Bu suala səbəb olan bəzi səhv tərcümələrdir. Buna görə əgər ayənin düzgün mənası aydın olarsa mətləb də aydınlaşacaqdır. Bu barədə onu qeyd etmək olar ki, doğrudur ki, Qurani kərimdə (tufi) kəlməsi ölüm mənasında işlədilmişdir, amma Quranın digər yerlərində də bu kəlmə başqa mənada işlədilmişdir. Buna görə bu ayəni həzrət İsanın (ə) ölməsini qəti şəkildə bəyan etdiyini demək olmaz. Bu ayənin düzgün tərcüməsi belə ola bilər: “Allahın İsaya Mən səni götürəcəyim və Özünmə tərəf qaldıracağam buyurduğu vaxtı yadınıza salın”
“Tufi” kəlməsinin belə mənalandırılması Məsumların (ə) rəvayətlərində də təsdiq edilmişdir. Bu isanın (ə) diri olması ilə heç bir ziddiyyət təşkil etmir.
Sual olunmağa səbəb olan bu ayə bir sıra bəzi tərcüməçilərin “mutofiq” sözünü “ölüm” kimi mənalandırmaları olmuşdur. Baxmayaraq ki, bir çox tərcüməçilər bu kəlməni elə tərcümə etmişlər ki, İsanın canlı olması ilə ziddiyyət təşkil etmir. Məsələn: “(Yadınıza salın) Allah buyurduğu zaman: Ya İsa! Mən səni (yer üzündən və insanların içərisindən) götürürəm və Özümə doğru yuxarı qaldıraram. Səni kafirlərdən pak edərəm.”[1]
Qeyd etmək lazımdır ki, “tufa” “vəfa” kökündəndir və müxtəlif mənalarda istifadə edilmişdir. Məsələn, “ölmək”, “götürmək” “təkmilləşdirmək” və s.[2] Həmçinin əhd və peymana əmələ də vəva deyillər ki, təkmilləşdirmək, yerinə yetirmək mənasındadır. Buna görə əgər kimsə borcunu digərindən kamil şəkildə alarsa, ərəb dilində buna “tufa dinə” deyillər.
Lüğət kitablarından olan “Məcməil bəhreyn” kitabında bu ayəni belə izah etmişdir: “Ey İsa! Mən sənin əcəlini istəyirəm və bu o mənası “səni kafirlərin əziyyətindən qoruyuram ki, səni səlibdən asmasınlar və sənin ölümünü yazılmış təbii əcələ qədər təxirə salıram”- dır.[3]
Buna görə “tufa” sözü doğrudur ki, bəzi ayələrdə olduğu kimi ölüm mənasında[4] da işlədilə bilər, amma vacib deyil ki, hər zaman bu mənanı daşısın. Digər ayələr də mövcuddur ki, başqa mənalarda da işlədilmişdir. Məsələn:
«وَ هُوَ الَّذي يَتَوَفَّاكُمْ بِاللَّيْلِ وَ يَعْلَمُ ما جَرَحْتُمْ بِالنَّهارِ ثُمَّ يَبْعَثُكُمْ فيهِ لِيُقْضى أَجَلٌ مُسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُمْ بِما كُنْتُمْ تَعْمَلُون»
“O axşamlar yuxuda olduğunuz vaxt ruhunuzu alan və gündüzlər əldə etdiyiniz (pis, yaxşı) şeyləri biləndir. Sonra sizi gündüz (yuxuda ruhunuzu qaytarmaqla) oyandırır ki, müıyyən olunmuş vaxt gəlin yetişin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.”[5] Əminliklə söyləmək olar ki, bu ayədə istifadə edilən “yətufəkum” sözü ölüm mənasında deyildir. Burada “gecə yuxusu” mənasında işlədilmişdir hər gün bu təkrar olunur. Ruhun çıxarılmasını (qəbz ruh) başqa cür də yuxuda müşahidə etmək olar. Buna görə sual edilən bu ayəni İsanın (ə) ölümü kimi qələmə vermək düzgün deyil. Amma İsanın (ə) sonda aqibəti necə olmuşdur?
Sualını öyrənmək üçün aşağıdakı nöqtələrə diqqət etmək lazımdır:
1. Xristiyanlar inanırlar ki, o dara çəkilmiş və düşmənləri tərəfindən öldürülmüşdür. Amma Qurani kərim onun belə ölmünü inkar etmişdir: “Biz, Allahın elçisi Məryəm oğlu İsa əl- Məsihi öldrdük”,- demələridir. Halbuki onlar nə İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlar da yalnız belə təsəvvür yarandı əlbəttə şəkk- şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. “
«وَ ما قَتَلُوهُ وَ ما صَلَبُوهُ وَ لكِنْ شُبِّهَ لَهُمْ ....وَ ما قَتَلُوهُ يَقينا» [6]
2. Quarni- kərim doğrudur ki, İsanın (ə) öldürülməsini inkar etmişdir, amma heç bir ayədə elan etməmişdir ki, o başqa cür vəfat etməmiş və indi də həyatdadır.
3. Sual edilən al- İmaran surəsinin 55 və həmçinin maidə surəsinin 117 ayələrindən İsanın (ə) qəti ölmünü anlamaq mümkün deyil, ama bu onun maddi aləmlə əlaqəsi onun birbaşa həyatda olduğu vaxtdan fərqlidir.
4. Şiə və əhli- sünnət mənbələrində kifayət qədər rəvayət mövcuddur ki, birbaşa şəkildə İsanın (ə) həyatda olduunu bəyan edir. Əgər Qurandan onun həyatda olduğunu dəqiqliklə başa düşə bilmiriksə, rəvayətlərdən istifadə edərək bunu anlaya bilərik. Belə rəvayətlərin bir neçəsini nəzərdən keçirək:
4-1. Allahın Rəsulu (s) Yəhudilərə belə müraciət edərək, buyurur:
«أن عيسى لم يمت و أنه راجع إليكم قبل يوم القيامة»
”İsa ölməmişdir və qiyamət günündənöncə sizin aranıza qayıdacaqdır”[7]
4-2. Allahın Rəsulu (s) buyurur:
«... و من ذريتي المهدي إذا خرج نزل عيسى ابن مريم لنصرته فقدمه و صلى خلفه»
Mehdi mənim ailəmdəndir ki, zühur etdiyi zaman Məryəm oğlu İsa da ona kömək etmək üçün qayıdacaq və onun arxsında namaz qılacaqdır.”[8]
5. Hətta əgər mövcud olan rəvayətlərin əksinə olaraq və həmçinin “tufa” sözünün digər mənasını nəzərdə tutmasaq onun ölmü mütləqdir. Yenə də bu onun hal hazırkı zamanda həyatda olması ilə ziddiyyət təşkil etmir. Çünki Qurani- kərimin ayələrində yüz ildən sonra həyata qayıdan kəsə işarə edilmişdir.[9] Buna görə Bu İsa (ə) üçün də baş verməsi mümkündür.
[1] - Al- İmran surəsi, ayə 54.
[2] - İbn Mənzur, lisanul ərəb, cild 15, səh 398 və 399. birinci çap, adab nəşriyyatı, Qum hövzəsi, 1405.
[3] - Məcməil Bəhreyn, cild 1, səh 444, “vəfa”, Murtəza kitab mağazası, Tehran 1375.
[4] - Nisa, 97. Muhəmməd, 27. Yunus, 46. Səcdə, 11.
[5] - Ənam surəsi, ayə 60.
[6] - Nisa surəsi, ayə 157.
[7] - İbn əbi Hanəm, təfsiril Quranil əzim, cild 4, səh 1110, h 6232, məktəbətu nizaris stəfa ə- baz, Səudiyyə Ərəbistanı, 1419 h.q.
[8] - Şeyx Səduq, əl- əmali, cild 1, səh 218, İslam kitabxanası nəşriyyatı, Tehran, 1362 h.ş
[9] - Bəqərə surəsi, ayə 259
«فَأَماتَهُ اللَّهُ مِائَةَ عامٍ ثُمَّ بَعَثَه»