, behiştdə qılman adlı mələklər vardır ki, onlar üçün qadın və kişi fərq etməz.
Qurani kərim bu barədə buyurmuşdur:
"Daim bir cavan onların xidmətində get- gəl edir. O cavanlar elə bil sənəd və mirvariddirlər[10]
Ayədən belə başa düşülür ki, qılmanlar behiştdə olan gözəl xidmətçilərdir.
[1] - Qafir surəsi, 40.
[2] - Fussilət surəsi, ayə 31.
[3] - Əl- mizanın tərcüməsi, cild 18, səh 228.
[4] - Duxan surəsi, ayə 54.
[5] - Biharul- ənvar, cild 8, səh 99, Əl- mizan, yenə də ora.
«فیهِنَّ قاصِراتُ الطَّرْفِ لَمْ یَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَ لا جَان»
[6] - Ər- rəhman surəsi, ayə 56.
[7] - Biharul- ənvar, cild 8, səh 97.
[8] - Yenə də ora, səh 105.
[9] - Yenə də ora, cild 8, səh 119.
[10] - Tur surəsi, ayə 24.
«وَ یَطُوفُ عَلَیْهِمْ غِلْمانٌ لَهُمْ کَأَنَّهُمْ لُؤْلُؤٌ مَکْنُونٌ»